Avronun qiyməti son 4 ilin rekord səviyyəsinə yüksəlib
Avro bahalaşır, dollar ucuzlaşır. Avro dollar qarşısında 1% bahalaşaraq 1,1878 səviyyəsinə çatıbABŞ Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi Bankı) bu gün keçiriləcək iclasında 0,25 faiz bəndi faiz endiriminə gedə bilər. İnvestorlar isə əsas diqqəti - FED sədri Cerom Pauellin yaxın aylarda faizlərin gələcək trayektoriyasına dair verəcəyi siqnallara yönəldiblər.
Marja xəbər verir ki, FED-in faiz qərarı öncəsi avro/dollar məzənnəsi son dörd ilin rekord səviyyəsinə çatıb. Avro dollar qarşısında 1% bahalaşaraq 1,1878 səviyyəsinə çatıb — bu, 2021-ci ilin sentyabrından bəri ən yüksək göstəricidir. Bloomberg Dollar İndeksi isə həmin günü 0,5% itki ilə başa vurub və bu səhər 1.189 bənd səviyyəsində sabit qalıb.
ABŞ və Asiya bazarlarında pauza
Wall Street birjaları FED iclası öncəsi son günlərdəki rekord yüksəlişlərə fasilə verib. S&P 500 indeksi çərşənbə axşamı gününü 0,1% geriləmə ilə bağlayıb, səhər saatlarında fyuçerslər də sabit ticarətlə davam edib. Asiyada MSCI Asiya-Sakit okean indeksi itkilərini silərək 0,1% artıma keçib.
Çinin texnologiya şirkətlərinin Honq Konqda səhmləri - süni intellektə olan yüksək tələbatla dörd ilin ən yüksək səviyyəsinə qalxıb. Zəif dolların təsiri ilə qızılın unsiyasının qiyməti 3700 dollar həddini aşıb. Qlobal istiqraz bazarlarında isə sakitlik hökm sürür: ABŞ-ın 10 illik istiqrazlarının gəlirliliyi 4,02%, Yaponiyada 10 illik istiqrazlar isə 1,6% səviyyəsində sabit qalıb.
Bazarlar FED-dən nə gözləyir?
İnvestorlar bu gün Bakı vaxtı ilə 22:00-da açıqlanacaq faiz qərarında FED-in "zəifləyən ABŞ əmək bazarını dəstəkləmək üçün" uçot dərəcəsini 0,25 faiz bəndi azaldaraq 4%-4,25% aralığına endirəcəyini proqnozlaşdırırlar. Eyni zamanda, FED üzvlərinin gələcək proqnozlarını əks etdirən cədvəlin də açıqlanacağı gözlənilir. Bloomberg sorğusuna əsasən, bu il üçün orta faiz gözləntisi 3,875%, gələn il üçün isə 3,375% səviyyəsində sabit qalacaq.
Saat 22:30-da FED sədri Cerom Pauel mətbuat qarşısına çıxacaq. Onun növbəti aylarda faizlərin hansı templə azaldıla biləcəyinə dair açıqlamaları izlənəcək. Bank of America-nın baş iqtisadçısı Aditya Bhave bildirir: “Əmək bazarında davamlı zəifləmə əlamətləri görünmədikcə, hər yeni faiz endirimi əvvəlkindən daha çətin olacaq.”
FOMC-də dəyişikliklər və ehtimallar
FED-in qərarına təsir göstərə biləcək başqa bir amil isə Federal Açıq Bazar Komitəsində (FOMC) baş verən dəyişikliklərdir. ABŞ prezidenti Donald Trampın müttəfiqi sayılan Stiven Miran Senatda sürətli səsvermənin ardından and içərək komitədə səsvermə hüququ qazanıb. Eyni zamanda, Trampın vəzifədən azad etməyə çalışdığı Liza Kuk da məhkəmə qərarı ilə bu gün səsverməyə qatıla bilər.
Analitiklər hesab edirlər ki, FOMC üzvləri arasında fikir ayrılıqları bu qərarı tarixdə nadir rast gəlinən dərəcədə mübahisəli edə bilər: bəzi üzvlər daha böyük endirimlər, bəziləri isə sabit faiz tərəfdarıdır. Əvvəlki qərarda faizlərin sabit saxlanmasına səs verən Kristofer Ueller və Mişel Bouman faiz endiriminə qarşı çıxmışdılar.
İstiqraz bazarında gözləntilər
FED-in gələcək addımlarına həssas olan istiqraz bazarında investorlar, bu il qalan üç iclasda ən azı 0,50 faiz bəndi (yarım faiz) ümumi endirim gözləyir. Bazara bağlı fyuçers və opsion əməliyyatları da bu ehtimalları əks etdirir. Standard Chartered analitikləri zəif məşğulluq artımına görə FED-in bu həftə 0,50 faiz bəndi endirim edə biləcəyini istisna etmirlər, lakin Pauellin daha çox yumşalma mesajı verməsinin mümkün görünmədiyini də vurğulayırlar.
Bazar iştirakçıları artıq bu ehtimallara qarşı qorunmaq üçün böyük həcmdə kontrakt alıblar. Bu isə investorların FED-in bugünkü qərarından sonra bazarlarda yüksək dalğalanma gözlədiklərini göstərir.
Müştərilərin xəbərləri
Trendyol qadın voleybolçular arasında CEV EuroVolley 2026 Women Avropa çempionatının titul sponsorudur ®
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 4 saat əvvəl
-
-
5 saat əvvəl
Epoint və STEP IT Academy rəqəmsal bacarıqların inkişafı üçün əməkdaşlığa başlayıb
-
5 saat əvvəl
İlk faza sürətlə satıldı, indi 2-ci faza satışdadır - 1 kv.m 1600 manatdan
-
8 saat əvvəl
Yeni mövsüm başlayır, Baku Electronics-də “Seçimlər Hazırdır”! ®
-
10 saat əvvəl
Prime Cotton-dan suvarmada bir ilk, regionlarda yeni inkişaf hədəfləri
- 11 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycanda minik avtomobili istehsalı azalıb, yük avtomobillərinin istehsalı 2,7 dəfə artıb
- 11 saat əvvəl
-
11 saat əvvəl
Bir ton alüminiumun ixrac dəyəri 2 min 838 dollardan 3 min 536 dollara yüksəlib - 25 FAİZLİK ARTIM
- 12 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
Aylıq 1%-dən başlayan “Lombard” krediti ®
Yeni mövsüm başlayır, Baku Electronics-də “Seçimlər Hazırdır”! ®
Azərbaycanda minik avtomobili istehsalı azalıb, yük avtomobillərinin istehsalı 2,7 dəfə artıb
AZAL Atırauya ilk reysini həyata keçirib
Ən çox oxunanlar
Bir ton alüminiumun ixrac dəyəri 2 min 838 dollardan 3 min 536 dollara yüksəlib - 25 FAİZLİK ARTIM
Trendyol qadın voleybolçular arasında CEV EuroVolley 2026 Women Avropa çempionatının titul sponsorudur ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
7 ayda pambıq lifindən 137 milyon dollar, pambıq ipliyindən isə 31 milyon dollar gəlir
Nar ixracından gəlir 4 milyon dollara düşüb

























