Gələn il güzəşt və azadolmalar üzrə 7 milyard manata yaxın vəsait dövlət büdcəsinə hesablanmayacaq
Gələn il güzəşt və azadolmalar üzrə dövlət büdcəsinə hesablanmayan məbləğin 8,2% artacağı proqnozlaşdırılır.
Bu, “Hesablama Palatasının Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb.
Növbəti ilin "Büdcə zərfi"nə əsasən, vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmalar üzrə dövlət büdcəsinə hesablanmayan məbləğlər 2023-cü ildə 6132,1 mln. manat olub, 2024-cü ildə 6367,5 mln. manat, 2025-ci ildə isə cari ilin eyni göstəricisi ilə müqayisədə 522,8 mln. manat və ya 8,2% çox olmaqla 6890,3 mln. manat proqnozlaşdırılıb.
Növbəti ildə hesablanmayan məbləğlərin artması 2025-ci ilin makroiqtisadi göstəricilərindəki artım və əvvəlki illərdə tətbiq olunan güzəşt və azadolmaların davam etməsi ilə əlaqələndirilə bilər. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən təqdim edilmiş 2021-2025-ci illər üzrə vergi və gömrük sahəsində güzəşt və azadolmaların qiymətləndirilməsinə dair arayışa əsasən, güzəşt və azadolmalarla bağlı növbəti ildə proqnozlaşdırılan 6890,3 mln. manatın 4384,1 mln. manatı (63,6%- 1) ölkədaxili, 2506,2 mln. manatı (36,4%-i) isə idxal əməliyyatlarının payına düşür. 2025-ci ildə güzəşt və azadolmaların tərkibində hər iki istiqamət artımla proqnozlaşdırılıb.
Güzəşt və azadolmaların tədiyələr üzrə təhlili növbəti ildə, mədən vergisi istisna olmaqla, bütün tədiyə növləri üzrə güzəşt və azadolmalarda artım proqnozlaşdırıldığını, mütləq İfadədə ən böyük artımın (170,9 mln. manat) muzdlu işdən gəlir vergisindən olacağını göstərir. Növbəti güzəşt və azadolmaların artımına bu tədiyə növünün töhfəsi minimum əməkhaqqındakı artım əlaqələndirilə bilər. Mütləq ifadədə ikinci ən böyük artım (154,0 mln. manat) əlavə dəyər vergisi nəzərə tutulub ki, bu da əsasən idxalın, eləcə də maliyyə xidmətlərinin göstərilməsi sahəsində azadolma məbləğinin artımla proqnozlaşdırılması ilə izah oluna bilər.
2025-ci ildə yeni güzəşt və azadolmalar nəzərdə tutulsa da, onların tətbiqi nəticəsində dövlət büdcəsinin gözlənilən itkiləri cəmi 21,1 mln. manat proqnozlaşdırılıb ki, bu da dövlət büdcəsinə hesablanmayan məbləğin artımının əsasən əvvəlki illərdən güzəşt və azadolmaların tətbiq edildiyi əməliyyatların artımı ilə bağlı olduğunu deməyə imkan verir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
5 gün sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
-
5 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Maliyyə Nazirliyi 200 milyon manat da borc alır – Şərtlər açıqlandı
-
10 saat əvvəl
Toyota Abşeron-da RAV4 üçün yeni qiymət: 66 500 manatdan başlayaraq ®
-
10 saat əvvəl
Azərbaycanın "Prime Cotton" şirkəti Rusiyanın iri tekstil istehsalçıları ilə danışıqlar aparıb
-
10 saat əvvəl
Biləcəri və Xırdalanda mənzillər hansı şərtlərlə satılır? – ƏTRAFLI ®
-
11 saat əvvəl
Azər Türk Bank nümayəndələri beynəlxalq konfransda iştirak ediblər
- 11 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
İntensiv və güclü yağış yağacaq - XƏBƏRDARLIQ
Azərbaycanın "Prime Cotton" şirkəti Rusiyanın iri tekstil istehsalçıları ilə danışıqlar aparıb
Ən çox oxunanlar
Azər Türk Bank nümayəndələri beynəlxalq konfransda iştirak ediblər
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB-nin aktivləri 2026-cı ilin ilk yarısında 11,5% artaraq 16 milyard manata yaxınlaşıb
Gorusda Azərbaycan-Ermənistan texniki görüşü keçirilib
Dövlət Komitəsinin sədr müavini dəyişib - YENİ SƏRƏNCAM
AccessBank qadın sahibkarlar üçün Access2Success layihəsinə 5-ci dəfə start verir ®






















