Böyük Qayıdışa dair 1-ci Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icra müddəti uzadıla bilər
Növbəti ildə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün cari ilin ilkin proqnozundan çox, yenidən baxılmış göstəricisindən isə az vəsait nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının Rəyində bildirilib.
Qeyd edilib ki, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2025-ci ildə 4 milyard manat vəsaitin ayrılması nəzərdə tutulmuşdur ki, bu da 2024-cü ilin ilkin təsdiq edilmiş proqnozundan 175 milyon manat və ya 4,6% çox, yenidən baxılmış göstəricisindən isə 855,8 milyon manat və ya 17,6% azdır.
"2025-ci ildə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün əvvəlki ilə nisbətən azalma ilə vəsaitin nəzərdə tutulması “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin icra müddətinin uzadılması ilə nəticələnə bilər",- Rəydə deyilir.
2024-cü ilin 8 ayında işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası xərcləri üzrə müvafiq sifarişlər əsasında 2 milyard 933,2 milyon manat məbləğində icra edilmişdir ki, bu da həmin məqsəd üçün nəzərdə tutulmuş illik xərclərin 60,4%-nə bərabərdir. Bu da dövlət büdcəsi xərclərinin 2024-cü ilin rüblük və aylar üzrə bölgüsünə əsasən 2024-cü ilin ilk 8 ayı ərzində icra edilmiş vəsaitə nisbətən 4,1 faiz bəndi çoxdur.
Qeyd edilib ki, Hesablama Palatası tərəfindən aparılan auditlər və təhlillər işğaldan azad olunmuş ərazilərdə mümkün bəzi layihələrin (ticarət binası, market binaları və s.) qeyri-büdcə təşkilatlarının vəsaitləri hesabına həyata keçirilməsinin, habelə şəhər və kəndlərin yenidən qurulması və bərpası, müasir infrastrukturların yaradılması istiqamətində görülən işlərin maliyyələşdirilməsi üçün ayrılan xərclər üzrə optimallaşdırma işlərinin aparılmasının dövlət büdcəsinin vəsaitləri üzrə qənaətlilik prinsiplərinə əməl olunması ilə nəticələnəcəyini deməyə imkan verir.
Hesablama Palatasına işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası ilə bağlı icraçı qurumlar tərəfindən təqdim edilmiş məlumatların təhlili ilə bəzi layihələr üzrə əvvəlki illərdən iri məbləğdə qalıq dəyərin sifarişçinin (dövlət mülkiyyətli hüquqi şəxsin) əsas fəaliyyətdən əldə etdikləri gəlirlər hesabına davam etdirildiyi müşahidə edilmişdir ki, bu hal investisiya yönümlülük və qənaətlilik aspektindən müsbət hal kimi qiymətləndirilir. Bu kimi halların kommersiya prinsipi ilə fəaliyyət göstərən sifarişçilər tərəfindən bir sıra layihələrə də şamil edilməsinin büdcə vəsaitinə qənaətlə yanaşı, layihələrin vaxtında icrasının başa çatdırılmasına müsbət töhfə verəcəyi qənaətindəyik.
Müştərilərin xəbərləri
“McDonald’s Azərbaycan” şəhid ailələrinin 1-ci sinif şagirdlərini məktəb ləvazimatları ilə təmin etdi - FOTO
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
8 d. əvvəl
Azərbaycanda nəhəng Data Mərkəzi layihəsi – BƏƏ şirkəti ilə memorandum imzalandı
-
25 d. əvvəl
Ərəb şirkəti Naxçıvanda mineral ehtiyatların axtarışına qoşulur
-
-
32 d. əvvəl
Çində pərakəndə satış proqnozdan zəif artıb, investisiyalarda geriləmə dərinləşib
-
12 saat əvvəl
İlham Əliyev aldığı mükafatın pulunu Qarabağ Dirçəliş Fonduna köçürür
-
14 saat əvvəl
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
-
14 saat əvvəl
Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb
-
14 saat əvvəl
PAKDAD şəhid və qazi övladlarına çanta və məktəb ləvazimatları hədiyyə etdi
-
14 saat əvvəl
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri şirkətləri saziş və sənədlər imzaladılar
-
14 saat əvvəl
Bakıda dövlət qurumlarında iş saatları dəyişir – Sentyabrın 15-dən başlayır
-
15 saat əvvəl
Nazir: Bakalavr üzrə dördillik ixtisasların bəzilərini üçillik etmək olar
- 15 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Ərəb şirkəti Naxçıvanda mineral ehtiyatların axtarışına qoşulur
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
Ən çox oxunanlar
Sabahdan Bakının marşrut xətlərinə 2530 avtobus buraxılır
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
AZAL-a 30 illik beynəlxalq təcrübəsi olan rəhbər gətirildi
İri xarici bank Azərbaycanda istiqraz buraxılışının təşkilinə köməklik məqsədilə məsləhətçi seçir





























