Dünyada 2025-ci ildə elektrikli avtomobil satışları 20,7 milyona çataraq rekord qırıb
Dünya üzrə keçən il elektrikli avtomobil satışları 20,7 milyonla rekord səviyyəyə çatıbLondonda yerləşən məlumat analiz şirkəti "Benchmark Mineral Intelligence" 2025-ci ilə aid elektrikli avtomobil satış göstəricilərini açıqlayıb.
Marja.az xəbər verir ki, qlobal miqyasda elektrikli avtomobil satışları 2025-ci ildə illik müqayisədə 20% artaraq 20,7 milyon ədədə çatıb.
Çin bazarı liderdir
Ümumi satışların 12,9 milyon ədədi Çində qeydə alınıb. Ötən il Çin bazarında satışlar 2024-cü illə müqayisədə 17% artıb, lakin ilin son rübündə yavaşlama müşahidə olunub.
Çin bazarında 2025-ci il böyüməsinə daxili rəqabətin güclü olması, aqressiv qiymət siyasəti və artan avtomobil modelləri təsir edib.
Daxili rəqabət gücləndikcə, Çin istehsalçıları daha çox xarici bazarlara yönəliblər. Bu ixrac axını Cənubi Amerika, Cənub-Şərqi Asiya və Orta Asiya üçün faydalı olub və qlobal elektrikli avtomobil satışlarının artımına da təkan verib.
Çin markalarına məxsus elektrikli avtomobillər Avropa bazarında ötən ilki satışların 19%-ni təşkil edib.
Avropada 33% artım
Avropada elektrikli avtomobil satışları 2025-ci ildə illik müqayisədə 33% artıb.
Avropa elektrikli avtomobil bazarında 2025-ci il bir sıra qanuni dəyişikliklər ilə yadda qalıb, o cümlədən Avropa İttifaqının emissiya hədəflərinin yumşaldılması.
Ötən il Avropanın bir çox ölkəsində elektrikli avtomobil satışları artıb. Almaniya və İngiltərə kimi böyük bazarlarda satışlar müvafiq olaraq 48% və 27% artıb. Fransada isə ilin əvvəlində satışlar zəif başladığı üçün illik artım 2% olub.
ABŞ-da satışlar cüzi artıb, Kanada geriləyib
Şimali Amerikada (ABŞ, Kanada və Meksika) elektrikli avtomobil satışları 2025-ci ildə illik müqayisədə 4% azalaraq 1,8 milyon olub. ABŞ-da elektrikli avtomobillərə verilən vergi endirimlərinin 30 sentyabr 2025-ci il tarixində ləğv edilməsi və qoruyucu ticarət siyasəti satışların yalnız 1% artmasına imkan verib.
Dünyanın qalanında artım sürətlidir
Dünyanın digər bölgələrində elektrikli avtomobil satışları 2025-ci ildə illik müqayisədə 48% artaraq 1,7 milyon olub. Bu bazarlarda Çin markalarının artan iştirakı satış artımını dəstəkləyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
6 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 3 gün sonra
-
20 d. əvvəl
Azərbaycanda gənc sahibkarların 1,5 milyard dollarlıq kredit potensialı var – AYİB
-
23 d. əvvəl
Xalq Bank “Əmanət” lotereyasının 2-ci tirajının qaliblərini mükafatlandırdı ®
- 31 d. əvvəl
-
46 d. əvvəl
10 ayında bank sektorunun aktivləri 14%-dən çox artaraq 65 milyard manatı ötüb
- 48 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanda banklara nəzarət sistemi dəyişir – Mərkəzi Bank yeni risklərə fokuslanır
-
1 saat əvvəl
Tramp Çindən Boeing üçün daha 250 təyyarəlik sifariş gözləyir
- 1 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Azərbaycanda banklara nəzarət sistemi dəyişir – Mərkəzi Bank yeni risklərə fokuslanır
Tramp Çindən Boeing üçün daha 250 təyyarəlik sifariş gözləyir
Rəsmi məzənnələr açıqlandı
Marketlər şəbəkəsi 13-cü filialını Mingəçevirdə açacaq











.webp)













