Dollarda 2024-cü ildən bəri ən böyük aylıq bahalaşma - MARTDA 3% DƏYƏR QAZANIB
Dollar, Orta Şərqdəki müharibənin enerji bazarlarını alt-üst etməsi və iqtisadi proqnozları sarsması fonunda mart ayını 2024-cü ildən bəri ən yaxşı aylıq performansla başa vurmağa hazırlaşır.Orta Şərqdəki münaqişənin enerji qiymətlərini yüksəltməsi və investorları dünyanın əsas ehtiyat valyutasına yönəltməsi nəticəsində dollar 2024-cü ilin oktyabrından bəri ən yaxşı ayını başa vurmağa yaxındır.
Marja xəbər verir ki, təhlükəsiz liman axınlarının təsiri ilə Bloomberg Dollar Spot Index bu ay təxminən 3 faiz yüksəlib.
Dollar İndeksi isə 100 səviyyəsini keçib. Müharibədən əvvəl İndeks 97 səviyyələrində idi. Dollar İndeksi də Martda 3% yüksəlib.
Qlobal enerji bazarlarında yaranan pozuntular, xüsusilə Hörmüz Boğazının bağlanması investorları dollara yönəldib. Dünyanın ən böyük neft istehsalçısı olan Amerika Birləşmiş Ştatlarının mövqeyi də qlobal enerji qiymətlərinin artması və qlobal iqtisadi artım gözləntilərinin azalması fonunda valyutanı dəstəkləyib.
Qlobal iqtisadi artım gözləntilərinin zəifləməsi ilə dollar təhlükəsiz "liman" axtarışı nəticəsində bahalaşır.
İlin əvvəlində dollarla bağlı mənfi proqnozlar verən və aralarında JPMorgan və Goldman Sachsın da olduğu bəzi Wall Street bankları indi ABŞ valyutasına münasibətdə mövqelərini yenidən qiymətləndirirlər. Qlobal risklər və gündəlik xəbər axını proqnozların yenilənməsini olduqca çətinləşdirir.
Bloomberg Dollar Spot Index — ABŞ dollarının digər əsas dünya valyutalarına qarşı ümumi gücünü ölçən mühüm maliyyə indeksidir. Bu indeks göstərir ki, ABŞ dolları digər böyük valyutalara qarşı güclənir, yoxsa zəifləyir.
Yəni İndeks qalxırsa - dollar güclənir, İndeks düşürsə dollar zəifləyir.
Bloomberg bu indeksi hesablayarkən dolları 10 əsas valyuta ilə müqayisə edir.
ABŞ Dollar İndeksi isə ABŞ dollarının dəyərini 6 əsas valyutadan ibarət səbətə nisbətən ölçür: avro, yapon yeni, britaniya funtu, isveçrə frankı, Kanada dolları və İsveç kronu. Dollar İndeksindən istifadə etməklə investorlar və bazar iştirakçıları ABŞ dollarının beynəlxalq valyuta bazarlarında ümumi gücünü və ya zəifləməsini qiymətləndirə bilirlər.
Müştərilərin xəbərləri
“Bank sektorunda risklərin erkən aşkarlanması və nəzarətin avtomatlaşdırılması ön plana çıxacaq” - MÜSAHİBƏ
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
6 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 3 gün sonra
-
1 saat əvvəl
Süni intellektlə kiberhücumlar artır: İki texnologiya nəhəngi birləşir - Nəhəng sövdələşmə
- 4 saat əvvəl
-
4 saat əvvəl
Tramp “Nvidia”-nın Huanqı şirkətin baş direktoru vəzifəsinə qaytarmaq qərarını dəstəkləyib
- 4 saat əvvəl
-
4 saat əvvəl
Dünyanın ən böyük düyü ixracatçısı ixraca 30% vergi tətbiq etməyə hazırlaşır – Düyü bahalaş;r
-
5 saat əvvəl
Azərbaycan Avropaya yaşıl elektrik enerjisinin ixracına 2032-ci ildə başlamağı planlaşdırır
- 5 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Rusiya gübrə qiymətlərini daha 6 ay sabit saxlayacaq
Qazaxıstan gübrə istehsalını 5 dəfə artırmağı hədəfləyir
Dünyanın ən böyük düyü ixracatçısı ixraca 30% vergi tətbiq etməyə hazırlaşır – Düyü bahalaş;r
Ən çox oxunanlar
Azərbaycan Avropaya yaşıl elektrik enerjisinin ixracına 2032-ci ildə başlamağı planlaşdırır
Jensen Huang Nvidia-nın baş direktoru vəzifəsinə geri qaytarıldı – Şirkətin səhmləri 30%-dən çox bahalaşdı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İsveçrənin ABB qrupu Almaniyanın “Ziehl-Abegg” şirkətini almaq üçün saziş imzalayıb
XalqKart “Qara Cümə” alış-verişlərində 5 % keşbek/bonus qazandırır ®























