Xəqani Məmmədova məxsus BOKT-da sıçrayış!
"FNC BOKT" QSC 2024-cü ili 1 milyon 972 min manat xalis mənfəət ilə başa vurub. Təşkilat 2023-cü ili 105 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "FNC BOKT"ın xalis mənfəəti 2024-cü ildə 2023-cü illə müqayisədə 19 dəfəyə yaxın və ya 1 milyon 867 min manat artıb.
Marja.az Təşkilatın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, "FNC BOKT"ın faiz gəlirləri 2023-cü ildə 140 min manat ikən, 2024-cü ildə 2 milyon 593 min manat təşkil edib (2 milyon 453 min manat və ya 18,5 dəfə artıb).
Ötən il "FNC BOKT"ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 3,7 dəfə və ya 30 milyon 962 min manat artaraq 31 dekabr 2024-cü il tarixində 42 milyon 505 min manata çatıb.
2021-ci ilin Fevral ayında dövlət qeydiyyatına alınmış "FNC BOKT", 2021-ci ilin sentyabr ayında lisenziya alıb. Təşkilatın nizamnamə kapitalının 100%-i Məmmədov Xəqani Əli oğluna məxsusdur.
Kreditlərin verilməsilə məşğul olan "FNC BOKT" QSC-nin hüquqi ünvanı Sumqayıt şəhəri, 6-cı mikrorayon, Ev 35L, Gənclik küçəsi mənzil 2-dir. Təşkilatın faktiki ünvanı isə Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 32/24-dür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
6 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 2 d. əvvəl
- 9 d. əvvəl
- 32 d. əvvəl
- 34 d. əvvəl
-
1 saat əvvəl
Husilər Ər-Riyad hava limanını ballistik raketlə vurduqlarını iddia ediblər
-
1 saat əvvəl
Arthur Hayes: Süni intellekt bumuna trilyonlarla dollar “boşuna xərclənir”
-
1 saat əvvəl
Trampdan İran müharibəsi ilə bağlı mühüm mesaj: “Çox sürətlə başa çatacaq”
-
1 saat əvvəl
Samsung tarixinin ən böyük rüblük mənfəətini açıqladı – 80 milyard dollar
-
1 saat əvvəl
Tramp Rusiyadakı müəmmalı ölümə münasibət bildirdi: “Bioloji silah olduğunu düşünmürük”
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Tramp Rusiyadakı müəmmalı ölümə münasibət bildirdi: “Bioloji silah olduğunu düşünmürük”
FED bu il faizləri yenidən artıra bilər – protokollar açıqlandı
Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır ®
"Türkiyə ilə Azərbaycanın arasına girməyə çalışan bəzi ölkələr var" - TÜRKİYƏDƏN AÇIQLAMA




























