Azərbaycan şirkətinin 12 faiz gəlir təklif edən istiqrazlarına abunə yazılışı başladı
Rüblük qaydada faiz ödənilməklə, 12% cəlbedici kupon dərəcəsi təklif olunur. Qeyd olunan qiymətli kağızlara abunə yazılışı 21.01.2025 ci il tarixində başlayır. Abunə yazılışı 14 gün davam edəcək və fevralın 3-ündə yekunlaşacaq.(®) "Nobel Energy"nin törəmə şirkəti olan "Global Energy Solutions" (Glensol) ilk korporativ istiqrazların buraxılış prosesinə rəsmi olaraq başlayıb və bu, Azərbaycanın kapital bazarına daxil olması baxımından şirkət üçün mühüm addımdır.
Şirkətin yaydığı məlumata görə, bu, "Glensol" şirkətinin inkişaf planlarını və Azərbaycanın maliyyə sektorunun potensialını göstərir.
İstiqrazların ümumi məbləği 10 milyon AZN təşkil edir və rüblük qaydada faiz ödənilməklə, 12% cəlbedici kupon dərəcəsi təklif edilir. Buraxılış, hər biri 5 milyon AZN olaraq 2 tranşla həyata keçiriləcək, birincisi yanvarın 21-dən başlayaraq 2 həftə davam edəcək. Bu təşəbbüs investorları cəlb etmək və "Glensol" şirkətinin neft-mədən əməliyyatlarını və avadanlıqlar üzrə texniki xidmət fəaliyyətlərini dəstəkləmək məqsədi daşıyır.
"Glensol" güclü müştəri bazasına malikdir və bu BP və SOCAR kimi böyük milli və beynəlxalq enerji şirkətlərini də əhatə edir. Bu da müxtəlif strateji enerji layihələrindən sabit maliyyələşmənin əldə edilməsini və davamlı nəğd pul vəsaitlərinin hərəkətinin təminatına dəstək olur. Şirkət həm ənənəvi, həm də dayanıqlı enerji layihələrini dəstəkləmək üçün öz imkanlarından və sınaqdan keçmiş bacarıqlarından istifadə etməklə enerji keçidinə sadiq qalır.
"Bu buraxılışdan əldə edilən vəsait enerji sektorunda innovasiya məqsədinə xidmət edən inkişaf fəaliyyətləri də daxil olmaqla, dayanıqlı layihələr üçün istifadə ediləcək. İllik dövriyyəsi 6 milyard AZN təşkil edən Azərbaycanın kapital bazarlarının davamlı olaraq genişləndiyi bir vaxtda Glensol istiqrazlarının buraxılışı məqsədəuyğundur və bununla şirkət "NEQSOL Holding"in enerji seqmenti olan "Nobel Energy Group" daxilində öz mövqeyini də möhkəmləndirir", -məlumatda deyilir.
İnvestorlar "Glensol" şirkətinin güclü təcrübəsinə, eləcə də insanlara və texnologiyaya ağıllı sərmayələr qoyulmaqla, uzunmüddətli strateji inkişaf və dayanıqlılıq öhdəliyinə əsasən, bu sabit və gəlirli investisiya imkanını araşdırmağa təşviq edilirlər. İnvestisiya bazarı aktivdir, bazarda yerləşdirilən qiymətli kağızların ümumi dəyəri 535 milyon manata çatır və bu, "Glensol" şirkətinin təkliflərinin cəlbediciliyini daha da artırır.
İstiqraz və ya investisiya imkanları haqqında ətraflı məlumat əldə etmək üçün PAŞA Kapital şirkətinə [email protected] elektron poçt ünvanı və ya +994 99 830 02 32 telefon nömrəsi ilə müraciət etmək olar.
Glensol haqqında
2012-ci ildə "Nobel Energy"nin mədən əməliyyatları və avadanlıqlara texniki xidmət üzrə törəmə şirkəti kimi yaradılmış "Glensol" regionda və bütün dünyada yerli və beynəlxalq neft və qaz şirkətləri üçün fırlanan avadanlıqların, o cümlədən turbomexanizm xidmətlərinin, eləcə də nəzarət, istismar və texniki servis xidmətlərinin etibarlı təchizatçısı olmuşdur.
Ətraflı məlumat: www.nobelenergy.com
PAŞA Kapital haqqında
PAŞA Kapital bazarda nail olduğu sağlam mövqeyi ilə tanınan və “Ən yaxşı İnvestisiya Şirkəti” və “Ən Yaxşı Broker Firması” kimi bilinən Azərbaycanın aparıcı investisiya şirkətidir.
XXX
İlk tranşda yerləşdirilməsi nəzərdə tutulan istiqrazlar üzrə məlumat:
Emitentin adı: “Global Energy Solutions” MMC
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2001025884
İstiqraqzların növü və forması: Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar
Ticarət üsulu/forması: Kütləvi / Abunə yazılışı
İstiqrazların sayı: 50 000 (ədəd)
İlkin ticarət qiyməti: 100 manat
Buraxılış həcmi: 5 000 000 manat
İllik gəlirlilik faizi: 12%
Ödəmə periodu: İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürməklə hər 3 (üç) aydan bir (ayda günlərin sayı 30 (otuz) götürməklə)
Tədavül müddəti: 2 il
Ticarətə buraxılma tarixi: Emitent tərəfindən bildiriləcək
Anderrayter: “PAŞA Kapital İ.Ş.” QSC
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 19 d. əvvəl
-
- 26 d. əvvəl
- 55 d. əvvəl
- 55 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Türkiyə ən çox xam neft və neft məhsullarını Rusiya, İraq və Qazaxıstandan alıb
-
2 saat əvvəl
Beynəlxalq Halal Forumda “Azərbaycan pavilyonu” böyük maraqla qarşılanıb
-
2 saat əvvəl
"Əminəm ki, biz, həmçinin Azərbaycana çox məhsullar təqdim edə bilərik"
-
12 saat əvvəl
YouTube-un illik gəliri 60 milyard dolları keçib: Ən çox qazanan yutuber kim olub?
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Yaponya iqtisadiyyatı cüzi artıb
Anthropic-in dəyəri 380 milyard dollara çatıb
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub























