Rublun hazırkı bahalaşmasının 4 səbəbi
Mart ayında ABŞ dollarının ucuzlaşmasının, Rusiya Rublunun bahalaşmasının 4 səbəbiRubl yenidən bahalaşır, birjadankənar bazarda dolların məzənnəsi avqust ayından bəri ən aşağı səviyyəyə düşüb.
Marja xəbər verir ki, Martın ikinci ongünlüyündə Rusiya Mərkəzi Bankı dolların rəsmi məzənnəsi 87 rubldan aşağı salıb (86,5669 rubl). Banklararası Forex valyuta bazarında USD/RUB məzənnəsi martın 11-də 85 rubldan aşağı düşüb və bu, yeddi ayın minimumu olub.
Dolların məzənnəsi 2025-ci ilin əvvəlində üçrəqəmli idi - yanvarın əvvəlində Rusiya Mərkəzi Bankının rəsmi məzənnəsi 102,3 rubl təşkil etmişdi. İki ay yarımda dollar 18%-dən çox ucuzlaşıb.
"BCS World of Investments"in fond bazarı üzrə eksperti Dmitri Babin qeyd edib ki, rublun məzənnəsi artıq bir neçə həftədir ki, dövlət büdcəsinin sabitliyi və ixracatçıların gəlirləri baxımından həddindən artıq yüksək səviyyədədir.
Bəs nə üçün Dollar ucuzlaşır, Rubl bahalaşır? 4 əsas səbəb:
1. Geosiyasi optimizm
"Tsifra Broker"in aparıcı analitiki Natalya Pıryeva hesab edir ki, rublun möhkəmlənməsi geosiyasətdə deeskalasiya ilə bağlı nikbinliklə bağlıdır. Optimist əhval-ruhiyyə Rusiya fond bazarına kapital axınını stimullaşdırır (xarici investorlar valyuta satıb rubl alaırlar).
"Xarici valyuta təklifi həddindən artıq olaraq qalır, o cümlədən investorların xarici valyuta aktivlərindən rubl aktivlərinə vəsait köçürməsi səbəbindən, Rusiya üçün geosiyasi vəziyyətin mümkün yaxşılaşması fonunda daha perspektivli görünür", - Dmitri Babin əlavə edib.
Mərkəzi Bank son “Maliyyə bazarı risklərinin icmalı”nda rublun möhkəmlənməsinə səbəb kimi geosiyasi gərginliyin azalacağına dair gözləntiləri də göstərir .
2. İxracatçılar tərəfindən valyuta gəlirlərinin satışı
Natalya Pıryeva qeyd edib ki, bazarda valyuta təklifinin həcmi onun ixracatçılar tərəfindən xalis satışlarının artması hesabına da artıb.
Rusiya Mərkəzi Bankının məlumatına görə, fevralda Rusiyanın ən böyük ixracatçılarından 29 şirkətin xalis satışları yanvar ayı ilə müqayisədə 25% artaraq 12,4 milyard dollar təşkil edib.
3. Mövsümi olaraq xarici valyutaya aşağı tələb
"Market Power" layihəsinin analitikləri qeyd edirlər ki, birinci rübdə həm idxalçılar, həm də əhali arasında valyutaya tələbat aşağıdır. Xarici borcun ödənilməsi üçün xarici valyutaya tələb də bu dövrdə zəifdir.
Rublun fevral ayında möhkəmlənməsi, digər məsələlərlə yanaşı, idxalçılar tərəfindən valyutaya tələbatın mövsümi azalması ilə bağlı olub.
4. Dünya bazarında dolların zəifləməsi
"FG Finam"ın analitiki Alexandır Potavin qeyd edir ki, Amerika valyutası təkcə rubla qarşı deyil, digər valyutalara qarşı da zəifləyir. Martın əvvəlindən dolların indeksi əsas dünya valyutaları səbətinə nisbətən demək olar ki, 4% ucuzlaşıb. Analitik izah edir ki, ABŞ iqtisadiyyatının perspektivləri ilə bağlı artan narahatlıqlar səbəbindən dünyada dollara tələbat azalıb. Martın 9-da ABŞ prezidenti Donald Tramp “Fox News”elekanalına müsahibəsində Kanada, Meksika və Çinə qarşı tarif siyasətinə görə ABŞ-da tənəzzül ehtimalını istisna etməyib.
Müştərilərin xəbərləri
“Bank sektorunda risklərin erkən aşkarlanması və nəzarətin avtomatlaşdırılması ön plana çıxacaq” - MÜSAHİBƏ
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
6 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 3 gün sonra
-
1 saat əvvəl
Süni intellektlə kiberhücumlar artır: İki texnologiya nəhəngi birləşir - Nəhəng sövdələşmə
- 4 saat əvvəl
-
4 saat əvvəl
Tramp “Nvidia”-nın Huanqı şirkətin baş direktoru vəzifəsinə qaytarmaq qərarını dəstəkləyib
- 4 saat əvvəl
-
4 saat əvvəl
Dünyanın ən böyük düyü ixracatçısı ixraca 30% vergi tətbiq etməyə hazırlaşır – Düyü bahalaş;r
-
4 saat əvvəl
Azərbaycan Avropaya yaşıl elektrik enerjisinin ixracına 2032-ci ildə başlamağı planlaşdırır
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Rusiya gübrə qiymətlərini daha 6 ay sabit saxlayacaq
Qazaxıstan gübrə istehsalını 5 dəfə artırmağı hədəfləyir
Dünyanın ən böyük düyü ixracatçısı ixraca 30% vergi tətbiq etməyə hazırlaşır – Düyü bahalaş;r
Ən çox oxunanlar
Azərbaycan Avropaya yaşıl elektrik enerjisinin ixracına 2032-ci ildə başlamağı planlaşdırır
Jensen Huang Nvidia-nın baş direktoru vəzifəsinə geri qaytarıldı – Şirkətin səhmləri 30%-dən çox bahalaşdı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İsveçrənin ABB qrupu Almaniyanın “Ziehl-Abegg” şirkətini almaq üçün saziş imzalayıb
XalqKart “Qara Cümə” alış-verişlərində 5 % keşbek/bonus qazandırır ®


























