Azərbaycan Mərkəzi Bankı rəsmi valyuta ehtiyatlarını açıqladı - AZALMA BAŞLAYIB
2024-cü ilin Oktyabr ayında Azərbaycan Mərkəzi Bankının rəsmi valyuta ehtiyatları 424,1 milyon dollar və ya 3,6% azalaraq 31 oktyabr 2024-cü il tarixində 11 milyard 371,7 milyon dollar təşkil edib.
Bu barədə Marja.az Mərkəzi Banka istinadən xəbər verir.
30 Sentyabr 2024-cü il tarixində Mərkəzi bankın valyuta ehtiyatları 11 milyard 795,8 milyon dollara çatmışdı.
Ötən ilin sonu ilə müqayisədə (10 ayda) rəsmi valyuta ehtiyatları 241,3 milyon ABŞ dolları azalıb.
Rəsmi valyuta ehtiyatarı, milyon ABŞ dolları ilə.
31.10.2024 11371.7
30.09.2024 11795.8
30.08.2024 11783.5
31.07.2024 11765.7
28.06.2024 11737.6
31.05.2024 11713.7
30.04.2024 11660.8
29.03.2024 11654.4
29.02.2024 11650.3
31.01.2024 11637.0
30.12.2023 11613.0
RƏSMİ VALYUTA EHTİYATLARI NƏ ÜÇÜN AZALIB?
Mərkəzi Bankın bu gün yaydığı press-relizə görə, Sentyabr ayında Mərkəzi Bank tərəfindən xarici valyutada dövlət xərclərinin (dövlət layihələri və tədbirləri, müdafiə, xarici valyutada öhdəliklərin azaldılması və digər strateji əhəmiyyətli) icrasına dəstək məqsədilə 424 milyon ABŞ dolları məbləğində xüsusi satış olmuşdur. Beləliklə, Mərkəzi Bankın valyuta ehtiyatları 10 ayda 241 milyon ABŞ dolları azalmışdır.
Marja.az xəbər verir ki, bu gün keçirilən mətbuat konfransında Mərkəzi Bankın sədri Taleh Kazımov məsələni şərh edib.
"Cari ilin ötən dövründə valyuta hərraclarında olan tələblər tam ödənilmişdir. Bundan əlavə olaraq, Oktyabr ayının sonunda Mərkəzi Bank tərəfindən 424 milyon ABŞ dolları həcmində satış həyata keçirilib. Bu satış ilk növbədə dövlət xərclərinin valyuta tələbinin ödənilməsilə bağlı idi. Bilirsiniz ki, strateji xərclər bu il kifayət qədər çoxdur - bunlar - müdafiə xərcləri beynəlxalq layhələr üzrə xərclər və starateji dövlət investisiyaları üçün nəzərdə tutlan xərclərdir. Oktyabr ayında 424 milyon ABŞ dolları məbləğində xüsusi satış 2023-cü ilin sonunda Mərkəzi Bankın 2,1 milyard ABŞ dolları məbləğində dövlətdən aldığı trasfert hesabına həyata keçirilib. Biz bunu valyuta bazarına müdaxilə kimi hesab etmirik, bu, dövlət xərclərinin valyuta tələbinin ödənilməsidir. Ehtimal ki, növbəti 2 ayda da bu cür məqsədlər üçün - dövlət büdcəsinin xərcləri ilə bağlı olaraq satışlar olsun", - Taleh Kazımov bildirib.
Müştərilərin xəbərləri
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
40 d. əvvəl
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
-
- 57 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"İstehsal tələbdən yüksək olduğu üçün Azərbaycanda yumurta ucuzlaşır"
- 1 saat əvvəl
-
1 saat əvvəl
QDTİB-nin Bakıda keçiriləcək İllik Toplantısı üzrə hazırlıq işləri müzakirə olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
-
2 saat əvvəl
Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında Media və Yayım Şurası yaradılır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Rosneft: Hasilata görə dünyada ikinci yerimizi qoruyuruq
Ən çox oxunanlar
İyunun 20-nin hava proqnozu - 39° isti gözlənilir
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim





























