Mastercard-ın dayanıqlılıq təşəbbüsləri və COP29 dövründə əsas fəaliyyətləri
2026-cı ilə qədər Mastercard Azərbaycanda PVC plastikdən istifadəni tamamilə aradan qaldırmaq planını həyata keçirir.(®) Bakıda keçirilmiş COP29 qlobal iqlim konfransı zamanı Mastercard Azərbaycan-ın dayanıqlılıq təşəbbüsləri şirkətin ətraf mühit, sosial və idarəetmə (ESG) öhdəliklərinə sadiqliyini vurğulayır. Mastercard dayanıqlı inkişafı dəstəkləmək və ətraf mühitə təsiri azaltmağı hədəfləyir. Şirkət, innovasiya və əməkdaşlıq vasitəsilə müsbət dəyişikliklər yaratmaq, dayanıqlı və inklüziv gələcəyi təmin etməyə yönələn korporativ məqsədini izləyir.
Dayanıqlı Şəhər Mobilliyi Təşəbbüsləri
COP29-un ekoloji hədəflərinə uyğun olaraq Mastercard, “Bakı Taksi Xidməti” MMC, ABB və “APAR” ilə əməkdaşlıq edərək Azərbaycanda dayanıqlı nəqliyyat təşəbbüslərini təqdim edib. Bu təşəbbüslərə 700 ekoloji təmiz pedallı velosiped və 200 elektrik velosipedinin istifadəyə verilməsi daxildir. Mastercard kart sahibləri üçün 50% endirim təklif olunub. ABB Mastercard sahibləri pedallı velosiped abunəliklərində endirimdən yararlanıb, bütün Mastercard istifadəçiləri isə elektrik velosipedlərin icarəsi üçün əlavə təşviqlər əldə edib.
Dayanıqlı Ödəniş Kartlarının Təşviqi
Mastercard, PVC plastikdən hazırlanan kartları ekoloji təmiz alternativlərlə əvəz etmək səylərini sürətləndirib. 2026-cı ilə qədər Mastercard Azərbaycanda PVC plastikdən istifadəni tamamilə aradan qaldırmaq planını həyata keçirir və yerli banklarla əməkdaşlıq edərək dayanıqlı materialları təşviq edir. Bu addım plastik tullantıları azaltmaq üzrə Mastercard-ın geniş öhdəliyini dəstəkləyir.
Kiçik Bizneslərin və Yaşıl Maliyyələşmənin Dəstəklənməsi
Mastercard, kiçik bizneslərin yaşıl təcrübələrə keçidini dəstəkləmək üçün yerli müəssisələrə az karbonlu əməliyyatlara keçid etməyə və yaşıl maliyyələşmə həllərinə çıxış əldə etməyə kömək edir.
Mastercard-ın Dayanıqlılığa Davamlı Sadiqliyi
Mastercard-ın COP29 çərçivəsindəki fəaliyyəti onun dayanıqlılığa olan davamlı sadiqliyini əks etdirir. Şirkət 2040-cı ilə qədər sıfır karbon emissiyasına nail olmağı hədəfləyir və ətraf mühitin qorunmasını təşviq etməyə davam edir. Mastercard-ın səyləri daha dayanıqlı və inklüziv bir dünya qurmağa, yaşıl bir gələcək yaratmağa töhfə verir.
Müştərilərin xəbərləri
“Bank sektorunda risklərin erkən aşkarlanması və nəzarətin avtomatlaşdırılması ön plana çıxacaq” - MÜSAHİBƏ
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
6 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 3 gün sonra
-
1 saat əvvəl
Süni intellektlə kiberhücumlar artır: İki texnologiya nəhəngi birləşir - Nəhəng sövdələşmə
- 4 saat əvvəl
-
4 saat əvvəl
Tramp “Nvidia”-nın Huanqı şirkətin baş direktoru vəzifəsinə qaytarmaq qərarını dəstəkləyib
- 4 saat əvvəl
-
4 saat əvvəl
Dünyanın ən böyük düyü ixracatçısı ixraca 30% vergi tətbiq etməyə hazırlaşır – Düyü bahalaş;r
-
5 saat əvvəl
Azərbaycan Avropaya yaşıl elektrik enerjisinin ixracına 2032-ci ildə başlamağı planlaşdırır
- 5 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Rusiya gübrə qiymətlərini daha 6 ay sabit saxlayacaq
Qazaxıstan gübrə istehsalını 5 dəfə artırmağı hədəfləyir
Dünyanın ən böyük düyü ixracatçısı ixraca 30% vergi tətbiq etməyə hazırlaşır – Düyü bahalaş;r
Ən çox oxunanlar
Azərbaycan Avropaya yaşıl elektrik enerjisinin ixracına 2032-ci ildə başlamağı planlaşdırır
Jensen Huang Nvidia-nın baş direktoru vəzifəsinə geri qaytarıldı – Şirkətin səhmləri 30%-dən çox bahalaşdı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İsveçrənin ABB qrupu Almaniyanın “Ziehl-Abegg” şirkətini almaq üçün saziş imzalayıb
XalqKart “Qara Cümə” alış-verişlərində 5 % keşbek/bonus qazandırır ®























