"Qızıl yeganə təhlükəsiz sığınacaq aktivi ola bilər"
Jefferies-in fikrincə, investorlar ABŞ-ın xəzinə istiqrazları da daxil olmaqla ABŞ aktivlərini şübhə altına aldıqları üçün qızıl "qalan yeganə həqiqi təhlükəsiz sığınacaq aktivi" ola bilər.Amerikanın investisiya bankı və maliyyə xidmətləri şirkəti "Jefferies Group"a görə,qızıl yeganə etibarlı "sığınacaq" ola bilər.
"ABŞ-ın xəzinə istiqrazlarındakı son satışları və dövlət istiqrazlarının tariflər ilə, Çinlə ticarət müharibəsi və ABŞ-dakı maliyyə vəziyyəti ilə ayrılmaz şəkildə əlaqəli olduğu fikrini nəzərə alaraq, qızılın yeganə həqiqi təhlükəsiz sığınacaq aktivi olduğuna inanırıq" - deyə şirkətin analitikləri qeyd ediblər.
Analitiklər 2025/26-cı illərdə qızılın unsiyasının qiymətinin 3000 dollar səviyyələrində qalacağını, uzunmüddətli perspektivdə isə 2500 dollar olacağını gözləyirlər.
Trampın tənqidi yeni rekorda səbəb olub
Dolların ucuzlaşması, ABŞ prezidenti Donald Trampın FED-i tənqid etməsi və davam edən ticarət müharibəsi təhlükəsiz "sığınacaq" tələbini dəstəklədiyi üçün qızıl 3500 dollara çataraq yeni rekord qırıb. Tramp dünən Truth sosial media hesabında bir paylaşında FED sədri Paueli hədəf seçərək, bir çox insanın faiz dərəcələrində "öncədən azalma" çağırış etdiyini və faiz dərəcələrinin aşağı salınması lazım olduğunu bildirib.
Tramp xəbərdarlıq edib ki, FED faiz dərəcələrini azaltmasa, ABŞ-da iqtisadi artım yavaşlayacaq.
Müştərilərin xəbərləri
“Azərpoçt” və “PostEurop” poçt sektorunun transformasiyasını və inkişaf perspektivlərini müzakirə edib
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
3 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
3 gün sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
-
3 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
- 18 saat əvvəl
- 18 saat əvvəl
-
20 saat əvvəl
Azərbaycanda 1 milyon dollar kapitalla yeni vençur şirkəti yaradılıb
- 20 saat əvvəl
-
21 saat əvvəl
Pakistanın Baş naziri İlham Əliyevə zəng etdi – Yeni əməkdaşlıq imkanları müzakirə olundu
-
1 gün əvvəl
Valyuta mübadiləsi bazarında yeni iştirakçı: 600 min manat kapital, hələlik lisenziya yoxdur
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Azərbaycanda 1 milyon dollar kapitalla yeni vençur şirkəti yaradılıb
Pakistanın Baş naziri İlham Əliyevə zəng etdi – Yeni əməkdaşlıq imkanları müzakirə olundu
Valyuta mübadiləsi bazarında yeni iştirakçı: 600 min manat kapital, hələlik lisenziya yoxdur
Ən çox oxunanlar
Bu gündən Azərbaycanda ov mövsümü açılıb
Azərbaycan neftinin son qiyməti
Azərbaycanda milyonlarla manatlıq borc portfeli satışa çıxarıldı
Kanadanın neft-qaz nəhəngi Azərbaycanda filial açdı
Li Auto avtomobilləri Qazaxıstanda da istehsal ediləcək
Fransa şirkət 12 saat işləyə bilən elektrikli traktor istehsal edəcək – 2028-ci ildə satışa çıxarılacaq
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı genişmiqyaslı sanksiyalar tətbiq edib – Rubio sərt xəbərdarlıq etdi























