Əməliyyatın 40 faizinədək maliyyə sanksiyası tətbiq ediləcək
Məlum olduğu kimi, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi Milli Məclisdə III oxunuşda qəbul edilib.
Vergi nəzarəti mexanizminin təkmilləşdirilməsi, vergitutma bazasının genişləndirilməsi məqsədilə Vergi Məcəlləsinə nəzərdə tutulan dəyişikliklərdən biri də bəzi ödənişləri nağd qaydada qəbul edən şəxslərə maliyyə sanksiyasının tətbiqi ilə bağlıdır.
Dövlət Vergi Xidmətinin yaydığı məlumatda bildirilir ki, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanuna əsasən, qiymətli daşların, qiymətli metalların, o cümlədən onlardan hazırlanmış məmulatların və mədəniyyət məhsullarının, eləcə də avtomobil satışı istisna olmaqla rəsmi reyestrlərdə qeydiyyata alınmış daşınar əmlakın alqı-satqısı üzrə ümumi məbləği 15 min manatdan çox ödənişlərin yalnız nağdsız qaydada həyata keçirilməsi müəyyən olunsa da, bununla bağlı qanun pozuntusuna görə Vergi Məcəlləsində hər hansı maliyyə sanksiyası nəzərdə tutulmurdu.
Avropa Şurasının MONEYVAL Komitəsi tərəfindən təsdiqlənmiş “Azərbaycan Respublikasının qarşılıqlı qiymətləndirmə hesabatında müəyyən edilmiş çatışmazlıqların aradan qaldırılmasına dair qısamüddətli Tədbirlər Planı”nda “Nağdsız hesablaşmalar haqqında” Qanunun pozulması ilə əlaqədar tövsiyələr əks olunub. Hazırki dəyişiklik adıçəkilən qanunda nəzərdə tutulmuş tələbin pozulmasına görə məsuliyyət tədbirinin müəyyən edilməsi ilə bağlıdır.
Beləliklə, bu qanunu pozmaqla aparılan əməliyyatlara görə təqvim ili ərzində 1-ci dəfə ümumi məbləğin 10, ikinci dəfə 20, 3-cü və daha çox dəfə yol verdikdə isə 40 faizi miqdarında maliyyə sanksiyasının tətbiqi nəzərdə tutulur.
Dəyişiklik vergi nəzarəti mexanizmlərinin effektiv qurulmasını, bu sahədə şəffaflaşmanın artırılmasını, eləcə də nağdsız ödənişlərin əhatə dairəsinin genişləndirilməsini hədəfləyir.
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Neft məhsulları ilə bağlı yaşanan böhran daha da dərinləşəcək"
-
1 gün əvvəl
"Bu günə qədər Qarabağın və Şərqi Zəngəzurun inkişafına 28 milyard manat vəsait ayırmışıq"
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
KPMG şirkəti Azərbaycan da daxil olmaqla 6 ölkə üzrə rəhbər təyin edib
- 2 gün əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Oktyabrın 4-də gözlənilən hava şəraiti
"Bu günə qədər Qarabağın və Şərqi Zəngəzurun inkişafına 28 milyard manat vəsait ayırmışıq"
Azərbaycan neftinin son qiyməti
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
Ən çox oxunanlar
"Bizə heç kimin köməyi, himayədarlığı lazım deyil. Silah alanda bizə bir dollar güzəşt etməyiblər, hətta bir neçə dəfə baha satıblar"
ABŞ-da işə qəbul kəskin zəifləyib, işsizlik artıb
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
Bakı–Quba və Bakı–Qusar marşrutlarını bu şirkət işlədəcək
Aqrar şirkətin nizamnamə kapitalı yarıdan çox azaldılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib























