Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Hər 500 manat borca, 10 manat xidmət haqqı - YENİ KREDİT KARTI

500 manatadək krediti istifadə edirsən, ayın sonuncu gününədək geri qaytarmasan cəmi 10 manat xidmət haqqı ödəyirsən. İstifadə edilən məbləği ayın sonunadək geri ödəsəniz, heç bir haqq hesablanmır.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Hər 500 manat borca, 10 manat xidmət haqqı - YENİ KREDİT KARTI
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Xəbər verdiyimiz kimi, "Kapital Bank"a məxsus rəqəmsal bank Birbank maliyyə bazarına hərəkət gətirəcək yeni Birbank Star kartını təqdim edib. 

Bildirilib ki, “Birbank Star ilə sənə olar” sloqanı ilə istifadəyə verilən kart, kredit kartlarının sahib olduğu ənənəvi şərtlərdən tamamilə uzaqdır. Belə ki, Birbank Star sahibinə maliyyə azadlığı ilə yanaşı, çətin və qarışıq qrafiklər, mürəkkəb kredit hesablamalarından uzaq olmağı vəd edir.

Bu kartı xüsusi edən isə faizsiz və komissiyasız ödəniş imkanlarına sahib olmasıdır. Belə ki, bütün banklara məxsus bankomatlardan nağdlaşdırma, onlayn ödənişlər, pul köçürmələri, tranferlər də daxil olmaqla heç bir əməliyyata komissiya və faiz tətbiq edilmir.

Birbank Star-ı minimum 500 manat, maksimum 30 000 manatadək məbləğ ilə əldə edə bilərsiniz. Eyni zamanda kart istifadəçiləri 7500-dən çox partnyor brenddən alış-veriş zamanı 30%-dək keşbek, üstəlik 2 qat ƏDV qazanacaqlar.

Ödəniş şərti isə olduqca sadədir. İstifadə edilən məbləğ ayın sonuncu gününədək karta qaytarılmalıdır. Ödəniş vaxtında edilmədiyi halda hər 500 manat məbləğə görə 10 manat xidmət haqqı ödənilir. 

Kartı ən yaxın Kapital Bank filialından, Birbank mobil tətbiqindən və onlayn formada Kapitalbank-ın və Birbank-ın vebsaytlarından müraciət edərək əldə etmək mümkündür.

Onu da qeyd edək ki, bu kartı həm fiziki, həm də rəqəmsal formada istifadə etmək mümkündür. Fiziki olaraq sifariş edilən kart haqqında məlumatlar dərhal müştərinin Birbank mobil tətbiqində əks olunur. Müştəri kartı əldə etdikdən sonra isə aktivləşir.

Kart yalnız rəqəmsal versiyada sifariş edilərsə dərhal mobil tətbiqdə görünür və istifadəsi həmin andan etibarən mümkün olur. Onlayn kanallardan sifarişlərdə Bakı şəhəri üzrə ünvana çatdırılma xidməti də mövcuddur.

Kredit xəttindən istifadə etdiyim məbləğ üzrə güzəşt müddəti varmı?

Birbank Star kartının kredit xəttindən istifadə etdiyiniz məbləği ayın sonunadək geri ödəsəniz, heç bir faiz və istifadə haqqı hesablanmayacaq. Ay sonunadək ödənilməyən hər 1-500 AZN aralığındakı məbləğə görə növbəti ayın 1-10 tarixləri aralığında 10 AZN istifadə haqqı ödəməyiniz kifayətdir.

Nümunə:

Tutaq ki, siz sentyabrın 1-də kredit xəttindən 400 AZN məbləği istifadə etmisiniz. Bu məbləği sentyabr ayının son gününədək geri ödəməmisinizsə, 1-10 oktyabr aralığında 10 AZN istifadə haqqı ödəyəcəksiniz.

Tutaq ki, siz sentyabrın 1-də kredit xəttindən 5000 AZN nağlaşdırmısınız. Sentyabr ayının sonunadək bu məbləğdən yalnız 4400 AZN-i geri ödəmisiniz. Bu halda yerdə qalan 600 AZN üçün 1-10 oktyabr aralığında 20 AZN istifadə haqqı ödəyəcəksiniz.

Kredit xəttindən istifadə etsəm, üzərinə nə qədər faiz gələcək?

Birbank Star kartının kredit xəttindən istifadə etdiyiniz məbləğə heç bir faiz hesablanmır.

Nümunə:

Tutaq ki, siz sentyabrın 1-də kredit xəttindən 500 AZN istifadə etmisiniz. 30 sentyabra qədər 500 AZN-i geri ödəsəniz, bu məbləğə nə faiz, nə də istifadə haqqı hesablanacaq.

Tutaq ki, siz sentyabrın 1-də kredit xəttindən 500 AZN istifadə etmisiniz, sentyabrın 30-dək isə bu məbləğdən yalnız 300 AZN-i geri ödəmisiniz. Qalan 200 AZN məbləğə kredit faizi hesablanmayacaq, bu halda 1-10 oktyabr aralığında yalnız 10 AZN aylıq istifadə haqqı ödəməyiniz kifayətdir. 

Birbank Star kartının kredit xəttindən nağdlaşdırma, köçürmə və ya hər hansısa digər əməliyyatı etdikdə heç bir komissiya tutulmur.

Minimal aylıq ödəniş məbləği necə formalaşır?

Birbank Star kartı üzrə minimal aylıq ödəniş yalnız aylıq istifadə haqqından ibarət ola bilər.

Aylıq istifadə haqqı — kartın kredit xəttindən xərclənən məbləğ ay sonunadək geri ödənmədikdə yaranan sabit aylıq ödənişdir. Növbəti aya keçən hər 1-500 AZN aralığındakı borc üçün aylıq istifadə haqqı 10 AZN təşkil edir.

Minimal aylıq ödənişləri hansı tarix aralığında etməliyəm ?

Hər növbəti ayın 1-dən 10-dək. Ayın 10-u qeyri iş gününə düşərsə, ödənişi növbəti iş gününədək edə bilərsiniz.

Nümunə:

Tutaq ki, siz yanvarın 12-də kredit xəttindən 1200 AZN məbləği nağlaşdırmısınız və ayın sonunadək istifadə etdiyiniz bu məbləğdən yalnız 500 AZN-lik hissəni geri qaytarmısınız. Bu halda qalan 700 AZN üçün hesablanmış 20 AZN aylıq istifadə haqqı 1-10 fevral aralığında ödənəcək. Lakin fevralın 10-u bazar gününə düşərsə, ödənişi fevralın 11-də, yəni növbəti iş günündə edə bilərsiniz.

Birbank tətbiqində, Kapitalbank-ın və ya Birbank-ın  saytlarında, eləcə də Kapital Bank-ın və ya digər provayderlərin ödəniş terminallarında Birbank Star kartından xərclədiyiniz məbləği geri qaytara və ya aylıq istifadə haqqını ödəyə bilərsiniz.

Minimal aylıq ödənişi vaxtında ödəməsəm, nə baş var verəcək?

Aylıq istifadə haqqının ödəniş vaxtı hər ayın 1-10 tarixləri aralığındadır. Qeyd olunan tarixlərdə ödəniş edilmədikdə gecikmə qeydə alınır. Ödəniş birdəfəyə 10 gündən çox gecikdirilərsə, 11-ci gündə kredit xətti avtomatik bloklanır, borc ödəndikdən sonra isə dərhal blokdan çıxarılır.

Kredit xəttindən istifadə müddəti ərzində aylıq istifadə haqqı 3 dəfə 10 gündən çox gecikdirilərsə, kredit xətti birdəfəlik sıfırlanır və qalıq borc illik 27% dərəcəsi ilə müqavilə müddətinin sonunadək aylıq bərabər hissələrə bölünür.

Nümunə:

Tutaq ki, siz 2023-cü ilin 1 yanvar tarixində 100 AZN nağdlaşdırmısınız və ayın sonunadək bu məbləği geri ödəməmisiniz. Bu halda növbəti ayın, yəni fevralın 1-10 tarixləri aralığında 10 AZN aylıq istifadə haqqı ödəməli olursunuz. Lakin fevralın 20-dək aylıq istifadə haqqını da ödəmirsiniz və gecikməniz birdəfəyə 10 gündən artıq olduğu üçün fevralın 21-də kredit xətti limitiniz bloklanır.

Kredit xətti limitindən hansı müddət ərzində istifadə edə bilərəm?

Birbank Star kartının müddəti 5 il olsa da, onun kredit xəttindən istifadə müddəti 12 aydır. Müddətin sonunda kredit xətti limitinin növbəti 12 ay müddətinə uzadılmasına baxılır və əgər bu, bankın daxili qaydalarına uyğundursa, müddət uzadılır.

12 ayın sonunda müddəti uzatmaq mümkün olmadıqda qalıq borcunuz illik 27% dərəcəsi ilə müqavilənin bitmə tarixinə qədər aylıq bərabər hissələrə bölünür.

Nümunə:

Tutaq ki, siz Birbank Star kartını 1 yanvar 2023-cü ildə əldə etmisiniz. Bu halda kartın kredit xəttindən 2023-cü il, dekabrın sonunadək yararlana bilərsiniz. Dekabr ayının sonunadək bankın daxili qaydalarına əsasən sizə yenidən kredit xəttinin ayrılması mümkün olarsa, müddət uzadılacaq və siz kartın kredit xəttindən daha 12 ay istifadə edə biləcəksiniz. Müddəti uzatmaq mümkün olmasa, qalıq borcunuz kredit xətti üzrə müqavilənin bitmə tarixinə qədər annuitet ödəniş ilə bölünəcək.

Kapital Bank-dan taksit kartım və ya nağd kreditim varsa, Birbank Star kartını əldə edə bilərəm?

Bəli, daha əvvəl Kapital Bank-ın hansı məhsulunu əldə etməyinizdən asılı olmayaraq, Birbank Star sahibi ola bilərsiniz.

Öz pulumu karta qoysam, xərcləyəndə komissiya ödəyəcəm?

Ay ərzində bütün Birbank kartlarınızdakı ümumi şəxsi vəsaitinizdən 5000 AZN-dək məbləğin Kapital Bank bankomatlarında nağdlaşdırılması və yerli bank kartlarına köçürülməsi pulsuzdur. Ümumi məbləğ 5000 AZN-i keçərsə, bu əməliyyatlar üçün 0,5% (min. 1 AZN/USD/EUR) komissiya hesablanacaq.

Ölkə daxilində digər banklara məxsus bankomatlarda şəxsi vəsaitinizdən nağdlaşdırma etdikdə məbləğdən asılı olmayaraq 2 AZN/USD/EUR komissiya tutulacaq. Yerli bank kartlarına şəxsi vəsaitdən pulsuz köçürmə Birbank tətbiqindən və Kapital Bank bankomatlarından mümkündür.

Əlavə məlumatlar: 

Birbank Star kartını istənilən bankdan əməkhaqqı və ya təqaüd alan şəxslər əldə edə bilər.

Yaşınız 18-dən az deyilsə və kartın son istifadə tarixinədək 70-i keçmirsə, kartı əldə edə bilərsiniz

Son iş yerinizdə ən azı 3 ay stajınız olmalıdır. Təqaüdçülər üçün staj tələbi yoxdur.

Tələb olunan sənədlər: şəxsiyyət vəsiqəsi və ya hərbi bilet;

Birbank Star kartı ilə istər şəxsi vəsaitinizdən, istərsə də sizə ayrılmış kredit xəttindən ödəniş etdikdə 2 qat ƏDV əldə edəcəksiniz. 2 qat ƏDV-nin şərtləri çox sadədir. Siz birinci qatı "ƏDV geri al" məhsul şərtlərinə uyğun olaraq heç bir limit olmadan, adi qaydada geri alırsınız. İkinci qat üçün isə aylıq maksimal qazanc 20 AZN-dir.

kredit kart Birbank Star kartı 500 manat 10 manat borc pul
17.09.2024 18:30

Müştərilərin xəbərləri

Mobil_manset_alt_4_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ