Naxçıvanda yeni istilik elektrik stansiyası tikiləcək - SOCAR-A TAPŞIRILDI
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında yeni istilik elektrik stansiyasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
"Marja" xəbər verir ki, sərəncama əsasən, Dövlət Neft Şirkəti (SOCAR) beynəlxalq təcrübəni nəzərə almaqla stansiyanın tikintisi üçün potensial tərəfdaş investorlarla danışıqlar aparılmasını, məsləhətçi şirkətlərin cəlb edilməsini, Texniki İqtisadi Əsaslandırmanın və digər layihə sənədlərinin hazırlanmasını və layihənin həyata keçirilməsi ilə bağlı yekun təkliflərin aidiyyəti dövlət orqanları (qurumları) ilə razılaşdırılmaqla beş ay müddətində Nazirlər Kabinetinə təqdim olunmasını təmin etməlidir.
Nazirlər Kabineti İqtisadiyyat Nazirliyi və digər aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə tikiləcək yeni istilik elektrik stansiyasının ötürücü şəbəkəyə qoşulması və bundan irəli gələn digər zəruri infrastrukturun təkmilləşdirilməsi üzrə işlərin maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin layihənin həyata keçirilməsi mərhələsinə uyğun olaraq dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə (investisiya xərcləri) nəzərə alınmasını təmin etməli, Prezidentin Naxçıvanda səlahiyyətli nümayəndəliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Energetika Nazirliyi, SOCAR, “Azərenerji” ASC və digər aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
Naxçıvanın Nazirlər Kabineti Prezidentin Muxtar Respublikanda səlahiyyətli nümayəndəliyi ilə razılaşdırmaqla istilik elektrik stansiyasının tikilməsi üçün torpaq sahəsi ilə bağlı təkliflərin SOCAR-a təqdim edilməsini və bundan irəli gələn məsələlərlə əlaqədar müvafiq tədbirlər görülməsini bir ay müddətində təmin etmlidir.
“Azərenerji” “Azərişıq” ASC ilə birlikdə stansiyanın Naxçıvanın enerji sisteminə qoşulması, enerji sisteminin tənzimlənməsi və Muxtar Respublikanın daxili tələbatının ödənilməsi üçün zəruri olan elektrik enerjisi ilə bağlı təkliflərini Nazirlər Kabinetinə təqdim etməli, sərəncamdan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.
XXX
Naxçıvan Muxtar Respublikasında yeni istilik elektrik stansiyasının tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli 3910 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar dövlət–özəl tərəfdaşlığı imkanlarından istifadə edilməklə Naxçıvan Muxtar Respublikasında elektrik enerjisi istehsalının artırılmasını və elektrik enerjisi ixracının həyata keçirilməsini təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti beynəlxalq təcrübə nəzərə alınmaqla Naxçıvan Muxtar Respublikasında yeni istilik elektrik stansiyasının tikintisi üçün potensial tərəfdaş investorlarla danışıqlar aparılmasını, məsləhətçi şirkətlərin cəlb edilməsini, Texniki İqtisadi Əsaslandırmanın və digər layihə sənədlərinin hazırlanmasını və layihənin həyata keçirilməsi ilə bağlı yekun təkliflərin aidiyyəti dövlət orqanları (qurumları) ilə razılaşdırılmaqla beş ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilməsini təmin etsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və digər aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə tikiləcək yeni istilik elektrik stansiyasının ötürücü şəbəkəyə qoşulması və bundan irəli gələn digər zəruri infrastrukturun təkmilləşdirilməsi üzrə işlərin maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin layihənin həyata keçirilməsi mərhələsinə uyğun olaraq dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə (investisiya xərcləri) nəzərə alınmasını təmin etsin;
2.2. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Energetika Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti və digər aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
3. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti:
3.1. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi ilə razılaşdırmaqla istilik elektrik stansiyasının tikilməsi üçün torpaq sahəsi ilə bağlı təkliflərin Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə təqdim edilməsini və bundan irəli gələn məsələlərlə əlaqədar müvafiq tədbirlər görülməsini bir ay müddətində təmin etsin;
3.2. “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti və “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti ilə birlikdə istilik elektrik stansiyasının Naxçıvan Muxtar Respublikasının enerji sisteminə qoşulması, enerji sisteminin tənzimlənməsi və Naxçıvan Muxtar Respublikasının daxili tələbatının ödənilməsi üçün zəruri olan elektrik enerjisi ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
3.3. bu Sərəncamdan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 dekabr 2024-cü il
Müştərilərin xəbərləri
“McDonald’s Azərbaycan” şəhid ailələrinin 1-ci sinif şagirdlərini məktəb ləvazimatları ilə təmin etdi - FOTO
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
31 d. sonra
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
-
18 d. əvvəl
Bakıda dövlət qurumlarında iş saatları dəyişir – Sentyabrın 15-dən başlayır
-
-
43 d. əvvəl
Nazir: Bakalavr üzrə dördillik ixtisasların bəzilərini üçillik etmək olar
- 54 d. əvvəl
- 55 d. əvvəl
-
1 saat əvvəl
Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq
-
1 saat əvvəl
Proqnozlar dəyişdi - Qlobal banklar FED-in faiz artıracağını gözləyirlər
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan qiymətli daşlarla bağlı yeni dövlət standartları qəbul edib
-
2 saat əvvəl
İri xarici bank Azərbaycanda istiqraz buraxılışının təşkilinə köməklik məqsədilə məsləhətçi seçir
-
2 saat əvvəl
Asiya İnkişaf Bankı Azərbaycanda yeni iri layihələrə hazırlaşır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
AZAL-a 30 illik beynəlxalq təcrübəsi olan rəhbər gətirildi
Ən çox oxunanlar
İri xarici bank Azərbaycanda istiqraz buraxılışının təşkilinə köməklik məqsədilə məsləhətçi seçir
Asiya İnkişaf Bankı Azərbaycanda yeni iri layihələrə hazırlaşır
Enerji xərclərini azaltmaq üçün 5%-lik kredit ®
Maliyyə naziri özünə yeni müşavir təyin edib
7 illik istiqraz, illik 15% gəlir – Hərracın tarixi açıqlandı
Sentyabrın 15-də gözlənilən hava şəraiti
“McDonald’s Azərbaycan” şəhid ailələrinin 1-ci sinif şagirdlərini məktəb ləvazimatları ilə təmin etdi - FOTO






















