BYD, Xpeng və Li Auto-nin satışları azalıb, səhmləri ucuzlaşıb
Çinin elektrikli nəqliyyat vasitələri (ellektromobil) istehsalçılarının səhmləri, yanvar ayı satış rəqəmlərinin 2026-cı ilə zəif başladığını və daxili tələbatla bağlı narahatlıqların yenidən ortaya çıxmasından sonra ucuzlaşıb.
Marja xəbər verir ki, Honkonqda qeydiyyatdan keçmiş BYD Co şirkətinin səhmləri 8% düşərək, bir ilin ən aşağı səviyyəsinə düşüb. Yanvar ayında BYD-nin satışı ötən ilin Yanvar ayı ilə müqayisədə təxminən 30% azalaraq 210 min 51 ədədə düşüb.
BYD-nin satışları ardıcıl beşinci aydır azalır və bunun səbəbi plug-in hibrid vasitələrə tələbin zəifləmsidir.
Digər Çin elektrik avtomobil istehsalçılarının səhmləri də qarışıq satış nəticələrindən sonra ucuzlaşıb.
Xpeng şirkəti 20 min 11 avtomobil satıb ki, bu da bir il əvvəlkindən 34% azdır. Li Auto şirkəti isə illik müqayisədə 8% azalaraq 27 min 668 avtomobil tədarük edib.
Xpeng səhmləri 9%, Li Auto isə 4% ucuzlaşıb.
NIO şirkətinin səhmləri 7%-dən çox düşüb. NIO şirkəti 27 min 182 nəqliyyat vasitəsi tədarük edib ki, bu da bir il əvvəlki göstəricidən təxminən iki dəfə çoxdur, lakin bu, dekabr ayı səviyyələrindən aşağıdır ki, bu da mövsümi zəifliyi əks etdirir.
Xiaomi-in səhmləri, EV bölməsinin təxminən 39 min satışın qeydə almasından sonra 3% düşüb ki, bu da brend üçün aylıq rekorddur, lakin yenə də dekabr ayının tempindən aşağıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
6 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 3 gün sonra
-
20 d. əvvəl
Azərbaycanda gənc sahibkarların 1,5 milyard dollarlıq kredit potensialı var – AYİB
-
23 d. əvvəl
Xalq Bank “Əmanət” lotereyasının 2-ci tirajının qaliblərini mükafatlandırdı ®
- 31 d. əvvəl
-
46 d. əvvəl
10 ayında bank sektorunun aktivləri 14%-dən çox artaraq 65 milyard manatı ötüb
- 48 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanda banklara nəzarət sistemi dəyişir – Mərkəzi Bank yeni risklərə fokuslanır
-
1 saat əvvəl
Tramp Çindən Boeing üçün daha 250 təyyarəlik sifariş gözləyir
- 1 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Azərbaycanda banklara nəzarət sistemi dəyişir – Mərkəzi Bank yeni risklərə fokuslanır
Tramp Çindən Boeing üçün daha 250 təyyarəlik sifariş gözləyir
Rəsmi məzənnələr açıqlandı
Marketlər şəbəkəsi 13-cü filialını Mingəçevirdə açacaq











.webp)














