Bank sektorunda son vəziyyət açıqlandı
Mərkəzi Bank "Statistik bülleten"inin İyul sayını dərc edib.
Bank sektoru
Marja.az bülletenə istinadən xəbər verir ki, 31 İyul 2025-ci il tarixinə fəaliyyət göstərən 22 bankın filiallarının sayı 498, şöbələrinin sayı 86, ATM-lərin sayı 3 min 357 olmuşdur. Hesabat ayında bank sektorunda çalışanların sayı 0.2% və ya 56 nəfər artaraq 26 min 127 nəfər təşkil etmişdir.
Fəaliyyətdə olan bankların cəmi aktivləri 55 milyard 700.1 milyon manat, cəmi öhdəlikləri 48 milyard 689.7 milyon manat, balans kapitalı isə 7 milyard 10.4 milyon manat olmuşdur.
Hesabat ayında bankların kredit portfeli 0.1% və ya 26 milyon manat artaraq 28 milyard 498.2 milyon manat olmuşdur.
Kredit portfelinin strukturu:
ı) biznes kreditləri – 52.8% (15 milyard 55.8 milyon manat);
ıı) istehlak kreditləri – 31.6% (9 milyard 2.2 milyon manat)
ııı) ipoteka kreditləri – 15.6% (4 milyard 440.2 milyon manat).
Bankların kredit portfelinin 85.8%-i milli valyutada, 14.2%-i xarici valyutada verilmiş kreditlərdən ibarətdir (2024-cü ilin sonuna bu nisbətlər müvafiq olaraq 83.9% və 16.1% olmuşdur).
Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 75.3%-i və ya 36 milyard 650.9 milyon manat. Depozit portfelinin 58.8%-i (21 milyard 537 milyon manat) hüquqi şəxslərin, 41.2%-i (15 milyard 113.9 milyon manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.
Fiziki şəxslərin əmanətlərinin 67.2%-i (10 milyard 159.1 milyon manat) milli valyutada, 32.8%-i (4 milyard 954.8 milyon manat) xarici valyutadadır. Fiziki şəxslərin əmanət portfelinin 63%-i (9 milyard 519.9 milyon manat) müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin müddətli əmanətləri iyul ayında 1.2% və ya 111.8 milyon manat artmış, tələbli əmanətləri isə 1% və ya 58.7 milyon manat azalmışdır (fiziki şəxslərin cəmi əmanətləri son 1 ayda 0.4% artmışdır).
2025-ci ilin iyul ayında bank sektoru üzrə unikal müddətli əmanətçi sayı 3.3% (5 min 529 əmanətçi), ilin əvvəlindən 15.4% (23 min 183 əmanətçi) artmışdır.
Hüquqi şəxslərin tələbli depozitləri 16 milyard 141.1 milyon manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 74.9%-ni təşkil etmişdir.
2025-ci ilin yanvar – iyul aylarında banklar 682.8 milyon manat xalis mənfəət, 1 milyard 85.9 milyon manat məbləğində əməliyyat mənfəəti əldə etmişlər. Cari ilin 7 ayında banklar tərəfindən ümumilikdə 165.7 milyon manat məbləğində mənfəət vergisi ödənilmişdir.
Monetar sektor
Cari ilin iyul ayında manatla geniş mənada pul kütləsi (M2) keçən ilin müvaviq dövrünə nəzərən 3.4% artaraq 36 milyard 662.6 milyon manat təşkil etmişdir.
Bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 154.8 milyon manat artaraq 2 milyard 740.2 milyon manat təşkil etmişdir. Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident banklardan alınmış qısamüddətli kreditlərin həcmindəki artım ilə əlaqədardır.
Ödənişlər sektoru
Banklar və “Azərpoçt” MMC sistemləri üzrə iyul ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 271 min ədəd artaraq 20 milyon 913 min ədəd təşkil etmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 14% artmışdır. Ödəniş kartlarında debet kartlarının sayı 17% artmış, kredit kartlarının sayı isə 7% azalmışdır.
Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərmişdir. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 20.2% artmışdır. 2025-ci ilin iyul ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 8 milyard 753 milyon manat təşkil etmişdir. Həyata keçirilən nağdsız ödənişlərin 7 milyard 629 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1 milyard 120 milyon manatı POSterminallar, 5 milyon manatı isə özünə xidmət terminalları və bankomatlar vasitəsilə gerçəkləşdirilmişdir. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 67.1%-ni təşkil etmişdir.
Banklar və “Azərpoçt” MMC-nin ödəniş xidməti şəbəkələri üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin iyul ayının sonu ilə müqayisədə bankomatların sayı 8.3%, POS-terminalların sayı 48.7% artmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 22 saat sonra
-
- 9 d. əvvəl
- 25 d. əvvəl
-
29 d. əvvəl
Bankın eyni gündə 2 yeni filial fəaliyyətə başladı - Filialların sayı 18 oldu
-
50 d. əvvəl
Aylıq ödəniş 620 manatdan başlayır - Dövlət 208 təmirli mənzili kirayə yolu ilə satır
-
1 saat əvvəl
Metroda tarixi "ayrılıq" – Yaşıl və qırmızı xətlər 11 ay sonra müstəqil olacaqlar
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Azərsun Holdinq” yerli xammaldan günəbaxan yağı istehsalını 4000 tona çatdıracaq
-
2 saat əvvəl
Birbank Star kartı ilə ictimai nəqliyyatda hər ay 5 gediş ödənişsizdir ®
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Avqustun 14-də gözlənilən hava şəraiti
Aylıq ödəniş 620 manatdan başlayır - Dövlət 208 təmirli mənzili kirayə yolu ilə satır
Hər 4 məcburi audit subyektindən biri auditdən yayınır
Azərbaycan Çin şirkətilə alüminium və metallurgiya sənayesində birgə layihələrin həyata keçirilməsini nəzərdən keçirib
Ən çox oxunanlar
Azərbaycan nefti cüzi ucuzlaşıb
Qızılın qiyməti son 2 ayın yeni maksimum səviyyəsində
Rəsmi məzənnələr açıqlandı
























