FED sədri faizlər, iqtisadiyyat, seçkilər və onun istefası ehtimalı haqqında danışıb
ABŞ Mərkəzi Bankı (FED) uçot dərəcəsini sentyabrda 0,50 faiz bəndi azaltdıqdan sonra noyabrda da 0,25 faiz də azaltdı. İndi diqqət dekabr toplantısındadır.
ABŞ Federal Ehtiyat Sistemi (Mərkəzi Bank, FED) uçot dərəcəsini 0,25 faiz bəndi azaldaraq illik 4,50% - 4,75%-ə qədər endirib. Bu, FED-in 2024-cü ildə ikinci dəfə faiz endirimi qərarıdır. FED sentyabr ayında da uçot dərəcəsini 0,50 faiz bəndi endirib. İnflyasiya hələ də 2% hədəfindən bir qədər yuxarı qalmasına baxmayaraq, FED inflyasiya və məşğulluq hədəflərinə çatmaq üçün risklərin təxminən balanslaşdırılmış olduğuna inanır.
Marja xəbər verir ki, dünən faiz qərarından sonra keçirilmiş mətbuat konfransında FED sədri Jerome Powell (Cerom Pauel) iqtisadiyyat, seçkilər və onun istefası ehtimalı haqqında danışıb.
FED sədri Cerom Pauel mətbuat konfransı zamanı inflyasiyanın "əsaslı şəkildə azaldığını" və 2%-ə qədər "dayanıqlı bir yolda" göründüyünü söyləyib. Bununla belə, rəsmi vurğulayıb ki, ümumi inflyasiyası hədəfə yaxınlaşsa da, baza inflyasiyası hələ də “bir qədər yüksəlib”.
Pauel hesab edir ki, əmək bazarı hazırda əhəmiyyətli inflyasiya təzyiqi mənbəyi deyil. Maaş artımı qismən keçən ayki qasırğaların təsiri ilə yavaşlayıb və işsizlik səviyyəsi bir il əvvələ nisbətən nəzərəçarpacaq dərəcədə yüksəkdir, lakin 4.1% səviyyəsində "aşağı" olaraq qalır.
Pauell iqtisadiyyatın FED-in faizləri azaltmağa tələsməməsi üçün kifayət qədər sabit olduğunu vurğulayıb. O, hətta dekabrda keçirilən iclasda uçot dərəcəsinin azaldılmasında fasilə olacağını istisna etməyib.
FED sədri, "Gözləyib dekabrda işlərin necə getdiyini görəcəyik. Sadəcə gözləmək və məlumatların bizi hara aparacağını görməliyik",- deyib.
Faizlər neytral səviyyəyə yaxınlaşdıqca, FED pul siyasətinin yumşaldılması tempini yavaşlata bilər. Pauel təkrarlayıb ki, o, çox sürətli və ya çox yavaş faiz endiriminin təhlükələrini dərk edir. Faizlərin sürətli azaldılması inflyasiyanın azaldılmasında irəliləyişə mane ola bilər. Həmçinin faizlərin çox ləng azaldılması "iqtisadi aktivliyi və məşğulluğu lazımsız şəkildə zəiflədə bilər" deyib.
Gözlənildiyi kimi, Pauell yeni Tramp administrasiyasının iqtisadi siyasətini birbaşa şərh etməkdən çəkinib. Pauell bildirib ki, seçkilər yaxın müddətdə FED-in qərarlarına "heç bir təsir göstərməyəcək". Amma tənzimləyicinin rəhbəri etiraf edib ki, zaman keçdikcə hökumətin və Konqresin hərəkətləri ABŞ iqtisadiyyatına təsir edə bilər və FED bunu öz proqnozlarında nəzərə alacaq.
Lakin Pauell bildirib ki, prezident ondan istefa verməsini istəsə, istefa verməyəcək. FED-in hazırkı sədrinin səlahiyyət müddəti 2026-cı ilin mayında başa çatır və Pauellin Trampın təzyiqi ilə daha tez vəzifəsini tərk edə biləcəyi ilə bağlı fikirlər var. Lakin Cerom Pauell xatırladıb ki, qanuna görə, prezident FED rəhbərini vəzifəsindən azad edə bilməz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 19 d. əvvəl
-
34 d. əvvəl
Yarım milyon manata yaxın ziyan işi – “Moon Kids” direktoruna 5 il 6 ay şərti cəza
-
- 46 d. əvvəl
-
54 d. əvvəl
Peşə təhsilində yeni mərhələ – Dağ-mədən üzrə rəqəmsal kurs təqdim olunacaq
- 58 d. əvvəl
-
1 saat əvvəl
“İrşad” yeni dərs ilinə özəl qiymətləri endirir – Bəzi məhsullarda endirim 70%-ə çatır ®
-
1 saat əvvəl
Çin şirkətinin Azərbaycandakı ilk enerji layihəsi istifadəyə verildi
- 3 saat əvvəl
-
3 saat əvvəl
Şəhərin tam mərkəzində mənzil almaq istəyənlər üçün əla fürsət ®
-
3 saat əvvəl
Azərbaycandan fındıq ixracının həcmi 22% azalıb, gəlir isə 19,5% artıb
-
3 saat əvvəl
30 gün, 30 000 kilometr: JAECOO J8 SHS Azərbaycanda canlı yayımda sınaqdan keçdi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
AccessBank QSC Cyberark PAM tenderi elan edir
Pambıq lifi ixracı 149 milyon dollara yaxınlaşıb
Sentyabrın 17-də gözlənilən hava şəraiti
Çin şirkətinin Azərbaycandakı ilk enerji layihəsi istifadəyə verildi
Alma ixracı azalıb, gəlir isə yüksəlib
Ən çox oxunanlar
Şəhərin tam mərkəzində mənzil almaq istəyənlər üçün əla fürsət ®
Gürcüstan Azərbaycana yeni səfir təyin edib
Pomidor ixracının həcmi azalıb, gəlir 15 milyon dollar artıb
Azərbaycanın neft və neft məhsulları ixracından gəliri artıb
Azərbaycan neftinin qiyməti 128 dolları keçib























