“Respublika” qəzeti və “Xalq qəzeti” redaksiyaları birləşdirildi
“Respublika” qəzeti və “Xalq qəzeti” redaksiyaları birləşdirilib.
Marja.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Fərmana əsasən, “Respublika” qəzeti və “Xalq qəzeti” redaksiyalarının birləşmə formasında yenidən təşkili yolu ilə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində “Xalq” qəzetinin redaksiyası” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılacaq.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan “Respublika” qəzeti və “Xalq qəzeti” redaksiyalarının bütün hüquq və öhdəlikləri, habelə əmlakı Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan “Xalq” qəzetinin redaksiyası” Məhdud Məsuliyyətli Cəmiyyətinə keçəcək. “Xalq” qəzetinin redaksiyası” MMC dövlət qeydiyyatına alındığı günədək Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan “Respublika” qəzetlərinin və “Xalq qəzeti”nin redaksiyaları fəaliyyətlərini davam etdirəcəklər.
XXX
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan “Bakinski raboçi” qəzetinin redaksiyası əsasında Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində “Bakinski raboçi” qəzetinin redaksiyası” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Respublika” qəzeti və “Xalq qəzeti” redaksiyalarının birləşmə formasında yenidən təşkili yolu ilə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində “Xalq” qəzetinin redaksiyası” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb.
Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Müəyyən edilib ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan “Bakinski raboçi” qəzeti redaksiyasının bütün hüquq və öhdəlikləri, habelə əmlakı Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan “Bakinski raboçi” qəzetinin redaksiyası” Məhdud Məsuliyyətli Cəmiyyətin, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan “Respublika” qəzeti və “Xalq qəzeti” redaksiyalarının bütün hüquq və öhdəlikləri, habelə əmlakı Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan “Xalq” qəzetinin redaksiyası” Məhdud Məsuliyyətli Cəmiyyətinə keçir.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi və Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası bu Fərmanın icrasına nəzarəti təmin etməlidir
Yaradılan məhdud məsuliyyətli cəmiyyətlər “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan “Bakinski raboçi”, “Respublika” qəzetlərinin və “Xalq qəzeti”nin redaksiyaları fəaliyyətlərini davam etdirəcəklər.
XXX
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin strukturunun təkmilləşdirilməsi və Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 13 oktyabr tarixli 1465 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan qurumların siyahısı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan “Bakinski raboçi” qəzetinin redaksiyası əsasında Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində “Bakinski raboçi” qəzetinin redaksiyası” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılsın.
2. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan “Respublika” qəzeti və “Xalq qəzeti” redaksiyalarının birləşmə formasında yenidən təşkili yolu ilə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində “Xalq” qəzetinin redaksiyası” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılsın.
3. Müəyyən edilsin ki:
3.1. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan “Bakinski raboçi” qəzeti redaksiyasının bütün hüquq və öhdəlikləri, habelə əmlakı Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan “Bakinski raboçi” qəzetinin redaksiyası” Məhdud Məsuliyyətli Cəmiyyətinə keçir;
3.2. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan “Respublika” qəzeti və “Xalq qəzeti” redaksiyalarının bütün hüquq və öhdəlikləri, habelə əmlakı Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan “Xalq” qəzetinin redaksiyası” Məhdud Məsuliyyətli Cəmiyyətinə keçir.
4. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi və Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsinlər.
5. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası bu Fərmanın icrasına nəzarəti təmin etsin.
6. Bu Fərmanın 1-ci və 2-ci hissələri ilə yaradılan məhdud məsuliyyətli cəmiyyətlər “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan “Bakinski raboçi”, “Respublika” qəzetlərinin və “Xalq qəzeti”nin redaksiyaları fəaliyyətlərini davam etdirsinlər.
7. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 13 oktyabr tarixli 1465 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 10, maddə 1109 (Cild I); 2024, № 6 (I kitab), maddə 648, № 12 (II kitab), maddə 1372; Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 30 iyun tarixli 428 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan qurumların siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:
7.1. aşağıdakı məzmunda 4-3-cü və 4-4-cü hissələr əlavə edilsin:
“4-3. “Bakinski raboçi” qəzetinin redaksiyası” Məhdud Məsuliyyətli Cəmiyyəti
4-4. “Xalq” qəzetinin redaksiyası” Məhdud Məsuliyyətli Cəmiyyəti”;
7.2. 6–8-ci hissələr ləğv edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 iyul 2025-ci il
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
4 gün sonra
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
- 15 d. əvvəl
-
-
22 d. əvvəl
Qızıl ABŞ inflyasiya məlumatları ərəfəsində bahalaşıb — Qiymət 4 400 dolları keçib
- 44 d. əvvəl
-
1 saat əvvəl
Dünyanın ən yüksək maaş alan liderinin maaşı 64% artırılır — İldə 3,6 milyon
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
9 saat əvvəl
Yeni iPhone-ların təqdimatından sonra Apple səhmləri necə reaksiya verdi?
- 10 saat əvvəl
-
11 saat əvvəl
Apple tarixində ilk qatlanan iPhone-u təqdim etdi — iPhone Duo
-
12 saat əvvəl
Apple yeni iPhone-ların qiymətlərini açıqladı — 100 dollar bahalaşıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
Rəsmi məzənnələr açıqlandı
iPhone 17 Pro Max-ı iPhone 18 Pro Max-a dəyişməyə dəyər?
Ən çox oxunanlar
Apple-dan tarixi təqdimat: İlk qatlanan iPhone Duo, iPhone 18 Pro, yeni Watch və AirPods modelləri təqdim edildi
Apple tarixində ilk qatlanan iPhone-u təqdim etdi — iPhone Duo
Apple yeni iPhone-ların qiymətlərini açıqladı — 100 dollar bahalaşıb
“Baku Steel Company” açıq TENDER elan edir
"Neftin qiymətinin 200 dollara yüksəlməsi mümkündür"
"Süni intellekt hamımızın ölümünə səbəb ola bilər" - Süni intellekt şirkətinin əməkdaşı istefa verdi

























