Naxçıvan Sağlamlıq Mərkəzi üçün avadanlıq, aparat və cihazlar alınıb
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın 2025–2027-ci illər üzrə Təfsilatlı Tədbirlər Planı”nına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən bir sıra işlər həyata keçirilir.
Naxçıvan Nazirlər Kabinetinin yaydığı məlumatda bildirilir ki, Naxçıvan Sağlamlıq Mərkəzində tibbi xidmətlərin keyfiyyətini artırmaq məqsədilə bir sıra yeniliklər həyata keçirilib.
Məlumat üçün qeyd edək ki, Mərkəzə kardio-reanimasiya, ümumi reanimasiya və kardiocərrahiyyə üçün müvafiq olaraq 2 ədəd xəstəbaşı monitor, ümumicərrahiyyə üçün 1 ədəd xəstəbaşı monitor və transfer üçün 1 ədəd xəstəbaşı monitor avadanlıqları alınıb. Cərrahi prosedurların keyfiyyətini artırmaq məqsədilə 2 ədəd cərrahi aspirator, 1 ədəd audiometriya cihazı, yenidoğulmuşlarda eşitmə qabiliyyətini müayinə etmək üçün 1 ədəd cihaz və 2 ədəd su distilliyatoru alınmışdır.
Bundan başqa, mərkəzdə müalicə və prosedurların düzgün idarə olunması üçün 5 ədəd avtomatik şırınqa pompası, 3 ədəd avtomatik infuziya pompası, 1 ədəd anesteziya cihazı, 1 ədəd anesteziya monitoru və 1 ədəd suni tənəffüs aparatı təmin edilib. Digər vacib avadanlıqlar arasında 1 ədəd soyuducu, 3 ədəd tibbi dondurucu və qan bankı üçün 1 ədəd tibbi soyuducu da mövcuddur. Xəstələrin temperaturunun qorunması üçün 1 ədəd xəstə isitmə cihazı, 2 ədəd qan və infusiya məhsulları isidicisi, 1 ədəd dondurulmuş qan preparatlarının əridilməsi cihazı alınıb.
Yeni alınan avadanlıqlar arasında 6 ədəd bakterisid şüalandırıcı, 8 ədəd 4 ayaqlı əsa, 4 ədəd kirli-təmiz camaşır arabası və 4 ədəd tibbi tullantıların daşınması üçün araba da mövcuddur. Laringoskop və videolarinqoskop dəstləri, 1 ədəd radiotezlikli venoz ablasiya cihazı, 1 ədəd əməliyyat masası üçün qızdırıcı və 1 ədəd elektron nebulyazer də alınan avadanlıqlar arasında yer alır.
Reanimasiya və cərrahiyyə sahəsində 13 ədəd 4 motorlu reanimasiya çarpayısı, 10 ədəd 5 motorlu reanimasiya çarpayısı və 23 ədəd reanimasiya çarpayıları üçün döşək mövcuddur. Eyni zamanda 28 ədəd 3 motorlu cərrahiyyə çarpayısı və 28 ədəd cərrahiyyə çarpayıları üçün döşək alınaraq mərkəzə gətirilmişdir. Xəstələrin daşınması üçün 2 ədəd xəstə daşıma arabası, 2 ədəd xərək, 4 ədəd əlil arabası, 1 ədəd xəstə yuma arabası, 2 ədəd xəstə önü yemək masası və 1 ədəd xəstə daşıyıcı kran alınıb.
Həmçinin Ailə Sağlamlıq Mərkəzləri, Onkoloji Mərkəz və Hemodializ Mərkəzi üçün də bir sıra avadanlıqlar alınıb.Bu mərkəzlərdə təmir işləri başa çatdıqdan sonra avadanlıqlar mərkəzlərin istifadəsinə veriləcəkdir.
Qeyd edək ki, mərkəzlərdə həyata keçirilən bu islahatlar, tibbi xidmətlərin keyfiyyətini artırmaq və xəstələrə yüksək səviyyədə sağlamlıq xidmətləri təqdim etmək məqsədini daşıyır. Bu yeniliklər, Naxçıvan əhalisinin sağlamlığına öz töhfəsini verməklə yanaşı, tibbi xidmətə əlçatanlığı daha da yaxşılaşdıracaq. Adıçəkilən avadanlıqların alınması, mərkəzin tibbi infrastrukturunun gücləndirilməsinə və müalicə proseslərinin daha effektiv, rahat və təhlükəsiz şəkildə həyata keçirilməsinə imkan yaradacaq.
* * *
Qeyd edilib ki. bundan başqa, Naxçıvan Sağlamlıq Mərkəzində əhalinin daha komfortlu və effektiv müalicə alması üçün genişmiqyaslı infrastruktur yenilənməsi aparılıb, maddi texniki bazası gücləndirilib. Belə ki, mərkəzdə müasir tələblərə uyğun laboratoriya qurulub və bu laboratoriya üçün müvafiq avadanlıqlar alınıb. Qısa müddət ərzində bu avadanlıqların istifadəyə verilməsi nəzərdə tutulur. Həmçinin, mərkəzdə onkoloji xəstələr üçün kimyaterapiya prosedurlarının təhlükəsiz və rahat şəkildə həyata keçirilməsi məqsədilə xüsusi bir bölmə ayrılıb. Bu bölmədə müalicə prosesinin daha effektiv şəkildə təşkil olunması üçün hərtərəfli şərait yaradılıb.
Mərkəzdə əlavə olaraq, iki yeni müasir avadanlıqlarla təchiz edilmiş əməliyyat otaqları istifadəyə verilib. Bu otaqlardan biri hibrid əməliyyat otağıdır ki, bu otaqda yüksək dəqiqlikli diaqnostik və cərrahi müdaxilələrin eyni vaxtda aparılması mümkündür.
Eyni zamanda mərkəzdə pasiyentlər üçün yüksək səviyyəli xidmət təklif edən, müasir standartlara cavab verən palatalar hazırlanıb. Bu palatalar rahatlıq və fərdi qayğı prinsiplərinə əsaslanaraq dizayn edilib və artıq iki palata istifadəyə verilib. Digər palataların təmir işləri yekunlaşdıqda, onlar da xidmətə təqdim olunacaq.Həmçinin Naxçıvan Sağlamlıq Mərkəzində yaradılmaqda olan laboratoriyada İcbari Tibbi Sığortanın Xidmətlər Zərfinə daxil olan bütün laborator xidmətlər göstəriləcək.
Məlumat üçün qeyd edilib ki, genişmiqyaslı infrastruktur yenilənməsi təkcə Naxçıvan Sağlamlıq Mərkəzini deyil, eyni zamanda Ailə Sağlamlıq Mərkəzini, Onkoloji Mərkəzi və Hemodializ Mərkəzini də əhatə edəcəkdir. Həyata keçirilən bu işlər hər şeydən əvvəl səhiyyə sisteminin müasir tələblər sisteminə uyğun qurulmasına xidmət edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 gün sonra
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
-
19 saat əvvəl
BOKT-ların problemli kreditləri üzrə yeni qaydalar hazırlanır
-
- 21 saat əvvəl
-
22 saat əvvəl
BOKT-ların biznes kreditləri verməsi daha çox təşviq ediləcək
-
22 saat əvvəl
Mərkəzi Bank BOKT-ların öhdəliklərinin kapitala nisbətini 3 hədd üzrə müəyyən edib
- 22 saat əvvəl
- 22 saat əvvəl
-
1 gün əvvəl
“Baku Steel Company” ağır texnika və daşımalar üzrə tender elan edib
-
1 gün əvvəl
“MJ Finance” 16 faiz gəlirli istiqrazlar buraxır – 6 MİLYON MANAT
-
1 gün əvvəl
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır
-
1 gün əvvəl
Dövlətin üstünlük təşkil etdiyi bəzi bazarlar rəqabətə açıla bilər
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
BOKT-ların problemli kreditləri üzrə yeni qaydalar hazırlanır
Sentyabrın 13-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin qiyməti 120 dolları keçib
“Baku Steel Company” ağır texnika və daşımalar üzrə tender elan edib
Ən çox oxunanlar
“MJ Finance” 16 faiz gəlirli istiqrazlar buraxır – 6 MİLYON MANAT
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır
Dövlətin üstünlük təşkil etdiyi bəzi bazarlar rəqabətə açıla bilər
Azərbaycanda lisenziya və icazə prosedurlarının dəyişdirilməsi üçün təkliflər hazırlanacaq
Sahibkarların dövlət satınalmalarına və mühüm infrastruktura çıxışı genişləndiriləcək
Azərbaycanda məhsul bazarları yeni metodla yoxlanılacaq

























