CFI şirkəti 2024-ün 4-cü rübündə rekorda imza atıb - Ticarət həcmi 1,12 trilyon dolları ötüb -FOTO
Onlayn ticarət xidmətlərinin aparıcı qlobal təminatçısı olan CFI Financial Group 2024-cü ili rekord nailiyyətlərlə başa vuraraq, dünyanın ən sürətlə inkişaf edən onlayn ticarət xidmətləri təminatçılarından biri kimi mövqeyini daha da möhkəmləndirib.
Rekord həddə çatan yüksək ticarət həcmlərinə, aktiv müştərilərin sayında eksponensial artıma və qlobal miqyasda əhəmiyyətli genişlənməyə nail olan CFI yeni sənaye standartları müəyyən edərək onlayn ticarət sahəsində dominant qüvvə kimi mövqeyini təsdiqləyib.
2024-cü ilin IV rübü: Əlamətdar ilin tarixə düşən yekunu:
● Görünməmiş ticarət həcmi: CFI 2024-cü ilin dördüncü rübündə əvvəlki rekordları qıraraq ticarət həcmini 1,12 trilyon dollardan çox artırdı və bununla üçüncü rübün 1,03 trilyon dollar göstəricisini geridə qoydu.Beləliklə, 2024-cü ilin ikinci yarısında ümumi ticarət həcmin göstəriciləri 2.15 trilyon dollara yüksələrək, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 142% artım nümayiş etdirdi.
● Artan müştəri aktivliyi: IV rübdə aktiv müştərilərin sayı III rübə nisbətən 27% artdı. Yeni müştərilərin sürətli artımı CFI şirkətinin əlçatan və səmərəli ticarət həlləri təqdim etmək öhdəliyini bir daha təsdiqlədi.
● Müştəri depozitləri və əməliyyatlarında artım: IV rübdə müştəri maliyyələşdirməsində 39% artım baş verdi, III rübdə isə 31% sıçrayış müşahidə edilirdi. Bu yüksəliş CFI-ın təkliflərinə artan inamı əks etdirir.
4-cü rübdə strateji genişlənmə və liderliyin gücləndirilməsi
CFI-ın qlobal miqyasda böyümə və liderliyin gücləndirilməsi istiqamətində davamlı səyləri IV rübdə əsas genişlənmələr və rəhbər heyətinin təyinatları ilə yekunlaşdı, o cümlədən:
● Azərbaycanda CFI Financial Investment şirkətinin fəaliyyətə başlaması şirkətin regionda ilk lisenziyalı yerli iştirakı kimi qeyd olundu və İlqar Rüstəmbəyli CEO (baş direktor) vəzifəsinə təyin edildi.
● CFI bütün qitələrə çıxışını genişləndirən Cənubi Afrikada fəaliyyətə başladı və Zihaad İsrafil CEO (baş direktor) vəzifəsinə təyin edildi.
● CFI-ın Abu Dabidəki ikinci ofisindən sonra Şarjada üçüncü BƏƏ ofisinin açılması şirkətin regional mövcudluğunu və əlçatanlığını gücləndirdi.
● Qlobal idman tədbirlərində VIP təcrübələr və unikal müştəri cəlbetmə imkanları kimi eksklüziv təşviqlər təklif edən CFI Mükafat Proqramı təqdim edildi.
● Ahmad Khatibin biznesin inkişafı üzrə baş direktor və Ziad Melhemin baş marketinq direktoru vəzifəsinə təyin edilməsi CFI şirkətinin rəhbər komandasını daha da gücləndirdi və şirkətin strateji inkişafını davam etdirməyə imkan yaratdı.
Sənayedə aparıcı tərəfdaşlıqlar və brendin genişlənməsi
● MI Cape Town klubunun rəsmi onlayn treydinq tərəfdaşı kriketin 2,5 milyardlıq nəhəng qlobal auditoriyası ilə əlaqə qurur.
● Qlobal brend səfiri və yeddiqat Formula 1™ dünya çempionu Lyuis Hemiltonun iştirakı ilə Dubayın “Gələcək Muzeyi”ndə eksklüziv “CFI Driven by Success” tədbiri keçirilir.
● “Trading Transparency+” proqramının təqdimatı baş tutur – bazar təhsili, ticarət reallıqları və risklərin idarə olunmasına həsr edilmiş təşəbbüs CFI-ın məsuliyyətli ticarətə sadiqliyini bir daha təsdiqləyir.
2024: Misilsiz uğur və inkişaf ili
● Ümumi illik ticarət həcmi əvvəlki rekordları aşaraq CFI şirkətini sənayenin lideri statusunda möhkəmləndirir.
● Treyder və investorların şirkətin xidmətlərinə olan tələbatını əks etdirən yeni müştərilərin illik 120% artımı müşahidə olunur.
● Yeni bazarlara çıxış CFI-ın beynəlxalq mövcudluğunu və yüksək səviyyəli maliyyə institutu kimi nüfuzunu möhkəmləndirir.
● Texnoloji irəliləyişlər, o cümlədən, süni intellektlə idarə olunan ticarət alətləri və qüsursuz platforma inteqrasiyaları ümumi ticarət təcrübəsini artırır.
● Yeni qlobal brend səfiri, yeddiqat Formula 1™ dünya çempionu Lyuis Hemilton şirkətin mükəmməllik, innovasiya və müxtəliflik və inklüzivlik tərəfdarı olma istiqamətindəki dayanıqlı səyləri ilə uyğunlaşır.
● NBA Abu Dhabi Games və UFC 308 ilə genişləndirilmiş əməkdaşlıqlar, o cümlədən FIBA WASL, Khaleeji Zain 2024 GCC Cup və başqaları ilə əməkdaşlıqlar daxil
olmaqla, Abu Dabinin Mədəniyyət və Turizm Departamenti ilə strateji regional tərəfdaşlıqlar qurulur.
2025-ci ilə nəzər salaq
Bu möhtəşəm ili əsas götürərək, CFI davamlı inkişafa, texnoloji yeniliyə və əsas bazarlarda əhatə dairəsini genişləndirməyə sadiq qalır. İnkişafda olan yeni təşəbbüslərlə CFI 2025-ci ildə və ondan sonrakı illərdə onlayn ticarət sahəsində mükəmməlliyi yenidən müəyyən etməyə hazırlaşır.
CFI Haqqında: 1998-ci ildə təsis edilmiş CFI Financial Group MENA bölgəsinin aparıcı onlayn ticarət brokeridir və 25 ildən çox təcrübəyə malikdir. London, Abu Dabi, Dubay, Keyptaun, Bakı, Beyrut, Amman və Qahirə kimi mühüm yerlərdə fəaliyyət göstərən CFI həm qlobal, həm də yerli bazarlara problemsiz çıxış imkanı təqdim edir.
Səhm, valyuta, əmtəə və digər müxtəlif ticarət seçimləri təklif edən CFI sıfır pip spredlər, komissiyasız xidmətlər və ultra sürətli icra şərtləri ilə üstün imkanlar təqdim edir.
Şirkət süni intellektə əsaslanan alətlər sahəsində liderdir və istənilən təcrübəyə malik treyderlər üçün intuitiv və qabaqcıl həllər təklif edir. CFI, çoxdilli təhsil məzmunu vasitəsilə maliyyə savadlılığını artırır və AC Milan, FIBA WASL, MI Cape Town kriket komandası və Abu Dabi Mədəniyyət və Turizm Departamenti ilə tərəfdaşlıqlar vasitəsilə mükəmməlliyi təşviq edir. Yeddiqat Formula 1™ dünya çempionu Sir Lyuis Hemilton CFI-ın qlobal brend səfiridir. CFI həmçinin dünya üzrə mədəniyyət və icma təşəbbüslərini dəstəkləyərək innovasiya və uğura olan bağlılığını nümayiş etdirir.
Ətraflı məlumat üçün: www.cfi.trade
Müştərilərin xəbərləri
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
SON XƏBƏRLƏR
- 6 gün sonra
-
6 d. əvvəl
PAŞA Bank Türk Hava Yolları ilə eksklüziv əməkdaşlıq müddətini uzatdı
-
2 saat əvvəl
Məşhur bazar analitikindən 20 faizlik çöküş xəbərdarlığı: 6 səbəb sadaladı
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
- 3 saat əvvəl
-
3 saat əvvəl
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
- 4 saat əvvəl
-
4 saat əvvəl
Almaniyada məşğulluq böhranı: İşçi qüvvəsinin 30 faizi bazarı tərk edəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
Lizinq şirkəti BOKT yaradır
Ən çox oxunanlar
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
Azercell və Samsung-dan yeni kampaniya!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
“Merkuri BOKT” növbədənkənar yığıncaq keçiriləcək

























