Sərfəli şərtlərlə təmirli mənzil istəyənlər üçün "Biləcəri" layihəsində 15%-dən başlayan ilkin ödəniş imkanı
(®) Metroya yaxın, rahat və müasir mənzil sahibi olmaq istəyirsiniz? Özü də sərfəli şərtlərlə?
"Kristal"ın satışları sürətlə davam edən “Biləcəri” yaşayış kompleksi əlverişli yerləşməsi, geniş infrastruktur imkanları və uyğun ödəniş şərtləri ilə kompleks həyat arzulayanlar üçün ideal seçimdir.

“Avtovağzal” metro stansiyasına yaxın məsafədə yerləşən kompleks sakinlərinə şəhərin istənilən istiqamətinə asan və sürətli çıxış, geniş nəqliyyat imkanları və gündəlik yaşam üçün əlçatan imkanlar təqdim edir.
Tam təmirli, müasir üslubda təhvil verilən, 2, 3 və 4 otaq, eləcə də studiya tipli mənzillər 46,2 m²-dən 109,34 m²-ə qədər müxtəlif ölçülərlə satışdadır və hazırda, cəmi 15% ilkin ödənişlə əldə etmək mümkündür.

Mənzil variantları arasında:
– 2 otaq studiya, 46.2 m² — 16,285 manat ilkin ödənişlə,
– 2 otaq studiya, 54.46 m² — 20,014 manat ilkin ödənişlə,
– 2 otaq, 63.96 m² — 22,929 manat ilkin ödənişlə,
– 3 otaq studiya, 71.81 m² — 24,235 manat ilkin ödənişlə təklif olunur.
Mənzilləri 20 ilədək ipoteka və ya 36 ayadək daxili kreditlə əldə etmək mümkündür ki, bu da alıcılara həm əlçatan, həm də çevik ödəniş imkanı yaradır.

Kompleksin geniş və yaşıl parkı, özəl uşaq bağçası, 24/7 kamera-nəzarət sistemi, təhlükəsiz və geniş avtodayanacaq sahəsi, səs və istilik izolyasiyalı mənzilləri, eləcə də yerdən tavanadək pəncərələri sakinlərin rahatlığı üçün düşünülmüş üstünlüklərdəndir. Binaların düşünülmüş yerləşmə planı bütün sakinlərə geniş həyət, gün işığı və məkanın tam potensialından faydalanma imkanı verir. Ətraf ərazidə iaşə obyektləri, məktəb, bağça və gündəlik ehtiyaclara uyğun imkanlar mövcuddur.

Yeni və müasir “Biləcəri” yaşayış kompleksində mənzil sahibi olmaq və ya sərfəli investisiya etmək istəyən hər kəs “Kristal”a müraciət edə bilər. 15% ilkin ödəniş fürsətindən yararlanın, yeni mənzilinizə doğru addım atın!
Ətraflı: *1544
Ünvan: Biləcəri Qəsəbəsi, X.Natəvan küç 52C
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
4 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
-
2 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
- 2 gün sonra
-
9 saat əvvəl
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
-
9 saat əvvəl
Rusiya Mərkəzi Bankı faizləri endirmədi – İnflyasiya yenidən sürətlənir
-
9 saat əvvəl
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
-
9 saat əvvəl
Tramp Zelenskiyə çağırış etdi: Artıq Rusiya ilə razılaşmağın vaxtıdır
- 9 saat əvvəl
-
10 saat əvvəl
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
-
10 saat əvvəl
Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
Ən çox oxunanlar
Qızılın unsiyasının qiyməti 4000 dollardan da aşağı düşdü
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
Böyük şirkət istismara yararsız texnikalarını satır – 1 tonunun qiyməti 1 200 manatdan başlayır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kristal Bakı”da növbədənkənar yığıncaq keçirilib
Türkiyədə Orta Dəhlizi gücləndirəcək dəmir yolu xəttinin tikintisinə 250 mln. dollar ayrılıb
Azərbaycana soğan idxalı artıb – 15 057 ton
























