Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması layihəsi çərçivəsində həcmi 4 milyon tona çatdırılıb
SOCAR və “KazMunayQaz” (KMG) şirkəti Azərbaycan üzərindən Qazaxıstan neftinin daşınması layihəsini uğurla davam etdirərək tranzit həcmini 4 milyon tona çatdırıblar.
Bu barədə SOCAR məlumat yayıb.
Qeyd edilib ki, Qazaxıstan neftinin 427-ci partiyası “Prezident Heydər Əliyev” tankeri ilə martın 12-də Aktau limanından çıxıb və martın 13-də “Azərtrans” Səngəçal terminalına çatıb.
Bu günədək tranzit edilən həcmdən 3,8 milyon ton “Tengiz” yatağının, 200 min ton isə “Kaşağan” yatağının payına düşür.
Qeyd edək ki, “Tengiz” neftinin ilk partiyası 23 mart 2023-cü ildə, “Kaşağan” neftinin ilk partiyası isə 27 yanvar 2025-ci ildə Aktaudan Bakıya çatdırılıb. Aktau limanından Səngəçal terminalına tədarük edilən Qazaxıstan nefti sonradan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri vasitəsilə Ceyhan limanına nəql edilir, oradan dünya bazarlarına göndərilir.
Layihədə Azərbaycan tərəfini SOCAR-ın törəmə müəssisəsi “SOCAR Midstream Operations” MMC təmsil edir.
Xatırladaq ki, 2022-ci ilin noyabrında SOCAR və KMG Aktau–Ceyhan marşrutu üzrə BTC vasitəsilə ildə 1,5 milyon ton “Tengiz” neftinin tranziti ilə bağlı Çərçivə Sazişi imzalayıblar. 2024-cü ilin mart ayında SOCAR və KMG illik tranzit həcmlərinin artırılması, habelə Qazaxıstan neftinin alqı-satqısı üzrə Strateji Əməkdaşlıq Memorandumu imzalayıblar.
15 yanvar 2025-ci il tarixində SOCAR və KMG mövcud “Tengiz” həcmlərinə əlavə olaraq ildə 240 min ton “Kaşaqan” neftinin tranzitini nəzərdə tutan Çərçivə Sazişi imzalayıblar. BTC vasitəsilə Azərbaycandan Azəri-Çıraq-Günəşli nefti və Şahdəniz kondensatı, eləcə də digər mənbələrdən xam neft və kondensat həcmləri nəql olunur.
BTC-nin hazırkı ötürmə gücü gündə 1,2 milyon barel və ya ildə 50 milyon ton təşkil edir.
1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2025-ci ilin sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 619 milyon ton (4,7 milyard bareldən çox) xam neft nəql edilmiş və Ceyhanda 6145 tankerə yüklənərək dünya bazarlarına göndərilmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 gün sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
1 gün sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
8 saat əvvəl
"2017-ci ilin aprelindən 1 dollar 1,7 manatdır və belə də olmağa davam edəcək"
- 8 saat əvvəl
-
11 saat əvvəl
RİNN, AZCON Holding və “Franklin Templeton” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
-
12 saat əvvəl
Hörmüz planı təhlükədə — Trampın təklifi rədd etdiyi bildirilir
- 14 saat əvvəl
-
15 saat əvvəl
AIIF 2026 başa çatdı – 10,8 milyard dollarlıq layihələr üçün razılaşmalar əldə olundu
-
15 saat əvvəl
Azərbaycan nəhəng infrastruktur investoru ilə yeni layihələri müzakirə etdi
-
15 saat əvvəl
Orta Kür hövzəsində böyük enerji layihəsi – SOCAR və ExxonMobil payları 50/50 bölüşdürəcək
-
15 saat əvvəl
Emin Ağalarov: “Sea Breeze”də nəzərdə tutulanların 85–90%-i hələ qabaqdadır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
RİNN, AZCON Holding və “Franklin Templeton” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
SOCAR İtaliya millisinin Baş Qlobal Enerji Sponsoru olacaq
AIIF 2026 başa çatdı – 10,8 milyard dollarlıq layihələr üçün razılaşmalar əldə olundu
Ən çox oxunanlar
Orta Kür hövzəsində böyük enerji layihəsi – SOCAR və ExxonMobil payları 50/50 bölüşdürəcək



























