Kofeşop dolu görünür, amma qazanc yoxdur - EKSPERTDƏN AÇIQLAMA
Şəhərin mərkəzində, yüksək icarə ilə işləyən məkanlar, hətta dolu olsa belə, çox vaxt gözlənilən qazancı əldə etmir. Xüsusilə bu, kofe məkanlarında daha aydın görünür.Samir Hüseynov, 15 illik təcrübəyə malik KOKON agentliyinin təsisçisi və kreativ direktorudur. Agentlik restoran, kafe və digər ictimai və əyləncə məkanların yaradılması və açılması ilə məşğuldur.
Eyni zamanda Samir KABARE layihəsinin təsisçisi və baş redaktorudur.
Niyə mərkəzdə yerləşən kofeşop uğurlu görünür, amma qazanmır?
Marja.az xəbər verir ki, Samir Hüseynovun sözlərinə görə, kənardan baxanda şəhərin mərkəzində yerləşən kofeşop ideal biznes kimi görünür. Yaxşı lokasiya, bahalı interyer, daimi insan axını, pik saatlarda dolu zal. Elə bilinir ki, belə məkanlar avtomatik pul qazanır. Amma reallıqda məhz belə layihələr çox vaxt iqtisadi cəhətdən zəif olur. Çünki vizual uğur və real qazanc eyni şey deyil:
"100 m² sahəsi olan kofeşop götürək.
Şəhərin ən bahalı lokasiyalarından birində icarə 1 m² üçün 250 manatdan başlayır.
100 x 250 = 25 000 manat
Bu məbləğə ƏDV, kommunal xərclər, terras, istismar və digər məcburi ödənişlər əlavə olunur. Nəticədə məkan sizə ayda təxminən 35 000 ₼ başa gəlir.
Yəni siz hələ bir fincan qəhvə satmamış artıq ciddi sabit xərclə başlayırsınız.
Bu ölçüdə məkan adətən 60–80 oturacaq verir. Bu, miqyas və aktiv məkan təsiri yaradır. Amma vacib olan odur ki, sadəcə oturacaq sayı pul qazandırmır. Əsas məsələ onların gün ərzində necə işləməsidir.
KOKON agentliyinin təsisçisi və kreativ direktoru Samir Hüseynov
Ən vacib məqam.
Kofeşopda qonağın orta qalma müddəti 2–3 saatdır. İnsanlar sadəcə qəhvə içib getmir — oturur, işləyir, ünsiyyət qurur. Bu isə birbaşa iqtisadiyyata təsir edir.
2 nəfərlik masa 2–3 saat ərzində sizə cəmi gətirir: 30–35 manat
Yəni masa bir neçə saat dolu qalır, amma qazanc çox aşağıdır.
Mərkəzdə belə orta çek adətən 15–18 manat olur.
Qonaq çox vaxt bir içki götürür, nadir hallarda desert və ya sendviç əlavə edir.
Yəni lokasiya bahalı olsa da, çek aşağı qalır.
Bəli, pik saatlar var. Adətən 18:00-dan sonra doluluq başlayır. Həftəsonu isə günorta və bəzən səhərdən aktivlik olur.
Amma vacib olan budur ki, bu, günün yalnız bir hissəsidir.
Qalan vaxtlarda doluluq aşağı olur, masa dövriyyəsi zəifdir, icarəyə görə qonaqlar uzun müddət qalır və az xərcləyir. Məhz bu saatlarda modelin nə qədər düzgün və ya zəif olduğu görünür.
Xərc strukturu:
•20% Personal
•32–36% Məhsullar
•8–10% Texniki
•15% Digər
•icarə və vergilər
Model:
80 oturacaq, gündə 4 dəfə tam doluluq, orta çek 15 manat.
Gündəlik dövriyyə:
80 x 4 x 15 = 4 800 manat
Yəni bu kofeşop gündə 5 000 manat dövriyyə edir.
Bu məbləğ gündə — çox yaxşı göstəricidir. Daim dolu olan və kənardan uğurlu görünən bir məkan səviyyəsidir.
Aylıq rəqəmlər:
•İcarə → 30 000 – 35 000
•Məhsullar → 48 000 – 54 000
•Personal → 25 000 – 38 000
•Texniki və təmir → 10 000 – 12 000
•Digər → 20 000 – 24 000
•Vergilər → 10 000 – 27 000
Cəmi xərclər → 150 000 – 180 000
Dövriyyə → 140 000 – 150 000
Qazanc → 0
Ən yaxşı ssenaridə belə, əgər siz personaldan, məhsul keyfiyyətindən və marketinqdən qənaət etsəniz, sizə cəmi bir neçə min manat qala bilər.
Amma inanın, bu pul bu qədər daimi stress, risk və məsuliyyət qarşısında heç bir dəyərə malik deyil.
Daim dolu zal olsa belə, belə layihələr çox vaxt yaşaya bilmir. Çünki onları qonaq çatışmazlığı yox, zəif maliyyə modeli və yüksək xərclər öldürür.
Dolu zal pul demək deyil. Pulu düzgün model və xərclərin idarə olunması gətirir."
Müştərilərin xəbərləri
Dövlət şirkətinin mənfəətində böyük sıçrayış – 6 ayda 38 dəfəyə yaxın artaraq 23 milyon manatı keçib
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
22 saat sonra
Nağd kredit: Faiz 9,9%-dən başlayır, komissiya 0%, müddət 59 aydır ®
-
2 saat sonra
Qiymətlər 70%-dək endirilib - 1200 manat ucuzlaşan məhsul var ®
-
- 19 saat əvvəl
-
1 gün əvvəl
Citi FED-in növbəti faiz endirimi proqnozunu 2027-ci ilin iyununa keçirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
55 min gözlənilirdi, 162 min oldu – ABŞ-dan bazarları silkələyən məşğulluq rəqəmi
-
1 gün əvvəl
“KollektA” 2,9 milyon manat mənfəət əldə edib – Aktivləri 37 dəfə artıb
-
1 gün əvvəl
Tramp FED-ə ultimatum verdi: "Faizləri endirin, yoxsa ticarəti dayandıraram”
- 1 gün əvvəl
-
1 gün əvvəl
Kredit sahəsində rəhbər və mütəxəssis vakansiyaları açılıb – Müraciətlər qəbul olunur
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Nağd kredit: Faiz 9,9%-dən başlayır, komissiya 0%, müddət 59 aydır ®
Qiymətlər 70%-dək endirilib - 1200 manat ucuzlaşan məhsul var ®
Azərbaycan neftinin qiyməti 104 dollara enib
Dünya bazarında taxıl, şəkər və süd bahalaşır
Bakıda yeni metro stansiyanın adı "20 Sentyabr" olacaq
Kredit sahəsində rəhbər və mütəxəssis vakansiyaları açılıb – Müraciətlər qəbul olunur
Problemli kreditləri yığan şirkət bazardan 5 milyon manat cəlb edir - İnvestorlara 16% gəlir təklifi
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“CFI” növbəti inkişaf mərhələsinə keçərkən Direktorlar Şurasına yeni sədr təyin edib
Neftçilərə özəl kredit – Faiz 12,5%-dən başlayır, komissiya yoxdur®






















