Neft 7 faizdən çox ucuzlaşdı - 2021-ci ilin avqustundan bəri bir ilk
Londonun ICE birjasının ticarət məlumatlarına əsasən, Brent markalı neftin qiyməti 7,4% düşərək bir barel üçün 64,74 dollar olub. Sonuncu dəfə neftin bir barreli 65 dollardan aşağı2021-ci ilin avqust ayında satılıb.
Marja xəbər verir ki, ABŞ prezidenti Donald Trampın bütün ölkələrdən idxal olunan məhsullara yeni tariflər tətbiq etməsindən sonra neftin qiyməti aşağı düşüb. ABŞ dünyanın müxtəlif ölkələri üçün 50%-ə qədər tariflər tətbiq etmək qərarına gəlib. Bu, qlobal ticarət müharibəsinin neftə tələbi azalda biləcəyi ilə bağlı qorxuları artırıb. OPEC+ ölkələrinin neft hasilatını əvvəllər elan ediləndən daha sürətli artırmaq qərarı da bazara mənfi təsir göstərib.
Analitiklərə görə, faktiki olaraq Birləşmiş Ştatların bütün əsas ticarət tərəfdaşlarına qarşılıqlı tariflər haqlı olaraq iqtisadi tənəzzül və ola bilsin staqflyasiya ilə bağlı narahatlıqları artırır. Bu, iqtisadi artıma və neftə olan tələbata mənfi təsir göstərir.
Goldman Sachs hesab edir ki, artan tənəzzül riskləri səbəbindən neft qiymətləri dəyişkən qalacaq. Bank Brent markalı neftin bir barelinin qiyməti ilə bağlı proqnozunu yenidən 5 dollar azaldaraq 2025-ci ilin sonu üçün 66 dollar/barelə endirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 19 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Ən çox oxunanlar
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib




















