Azərbaycanın tədiyyə balansının profisiti azalıb
Azərbaycanın 9 aylıq cari əməliyyatlar balansının profisiti 6,7 milyard dollardan 4 milyard dollara (40,3% azalıb), tədiyyə balansının profisiti (ehtiyat aktivləri) 6,4 milyard dollardan 181,6 milyon dollara düşüb (35 dəfədən çox azalıb). Profisitli tədiyə balansı valyuta bazarında tarazlığı dəstəkləyir. Bu şəraitdə məzənnə sabitliyinə hər hansı bir fundamental risk gözlənilmir. Eyni zamanda, əgər tədiyyə balansı defisitli olarsa, bu, növbəti devalvasiya ehtimalını artırır.Azərbaycan Mərkəzi Bankı 2024-cü ilin 9 ayı üzrə Azərbaycan Respublikasının tədiyə balansını açıqlayıb.
Marja.az Mərkəzi Banka istinadən təqdim edir.
Qeyd edilib ki, 2024-cü ilin 9 ayı ərzində cari əməliyyatlar balansında 4 milyard dollar profisit formalaşmış (ötən ilin eyni dövrü ilə müqayisədə 40,3% az), kapitalın və maliyyənin hərəkəti balansında isə 3,6 milyard dollar kəsir formalşmışdır. Nəticədə tədiyyə balansının profisiti təxminən 181,6 milyon dollar olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 35 dəfədən çox azdır.
Müqayisə edək ki, 2023-cü ilin 9 ayı üzrə tədiyə balansı əsasən neft və qaz qiymətlərinin əlverişli olması, qeyri-neft-qaz ixracının artması və kapitalın və maliyyənin hərəkəti hesabında müsbət meyllərdən təsirlənmişdi. Cari əməliyyatlar balansında 6.7 milyard, kapital və maliyyənin hərəkəti hesabında isə 0.4 milyard dollar profisit yaranmış, ehtiyat aktivləri (tədiyyə balansının profisiti) 6.4 milyard ollar artmışdı.
Profisitli tədiyə balansı valyuta bazarında tarazlığı dəstəkləyir. Bu şəraitdə məzənnə sabitliyinə hər hansı bir fundamental risk gözlənilmir.
Əgər tədiyyə balansı defisitli olarsa, bu, növbəti devalvasiya ehtimalını artırır. Eyni zamanda Azərbaycanın təcrübəsi göstərir ki, neftin kəskin ucuzlaşdığı və tədiyyə balansı kəsirli olduğu dövrlərdə belə, Mərkəzi Bank devalvasiyaya getməyib. Əgər neft və təbii qazın qiymətləri kəskin aşağı düşərsə və uzun müddət aşağı səviyyələrdə qalarsa, belə bir vəziyyətdə devalvasiya qaçılmaz ola bilər. Bu il neft və qaz qiymətləri ötən illə müqayisədə aşağı olsa da, Azərbaycan üçün əlverişli səviyyələrdə qalır.
Devalvasiya - ölkənin cari əməliyyatlar balansı kəsirini bağlamaq üçün həyata keçirilən tədbirlərdən biridir.
İqtisadi ədəbiyyatda, “sabit məzənnə rejimlərində mərkəzi bankın rəsmi valyuta məzənnəsini yüksəldərək milli valyutanı ucuzlaşdırması prosesi” kimi xarakterizə olunan devalvasiya, malların ixrac qiymətini xarici valyutada aşağı salır, idxal qiymətini isə milli valyutada artırır.
Başqa sözlə, devalvasiya bir tərəfdən ixracı təşviq edərək valyuta gəlirlərini artırmaq, digər tərəfdən ölkə daxilində idxal mallarına tələbi azaldaraq (idxal malları bahalaşdığı üçün) valyuta qənaəti təmin etmək məqsədlərini güdür. İxrac gəlirlərinin artması və idxalın azalması ilə cari əməliyyatlar balansının kəsiri aradan qaldırılır.
Devalvasiyaya gedən ölkələr ixracada rəqabət üstünlüyü qazana bilirlər. Ancaq devalvasiyanın müsbət tərəfləri ilə bərabər mənfi tərəflərinin də olduğu mütəxəssislər tərəfindən vurğulanır.
Yüksək xarici borca malik ölkələrdə, bu yükün daha da artması ilə nəticələnən devalvasiyanın, malları, o cümlədən avadanlıq və texnologiya idxalını daha bahalı edərək ölkədə qiymət artımının baş verməsinə səbəb olur. Ərzaq məhsullarının böyük bir hissəsini xaricdən idxal edən ölkələr devalvasiya nəticəsində məhsulları daha bahalı alımalı olurlar və sosial problemlər də dərinləşir.
Əgər cari əməliyyatlar balansının saldosu mənfi olarasa (kəsir) bu, devalvasiya ehtimalını artırır. Çüni idxalı məhdudlaşdırmaq və ölkədən valyuta axınını azaltmaq üçün Dolların bahalaşdırılması da tələb olunur.
Cari əməliyyatlar balansına - ölkənin xarici ticarət balansı, xidmətlər balansı, ilkin gəlirlər balansı və təkrar gəlirlər balansı daxildir.
Cari əməliyyatlar balansında və kapital və maliyyənin hərəkəti hesabında baş vermiş əməliyyatların nəticəsi olaraq ölkənin strateji valyuta ehtiyatlarının artıb/azalmasını ifadə edir. Təcrübədə cari əməliyyatlar balansı profisitli olduqda, bu profisit kapital və maliyyənin hərəkəti hesabının kəsirini maliyyələşdirir. Əgər cari əməliyyatlar balansının profisiti kapital və maliyyənin hərəkəti hesabının kəsirini üstələyirsə, bu halda yaranmış fərq ehtiyat aktivlərini artıra bilər.
2024-cü ilin 9 ayı üzrə (yanvar-sentyabr) tədiyyə balansı
Müştərilərin xəbərləri
“McDonald’s Azərbaycan” şəhid ailələrinin 1-ci sinif şagirdlərini məktəb ləvazimatları ilə təmin etdi - FOTO
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
2 saat əvvəl
İlham Əliyev aldığı mükafatın pulunu Qarabağ Dirçəliş Fonduna köçürür
-
3 saat əvvəl
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
-
-
4 saat əvvəl
Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb
-
4 saat əvvəl
PAKDAD şəhid və qazi övladlarına çanta və məktəb ləvazimatları hədiyyə etdi
-
4 saat əvvəl
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri şirkətləri saziş və sənədlər imzaladılar
-
4 saat əvvəl
Bakıda dövlət qurumlarında iş saatları dəyişir – Sentyabrın 15-dən başlayır
-
5 saat əvvəl
Nazir: Bakalavr üzrə dördillik ixtisasların bəzilərini üçillik etmək olar
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq
-
5 saat əvvəl
Proqnozlar dəyişdi - Qlobal banklar FED-in faiz artıracağını gözləyirlər
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb
Sabahdan Bakının marşrut xətlərinə 2530 avtobus buraxılır
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
AZAL-a 30 illik beynəlxalq təcrübəsi olan rəhbər gətirildi
İri xarici bank Azərbaycanda istiqraz buraxılışının təşkilinə köməklik məqsədilə məsləhətçi seçir
Asiya İnkişaf Bankı Azərbaycanda yeni iri layihələrə hazırlaşır
Enerji xərclərini azaltmaq üçün 5%-lik kredit ®


























