ABŞ-dən İlham Əliyevə zəng oldu
"Ermənistanın öz Konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddialarına son qoymalıdır"Azərbaycan Prezidentinin Mətbuat Xidmətinin məlumatı:
Sentyabrın 16-da ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Antoni Blinken Ermənistanla Azərbaycan arasında davamlı sülhün əldə olunmasının vacibliyini vurğulayaraq, Amerika Birləşmiş Ştatlarının bu məqsədə nail olunması üçün bundan sonra da səylərini əsirgəməyəcəyini bildirib. O, Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası sahəsində əldə edilmiş nailiyyətləri, o cümlədən dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamənin müvafiq qaydada 2024-cü il avqustun 30-da imzalanmasını müsbət addım kimi qiymətləndirib.
Regionda artıq sülhün mövcud olduğunu deyən dövlətimizin başçısı vurğulayıb ki, məhz Azərbaycanın səyləri nəticəsində bölgəmizdə ədalətə və beynəlxalq hüquqa əsaslanan yeni reallıqlar və status-kvo yaranıb. Prezident İlham Əliyev Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin təşəbbüskarının da məhz ölkəmiz olduğunu qeyd edərək bu müqavilənin imzalanması üçün Ermənistanın öz Konstitusiyası və digər qanunverici aktları əsasında Azərbaycana qarşı olan ərazi iddialarına son qoymasının, həmçinin keçmişin qalığı olan ATƏT-in Minsk qrupu və onunla bağlı olan bütün təsisatların fəaliyyətinə son qoyulmasının vacibliyini vurğulayıb. Sərhədlərin delimitasiyası məsələsinə toxunan Prezident İlham Əliyev ikitərəfli proses çərçivəsində əldə olunmuş müsbət nəticələri qeyd edib və Əsasnamə əsasında bu prosesin aparılacağını bildirib.
Telefon söhbəti zamanı COP29-un ölkəmizdə keçirilməsi məsələsinə toxunulub.
Antoni Blinken COP29-un uğurla keçirilməsi üçün ölkəsinin Azərbaycana dəstək göstərdiyini qeyd edərək Azərbaycan ilə ABŞ-ın COP komandalarının və heyətlərinin yaxından əməkdaşlıq etdiklərini vurğulayıb.
Bu əməkdaşlıqdan məmnunluğunu ifadə edən Prezident İlham Əliyev COP çərçivəsində iqlim maliyyələşdirilməsi ilə əlaqədar mühüm qərarların qəbul edilməsi ilə bağlı xüsusilə inkişaf etmiş dövlətlər tərəfindən konsensusun əldə ediləcəyinə ümidvar olduğunu deyib.
Telefon danışığı zamanı Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərə dair fikir mübadiləsi aparılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
6 d. əvvəl
İnvestorlar üçün yeni 15%-lik istiqraz – Yerləşdirmə noyabrda keçiriləcək
-
- 19 d. əvvəl
-
28 d. əvvəl
Neft Fondu Kanadada nəhəng investorlarla masaya oturdu – Yeni investisiya imkanları müzakirə edildi
-
33 d. əvvəl
"ABB İnnovasiya" şirkəti Pirallahı Yüksək Texnologiyalar Parkının rezidenti statusunu əldə etdi
-
40 d. əvvəl
Yaponiyadan gətirilən duzda uyğunsuzluq aşkarlandı – Məhsullar məhv edildi
-
44 d. əvvəl
“İqtisadi artım üzrə işçi qrupu”nun növbəti iclası keçirilib
-
59 d. əvvəl
Qazaxıstana daha bir birbaşa reys – AZAL Aktöbəyə uçmağa başladı
-
1 saat əvvəl
FAB Şirkətlər Qrupu Mərkəzi Asiya bazarında fəaliyyətini genişləndirir
-
1 saat əvvəl
Azərbaycan xaricdən süd məhsulları alışına daha çox pul xərcləyib
-
1 saat əvvəl
Azərbaycan xaricdən daha çox ət alıb - 8 ayda 76,5 milyon dollar xərclənib
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
"ABB İnnovasiya" şirkəti Pirallahı Yüksək Texnologiyalar Parkının rezidenti statusunu əldə etdi
Qazaxıstana daha bir birbaşa reys – AZAL Aktöbəyə uçmağa başladı
Ən çox oxunanlar
Azərbaycan xaricdən süd məhsulları alışına daha çox pul xərcləyib
“Ziraat Bank Azərbaycan” enerji effektivliyi layihələri üçün güzəştli maliyyələşməyə başlayıb ®
“Bank Respublika”da növbədənkənar yığıncaq keçiriləcək
Tramp FED-ə qarşı çıxdı: “Faizləri dərhal endirin!”


























