Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2 dəfə azalıb, kapital balansında kəsir yaranıb

Neft-qaz sektoru üzrə cari əməliyyatlar hesabının profisiti azalıb, qeyri neft-qaz sektoru üzrə cari əməliyyatlar hesabının kəsiri isə kəskin artıb.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2 dəfə azalıb, kapital balansında kəsir yaranıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2024-cü ilin 6 ayı üzrə tədiyə balansı xarici mühitdə formalaşan müxtəlif istiqamətli meyllərdən təsirlənmişdir. Cari əməliyyatlar balansında 2.6 mlrd. dollar həcmində profisit formalaşmış, kapital və maliyyənin hərəkəti balansında (əsasən maliyyə öhdəliklərinin azalması ilə əlaqədar) isə 2.2 mlrd. dollarlıq kəsir yaranmışdır.

Marja.az xəbər verir ki, bu, Mərkəzi Bankın açıqladığı 2024-cü ilin 6 ayı üzrə Azərbaycan Respublikasının tədiyə balansında bildirilir.

Qeyd edilib ki, profisitli tədiyə balansı şəraitində ölkənin strateji valyuta aktivləri 648 mln. dollar artmışdır (2023-cü ilin ilk 6 ayında ehtiyat aktivləri 5.2 mlrd. dollar artmışdı). Bu dövrdə xam neftin orta qiyməti 86 dollar/barel olmuşdur.

CARİ ƏMƏLİYYATLAR BALANSI (CƏB)

2024-cü ilin 6 ayı üzrə cari əməliyyatlar hesabının profisiti 2.6 mlrd. dollar və ya ÜDM-in 7.5%- ni təşkil etmişdir (2023-cü ilin 6 ayı üzrə 5.2 mlrd. dollar profisit olmuşdur). Beləliklə, bu ilin 6 ayında cari əməliyyatlar hesabının profisiti 2 dəfə azalıb.

Neft-qaz sektoru üzrə CƏB-in profisiti ötən ilin müvafiq dövrünə nəzərən (ö.i.m.d.n.) 15.4% daralaraq 6.9 mlrd. dollar, qeyri neft-qaz sektoru üzrə CƏB-in kəsiri isə 41.1% artaraq 4.3 mlrd. dollar məbləğində olmuşdur.

Xarici ticarət balansı 2024-cü ilin 6 ayı üzrə xarici ticarət dövriyyəsi 20.1 mlrd. dollar təşkil etmiş, neft-qaz sektoru üzrə 9.6 mlrd. dollar həcmində profisit qeyri neft-qaz sektoru üzrə 5.0 mlrd. dollar həcmində kəsiri bağlamışdır. Nəticədə hesabat dövründə xarici ticarət balansında 4.6 mlrd. dollar həcmində profisit yaranmışdır. 2024-cü ilin 6 ayında Azərbaycanın dünyanın 169 ölkəsi ilə ticarət əlaqələri olmuşdur. Xarici ticarətin 14.4%-i MDB üzvü olan ölkələrin, 85.6%-i isə digər xarici ölkələrin payına düşür.

Əmtəə ixracı

Hesabat dövründə əmtəə ixracı 18.5% azalaraq 12.4 mlrd. dollar təşkil etmişdir. Dövr ərzində əsasən dünya neft bazarlarında xam neftin və təbii qazın qiymətlərinin əlverişli olması şəraitində neft-qaz sektoru üzrə ixracın həcmi 10.8 mlrd. dollar olmuşdur. İxrac olunmuş neft-qaz məhsullarının (10.8 mlrd.$) 7.3 mlrd. dolları xam neftin, 3.2 mlrd. dolları təbii qazın, 0.3 mlrd. dolları isə neft emalı məhsullarının payına düşür. 2024-cü ilin 6 ayı üzrə qeyri neft-qaz ixracı 9.8% azalaraq 1.6 mlrd. dollar olmuşdur.

Əmtəə idxalı

2024-cü ilin 6 ayı üzrə əmtəə idxalı ö.i.m.d.n. 0.8% artaraq 7.7 mlrd. dollar təşkil etmişdir, o cümlədən istehlak mallarının idxalının ümumi dəyəri isə 3.1 mlrd. dollar olmuş, bunun da 1.0 mlrd. dolları ərzaq məhsullarının payına düşür. Qeyri neft-qaz sektoru üzrə idxal 15.6% artaraq 6.6 mlrd. dollar olmuşdur. Qeyri neft-qaz idxalının strukturunda gəmilər, qayıqlar və üzən konstruksiyaların (3.6 dəfə), kərə yağının (52.7%), yük avtomobillərinin (44.0%), metalların (35.9%), hesablama maşınların (24.1%), kommutasiya qurğuların (22.8%), qazanlar, avadanlıq, mexaniki qurğuların (22.3%), tərəvəz məhsullarının (12.6%), ətir və kosmetik vasitələrinin (10.2%), bitki yağlarının (8%), şəkərin (6%), mebel məhsullarının (2.4%), daş və şüşə məmulatlarının (2.3%), alkoqollu və alkoqolsuz içkilərinin (1.8%), minik avtomobillərinin (0.5%) və sabun və yuyucu vasitələrinin (0.3%) idxalı artmışdır. Bu dövrdə, uçuş aparatların (94.0%), traktorların (31.2%), dənli bitkilərin (25.2%), əczaçılıq məhsullarının (23.1%), elektrik maşınların və aparaturanın (12.7%), ağac məmulatlarının (6.4%), tütün məhsullarının (4.7%) və kağız məmulatlarının (1.2%) idxalı isə azalmışdır. İdxalın strukturunda xarici investisiyalar hesabına gətirilmiş maşın-avadanlıqların və malların xüsusi çəkisi 3.5% təşkil edərək 0.3 mlrd. dollar olmuşdur.

Xidmətlər balansı

2024-cü ilin 6 ayı üzrə xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin ümumi həcmi 8.3 mlrd. dollar dollar təşkil etmişdir. Bunun 4.7 mlrd. dolları qeyri-rezidentlər tərəfindən Azərbaycanın rezidentlərinə, 3.6 mlrd. dolları isə Azərbaycan rezidentləri tərəfindən xarici ölkələrin rezidentlərinə göstərilən xidmətlərdir. Ümumilikdə, xidmətlər balansında yaranan kəsir 0.2% azalaraq 1.1 mlrd. dollar olmuşdur. Neft-qaz sektoru üzrə xidmətlər balansının (əsasən tikinti xidmətləri və digər işgüzar xidmətlər) kəsiri 0.9 mlrd. dollar olmuşdur. Qeyri neft-qazsektoru üzrə xidmətlər balansının kəsiri isə neytral səviyyəyə (0.2 mlrd. dollar) çatmışdır.

Qarşılıqlı xidmətlər dövriyyəsinin 29.2%-i nəqliyyat xidmətləri üzrə aparılan əməliyyatların payına düşür. Ümumi dəyəri 2.4 mlrd. dollar olan nəqliyyat xidmətlərinin 61.6%-i qeyri-rezidentlərin Azərbaycanın nəqliyyat xidmətlərindən istifadəsi ilə əlaqədar olmuşdur. Azərbaycan rezidentlərinin qeyri-rezidentlərə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri 1 mlrd. dollar, qeyri-rezidentlərin Azərbaycan rezidentlərinə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri isə 0.9 mlrd. dollar təşkil etmişdir.

Dövr ərzində qeyri neft-qaz sektoru üzrə nəqliyyat xidmətlərinin ixracı ö.i.m.d.n. 6.2%, idxalı isə 11.5% artmışdır. Nəticədə nəqliyyat xidmətləri üzrə profisit 2024-cü ilin 6 ayında 2.3% daralaraq 559.8 mln. dollara olmuşdur. Qeyd edək ki, nəqliyyat xidmətləri üzrə profisit 2023-cü ilin 6 ayında 572.8 mln. dollar təşkil etmişdir.

2024-cü ilin 6 ayında qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 54.4% artaraq 1.7 mlrd. dollar təşkil etmişdir. Hesabat dövründə turizm xidmətləri üzrə ixracın (946.6 mln. dollar) idxalı (717.3 mln. dollar) üstələməsi nəticəsində 229.3 mln. dollar həcmində profisit yaranmışdır. Bu dövrdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 25.7%, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 34.0% artmışdır. Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin həcmi 717.3 mln. dollar olmuşdur. Bunun 78.8%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olmuşdur (məkik idxal üçün vəsaitlər istisna olmaqla).

Hesabat dövründə qeyri neft-qaz sektoru üzrə qeyri-rezidentlərə göstərilən tikinti xidmətlərinin həcmi 29.7% azalaraq 11.1 mln. dollar təşkil etmişdir. Qeyri neft-qaz sektoru üzrə qeyri-rezidentlərə ödənilən digər işgüzar xidmətlərin həcmi isə 43.2% artaraq 0.8 mlrd. dollar olmuşdur.

İlkin gəlirlər balansı

Hesabat dövründə ilkin gəlirlər balansında neft-qaz sektoru üzrə 1.8 mlrd. dollar dollar kəsir, qeyri neft-qazsektoru üzrə isə 546.7 mln. dollar profisit olmuşdur. Nəticədə ilkin gəlirlər balansında kəsir 32.3% daralaraq 1.2 mlrd. dollar təşkil etmişdir.

İlkin gəlirlər üzrə daxilolmaların və ödənişlərin ümumi dövriyyəsi 3.7 mlrd. dollar olmuşdur. Bunun 66.7%-i 2.5 mlrd. dollar olmaqla Azərbaycandan qeyri-rezidentlərə ödənişlər təşkil etmişdir. Bu məbləğin isə əsas hissəsini (1.8 mlrd. dollar) xarici investorların payına düşən gəlirlərin repatriasiyası (o cümlədən 1.7 mlrd. dollar beynəlxalq neft-qaz konsorsiumları üzrə əsasən xam neft və təbii qaz şəklində repatriasiya), qiymətli kağızlar portfeli üzrə qeyri-rezidentlərə ödənilən faizlər (147.6 mln. dollar), xarici kreditlərdən istifadəyə görə ödənilən faizlər (268.8 mln. dollar) və digər ödənişlər (228.9 mln. dollar) təşkil etmişdir.

Təkrar gəlirlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların ümumi həcmi 937.0 mln. dollar məbləğində qiymətləndirilmişdir. Daxilolmalar 640.2 mln. dollar, ödənişlər isə 296.8 mln. dollar təşkil etmişdir.

Təkrar gəlirlər üzrə ümumi daxilolmaların 88.7%-ni xarici ölkələrdən fiziki şəxslərin pul baratları, 9.5%-ni ölkəyə gətirilən humanitar malların və digər yardımların həcmi, 1.8%-ni isə digər daxilolmalar təşkil edir.

Ölkəyə göndərilən pul baratlarının həcmi 36.3% azalaraq 567.8 mln. dollar, ölkədən köçürülən pul baratlarının həcmi isə 1.9% artaraq 259.6 mln. dollar olmuşdur. Nəticədə pul baratları üzrə 308.2 mln. dollar müsbət saldo yaranmışdır.

Bütövlükdə, təkrar gəlirlər üzrə əməliyyatların saldosu müsbət 343.4 mln. dollar (42.5% azalma) təşkil etmişdir.

KAPİTAL VƏ MALİYYƏNİN HƏRƏKƏTİ HESABI

3 2024-cü ilin 6 ayı üzrə ölkənin xalis maliyyə aktivləri 128.5 mln. dollar artmışdır. Bu göstərici xaricə yönəldilmiş birbaşa investisiyalar (421.4 mln. dollar), portfel investisiyaları (609.6 mln. dollar) və digər investisiyalar (-902.5 mln. dollar) hesabına formalaşmışdır.

Hesabat dövründə ölkənin xalis maliyyə öhdəlikləri isə 2.1 mlrd. dollar azalmışdır ki, bu da xaricdən cəlb olunmuş birbaşa investisiyalar (-374.1 mln. dollar), neft bonusu (456.4 mln. dollar), portfel investisiyaları (-889.5 mln. dollar) və digər investisiyalar (-1.3 mlrd. dollar) hesabına formalaşmışdır.

Birbaşa investisiyalar

Birbaşa xarici investisiyalar üzrə xalis maliyyə aktivləri 421.4 mln. dollar artmış, xalis maliyyə öhdəlikləri isə 374.1 mln. dollar azalmışdır.

Birbaşa xarici investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği 3.0 mlrd.dollar, xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə 998.2 mln.dollar olmuşdur. Ümumilikdə birbaşa xarici investisiyalar üzrə 795.5 mln.dollar kəsir yaranmışdır.

Ölkə iqtisadiyyatına yatırılmış birbaşa xarici investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 80.4% təşkil etmişdir. 2024-cü ilin 6 ayı üzrə tədiyə balansında birbaşa xarici investisiyalar maddəsinin neft-qaz sektoru üzrə xalis maliyyə öhdəliklərinin (-751.5 mln.dollar) azalması neft-qaz sektoru üzrə cəlb olunmuş investisiya ilə (2 393.1 mln.dollar) həmin sektor üzrə kapitalın repatriasiyası (3 144.6 mln.dollar, əsasən beynəlxalq neft-qaz konsorsiumların payına düşən xam neft və təbii qaz şəklində olan kapital repatriasiyası) arasındakı fərqdən formalaşır.

Qiymətləndirmələrə görə qeyri neft-qaz sektoruna cəlb olunmuş birbaşa xarici investisiyaların ümumi məbləği 18.5% azalaraq 585.1 mln. dollar olmuşdur.

Portfel investisiyaları

Portfel investisiyaları üzrə xalis maliyyə aktivləri 0.6 mlrd.dollar artmış, xalis maliyyə öhdəlikləri isə 0.9 mlrd.dollar azalmışdır.

Hesabat dövründə portfel investisiyaları üzrə aktivlər dövlət (21.3 mln.dollar) sektorunun, kapitalda iştiraka təminat verən qiymətli kağızların (131.3 mln.dollar) və bankların (493.4 mln.dollar) hesabına artmış, digər (36.4 mln.dollar) sektorların hesabına isə azalmışdır. Öhdəliklər əsasən, dövlət (895.8 mln. dollar) sektorunun hesabına azalmış, kapitalda iştiraka təminat verən qiymətli kağızların (0.4 mln.dollar), bankların (2.2 mln.dollar) və digər (3.7 mln.dollar) sektorların hesabına isə artmışdır.

Neft bonusu

2017-ci il 14 sentyabr tarixli “Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş”in (“AÇG HPBS”) 29.2-ci maddəsinə əsasən, 2018-2025-ci illər ərzində ümumilikdə 3.6 mlrd.dollar məbləğində neft bonusu ödənilməsi nəzərdə tutulmuşdur. Bu məbləğin illik ödənişi 450 mln.dollar təşkil edir. Cari il üzrə nəzərdə tutulan vəsait 2024-cü ilin I rübünün yanvar ayında Azərbaycan tərəfinə ödənilmişdi.

Digər investisiyalar

Digər investisiyalar üzrə xalis maliyyə aktivləri 0.9 mlrd.dollar, xalis maliyyə öhdəlikləri isə 1.3 mlrd.dollar azalmışdır.

Hesabat dövründə kreditlər və ssudalar üzrə xalis maliyyə aktivləri 22.9 mln.dollar, xalis maliyyə öhdəlikləri isə 685.1 mln.dollar azalmışdır. Kreditlər və ssudalar üzrə xalis maliyyə öhdəlikləri bank (14.9 mln.dollar) sektorunun və müəssisələrin kreditləri (17.6 mln.dollar) hesabına artmış, neft-qaz sektorunun kreditləri (315.5 mln.dollar), dövlət kreditləri (185.1 mln.dollar) və dövlət zəmanətli kreditlər (217.0 mln.dollar) hesabına isə azalmışdır.

Depozitlər və nağd valyuta üzrə xalis maliyyə aktivləri 1.3 mlrd.dollar, xalis maliyyə öhdəlikləri isə 68.4 mln. dollar azalmışdır.

EHTİYAT AKTİVLƏRİ

2024-cü ilin 6 ayı ərzində tədiyə balansının ehtiyat aktivləri 648.1 mln. dollar artmışdır.

XALİS SƏHVLƏR VƏ BURAXILIŞLAR

Hesabat dövründə tədiyə balansı üzrə xalis səhvlər və buraxılışlar müsbət 231.7 mln.dollar həcmində olmuşdur.

cari əməliyyatlar hesabı
12.09.2024 12:55

Müştərilərin xəbərləri

Mobil_manset_alt_4_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 2-ci reklam_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ