İnvestorlara illik 13% sabit gəlir təklifi - AFB Bank-da sərfəli fürsət
(®) AFB Bank maliyyə bazarında investorlar üçün daha bir sərfəli fürsət təqdim edir. Bank tərəfindən 5 milyon manat məbləğində istiqraz emissiyası həyata keçirilir.
Bu istiqrazlar vasitəsilə investorlar illik 13% sabit gəlir əldə edəcək və bu gəlir rüblük (hər 90 gündən bir) ödəniləcək.
Yeni emissiya çərçivəsində investorlar, sabit və uzunmüddətli gəlir qazanmaqla yanaşı, aktivlərini istənilən vaxt təkrar bazarda sata bilmək imkanına da malik olacaqlar.
İstiqrazların yerləşdirilməsi “Assist Finance” investisiya şirkətinin təşkilatçılığı ilə həyata keçirilir. AFB Bank istiqrazları, gəlirli və etibarlı sərmayə aləti kimi investorların diqqətinə təqdim edilir.
İstiqrazların əsas şərtləri:
• Emissiya həcmi: 5 000 000 AZN
• 1 istiqrazın qiyməti: 100 AZN
• Müddət: 24 ay
• Faiz dərəcəsi: illik 13%
• Faiz ödəniş periodu: hər 90 gündən bir (rüblük)
• Əlavə xərc: yoxdur – komissiyasız əməliyyatlar
AFB Bank istiqrazlarının üstünlükləri:
Sabit gəlir: Uzunmüddətli və sabit gəlir əldə etmək istəyən investorlar üçün ideal seçimdir. Hazırkı bazar şəraitində istiqrazların gəlirlilik faizi depozitlərlə müqayisədə daha yüksəkdir.
Vergidən azad gəlir: İnvestorlara ödənilən faiz məbləğləri tamamilə vergidən azaddır.
Likvidlik imkanı: İstiqraz sahibləri istiqrazlarını istənilən vaxt təkrar bazarda sata bilərlər.
AFB Bank istiqrazları barədə məlumatı əldə etmək və sifariş üçün Assist Finance investisiya şirkətinə birbaşa müraciət edə və ya təqdim olunan linkdəki sifariş formasını doldura bilərsiniz.
Müştərilərin xəbərləri
AmCham-da AI gündəliyi – Cisco süni intellektə hazırlıq və rəqəmsal transformasiya təcrübəsini bölüşüb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
3 saat əvvəl
İsrailin müdafiə naziri: "Flydubai" təyyarəsindəki insident terror aktı cəhdi olub
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
“McDonald’s Azərbaycan” Badamdar qəsəbəsində yeni restoran açıb - FOTO
-
4 saat əvvəl
Oktyabrın ilk günlərində hava yağıntılı olacaq, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
"Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı
-
5 saat əvvəl
SOCAR neft-qaz layihələrində “Halliburton” ilə tərəfdaşlığı böyütmək istəyir
-
5 saat əvvəl
PAŞA Bank qlobal maliyyənin əsas toplantısında – 17-ci dəfə iştirak edir
- 5 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
ASELSAN Naxçıvanda zavod açacaq
Oktyabrın ilk günlərində hava yağıntılı olacaq, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yasamalda ev almaq istəyənlər üçün yeni imkan: güzəştli kredit illik 8%-dən başlayır



























