Türkiyədə Dollar daha da bahalaşdı - BİR İLK
Türkiyədə Dolların qiyməti ilk dəfə 35 lirəni keçdiABŞ Dollarının qlobal bahalaşmasının əksi olaraq ABŞ dolları/Türk Lirəsi məzənnəsi günə 35 səviyyəsini keçərək yeni tarixi ən yüksək səviyyədən başlayıb.
Marja xəbər verir ki, ABŞ-da gələn il üçün faiz endirimi gözləntilərinin daha da zəifləməsi dolları dəstəkləyir. Dollar/TL məzənnəsi ABŞ seçkilərindən sonra başlayan dövrdə məhdud yüksəlişini davam etdirərkən, bu səhər görülən yeni rekord 35,02 olub. Avro/TL 36,81 səviyyəsində ticarət olunur.
Türk lirəsi dollar qarşısında ilin əvvəlindən bəri 15,7 faiz ucuzlaşıb.
TL-nin dollar qarşısında itkiləri sentyabr və oktyabr aylarında müvafiq olaraq 0,4 faiz və 0,2 faizlə aşağı qaldıqdan sonra noyabrda 1-%i keçib.
Qlobal bazarlar ABŞ Federal Ehtiyat Sisteminin (FED) bu gün açıqlayacağı faiz qərarını gözləyir. FED-in bu gün faizini 0,25 faiz bəndi azaldaraq 4,5 faizdən 4,75 faizə endirəcəyi gözlənilir.
İnvestorlar hesab edirlər ki, faiz dərəcəsi 0,50 bəndlik faiz endirimi ilə 2025-ci ildə təxminən 3,8 faizə düşəcək. Bu faiz Fed rəsmilərinin gələn ilin sonu üçün proqnozlaşdırdıqları orta hesabla 3,4 faizdən xeyli yüksəkdir.
Gələn həftə Türkiyə bazarında faiz endirimi dövrünə başlayacağı gözlənilən Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) 26 dekabr toplantısı və bununla bağlı gözləntilər əsas gündəm olaraq təqib ediləcəkdir.
TCMB-dən endirimlə bağlı bazar gözləntisi 1,50-2,50 faiz bəndi ətrafında cəmləşib. Bankirlərin fikrincə, fyuçers qiymətləri 2025-ci ilin sonuna qədər 20 bəndlik faiz endiriminə qiymət qoyur. Reuters sorğusunda da gözlənti eynidir.
TCMB əməkdaşlarının öz fikirlərini bölüşdüyü “Centre's Diary” adlı bloqda bu gün dərc edilən təhlildə son vaxtlar ev təsərrüfatlarının inflyasiya gözləntilərindəki yaxşılaşmanın təkcə tələbdən deyil, təklifdən də inflyasiya prosesini dəstəkləyəcəyinə diqqət çəkilib.
Əvvəlki təhlildə tələbin yavaşlamağa davam etdiyi və inflyasiyanın azalmasına dəstək verən səviyyələrə çatdığı bildirilmişdi.
Müştərilərin xəbərləri
“Bank sektorunda risklərin erkən aşkarlanması və nəzarətin avtomatlaşdırılması ön plana çıxacaq” - MÜSAHİBƏ
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
6 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 3 gün sonra
-
1 saat əvvəl
Süni intellektlə kiberhücumlar artır: İki texnologiya nəhəngi birləşir - Nəhəng sövdələşmə
- 4 saat əvvəl
-
4 saat əvvəl
Tramp “Nvidia”-nın Huanqı şirkətin baş direktoru vəzifəsinə qaytarmaq qərarını dəstəkləyib
- 4 saat əvvəl
-
4 saat əvvəl
Dünyanın ən böyük düyü ixracatçısı ixraca 30% vergi tətbiq etməyə hazırlaşır – Düyü bahalaş;r
-
5 saat əvvəl
Azərbaycan Avropaya yaşıl elektrik enerjisinin ixracına 2032-ci ildə başlamağı planlaşdırır
- 5 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Rusiya gübrə qiymətlərini daha 6 ay sabit saxlayacaq
Qazaxıstan gübrə istehsalını 5 dəfə artırmağı hədəfləyir
Dünyanın ən böyük düyü ixracatçısı ixraca 30% vergi tətbiq etməyə hazırlaşır – Düyü bahalaş;r
Ən çox oxunanlar
Azərbaycan Avropaya yaşıl elektrik enerjisinin ixracına 2032-ci ildə başlamağı planlaşdırır
Jensen Huang Nvidia-nın baş direktoru vəzifəsinə geri qaytarıldı – Şirkətin səhmləri 30%-dən çox bahalaşdı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İsveçrənin ABB qrupu Almaniyanın “Ziehl-Abegg” şirkətini almaq üçün saziş imzalayıb
XalqKart “Qara Cümə” alış-verişlərində 5 % keşbek/bonus qazandırır ®
























