Vətəndaşlar “mygov” üzərindən istənilən dövlət qurumuna rəqəmsal formada rəsmi məktub göndərə və qəbul edə bilərlər
Ölkədə rəqəmsal hökumət istiqamətində daha bir mühüm yenilik həyata keçirilib. Artıq vətəndaşlar “mygov” platforması üzərindən dövlət qurumlarına birbaşa rəsmi məktub göndərə biləcəklər. Eyni zamanda dövlət qurumları da vətəndaşlara rəsmi məktub və bildirişlər ünvanlaya biləcək.
Yeni imkan vətəndaşlara rəsmi məktubu düzgün şəkildə hazırlayıb, nəzərdə tutulan dövlət qurumuna elektron formada təqdim etmək imkanı yaradır. Vətəndaşlar “mygov” vasitəsilə sorğu başlatmaq, məlumat təqdim etmək və ya hər hansı məsələ ilə bağlı aydınlıq əldə etmək üçün dövlət qurumlarına rəsmi məktub ünvanlaya bilərlər. Xüsusilə qeyd etmək lazımdır ki, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu çərçivəsində dövlət qurumları tərəfindən vətəndaş müraciətləri ən geci 15 iş günü ərzində (araşdırma tələb edərsə 30) cavablandırılmalıdır.
Proses aşağıdakı kimidir:
* İstifadəçi “mygov”un ana səhifəsində yerləşən xüsusi məktub işarəsi və ya “Daha çox” bölməsindən “Dövlət qurumlarına rəsmi məktub” funksiyasına daxil olur.
* Yeni müraciət yaradır və məktubun ünvanlanacağı qurumu, məktubun başlığını və məzmununu daxil edir.
* Ehtiyac yaranarsa, “Fayl yükləyin” düyməsi ilə məktuba əlavə sənəd yükləyir.
* Məlumatlar təsdiq edildikdən sonra məktub SİMA və ya ASAN rəqəmsal imza vasitəsilə imzalanır və avtomatik olaraq seçilmiş dövlət qurumuna göndərilir.
Hər bir göndərilmiş məktub “Göndərilən” bölməsində saxlanılır. Vətəndaş məktubun statusunu — yəni məktubun qəbul olunması, baxılması və cavablandırılması mərhələlərini real vaxt rejimində izləyə bilər. Dövlət qurumlarından istifadəçiyə daxil olan məktublar isə “Gələn” bölməsinə əks olunur.
“Vətəndaş - Dövlət” və “Dövlət – Vətəndaş” kommunikasiya modeli əsasında “mygov”da yaradılmış bu müasir funksionallıq İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təqdim etdiyi Rəqəmsal Sənəd Dövriyyəsi altsistemi vasitəsilə həyata keçirilir.
Qeyd edək ki, bu funksiya çərçivəsində sistemə inteqrasiya olunan dövlət qurumlarının sayı 59-dur və yaxın günlərdə bütün qurumların inteqrasiyasının tamamlanacağı gözlənilir. Bununla yanaşı, platforma üzərindən ilk ay ərzində təxminən 11 min məktub mübadiləsi həyata keçirilib. Ən çox məktub göndərən qurumlar sırasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi öndə gəlir. Vətəndaşlar isə ən çox Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ədliyyə Nazirliyi və “ASAN Xidmət”ə müraciət ediblər.
Müştərilərin xəbərləri
Azercell və ADA Universiteti tələbələr üçün süni intellekt üzrə praktiki təlim proqramı həyata keçirdi ®
Yayın son fürsəti: Ziraat Bank Azərbaycanın 0% komissiyalı, 90 gün güzəştli kredit kampaniyasına cəmi 8 gün qaldı! ®
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
6 gün sonra
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
-
4 saat sonra
Nağd kredit: Faiz 9,9%-dən başlayır, komissiya 0%, müddət 59 aydır ®
-
-
3 saat sonra
FINCA-dan kredit bazarında yeni strategiya: Filial, mobil tətbiq və AI birlikdə işləyəcək
- 4 saat əvvəl
-
4 saat əvvəl
BYD rəqabəti Jaguar Land Rover-i 4 min nəfərlik ixtisara məcbur etdi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanda dövriyyədə olan nağd pul və bank ehtiyatları artıb
-
5 saat əvvəl
Qoyun-keçi təsərrüfatlarına hər heyvana görə 4 manat pul ödəniləcək
-
6 saat əvvəl
Dövlət südlük heyvanlara görə 1500, ətlik cinslərə görə 1000 manat əvəzsiz pul verəcək
-
7 saat əvvəl
Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 14,8 faiz artıb
-
7 saat əvvəl
“AzRe”nin uzunmüddətli rəhbər şəxslərindən biri şirkətdən ayrılıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
Nağd kredit: Faiz 9,9%-dən başlayır, komissiya 0%, müddət 59 aydır ®
BYD rəqabəti Jaguar Land Rover-i 4 min nəfərlik ixtisara məcbur etdi
Azərbaycanda dövriyyədə olan nağd pul və bank ehtiyatları artıb
Qoyun-keçi təsərrüfatlarına hər heyvana görə 4 manat pul ödəniləcək
Dövlət südlük heyvanlara görə 1500, ətlik cinslərə görə 1000 manat əvəzsiz pul verəcək
Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 14,8 faiz artıb
“AzRe”nin uzunmüddətli rəhbər şəxslərindən biri şirkətdən ayrılıb
Azercell və ADA Universiteti tələbələr üçün süni intellekt üzrə praktiki təlim proqramı həyata keçirdi ®
“Azneft”: Təhlükəli işlərin görülməsi məhdudlaşdırılıb
























