Qızıl 2008-dən bəri ən pis aylıq nəticə göstərib
Qızıl mart ayı ərzində 11 faiz ucuzlaşıb. Son iki ticarət sessiyasında qızılın qiyməti ABŞ dollarının zəifləməsi fonunda 3,5% yüksəlsə də, mart ayı ərzində ümumi hesabda 11%-dən çox dəyər itirib.Qızıl, ABŞ ilə İranın müharibəni bitirməyə açıq olduqlarına dair siqnallara baxmayaraq, çərşənbə axşamı ardıcıl üçüncü sessiyada bahalaşsa da, 2008-ci il qlobal maliyyə böhranından bəri ən pis aylıq performansını göstərib.
Marja xəbər verir ki, ABŞ dolları və dövlət xəzinə istiqrazlarının gəlirliliyi hər iki ölkənin münaqişənin həlli üçün müəyyən imkanın yarandığını göstərən xəbərlərlə birlikdə geriləyib. Bu vəziyyət qızılın bir həftədən artıq müddətin ən yüksək səviyyəsinə qalxmasına və qiymətin 3,9 faizə qədər artmasına kömək edib; günün bağlanışında isə qızılın bir unsiyası 4668,06 dollar səviyyəsində formalaşaraq 3,5 faiz artım göstərib. Buna baxmayaraq, qızıl mart ayı ərzində 11 faizdən çox ucuzlaşıb.
Daha əvvəl "The Wall Street Journal" yazmışdı ki, ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazını bağlı qalsa belə, münaqişədən çıxmağa hazırdır.
İran dövlət mediası isə ölkə prezidenti Məsud Pezişkianın müharibəni başa çatdırmağa hazır olduqlarını bildirdiyini, lakin Tehran-ın öz tələblərini yenidən irəli sürdüyünü xəbər verib.
Yaxın Şərqdəki münaqişənin qlobal bazarları sarsıtması və eyni vaxtda həm inflyasiyanın artması, həm də iqtisadi artımın zəifləməsi ilə bağlı narahatlıqları gücləndirməsi səbəbilə qızıl 2008-dən bəri ən pis aylıq nəticə göstərib.
İnvestorlar qlobal mərkəzi bankların faiz dərəcələrini artıra biləcəyini düşünürdülər. Lakin FED sədri Jerome Powell uzunmüddətli inflyasiya gözləntilərinin sabit qaldığını bildirdikdən sonra bazar ertəsi günü bu gözləntilər azalıb. Faizlərin yüksəlməsi faiz gəliri gətirməyən qızıl üçün mənfi amil hesab olunur.
Bundan əlavə, ABŞ-da açıqlanan məlumatlar göstərib ki, istehlakçı etimadı mart ayında biznes və əmək bazarı ilə bağlı daha müsbət gözləntilər sayəsində gözlənilmədən artıb. Fevral ayında isə iş elanlarının sayı azalıb və işə qəbul prosesi yavaşlayıb. Bu da müharibənin yaratdığı əlavə qeyri-müəyyənlikdən əvvəl əmək bazarında tələbatın zəiflədiyinə işarə edir.
Son iki sessiyada bir unsiya qızılın cari qiyməti 4,5 faiz bahalaşaraq 4724 dollar səviyyəsinə qalxıb. Gümüş 7,3 faiz bahalaşaraq 75,17 dollara yüksəlib. Platin və palladium da dəyər qazanıb. Bloomberg Dollar Spot Index isə 0,6 faiz geriləyib.
Müştərilərin xəbərləri
“Bank sektorunda risklərin erkən aşkarlanması və nəzarətin avtomatlaşdırılması ön plana çıxacaq” - MÜSAHİBƏ
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
6 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 3 gün sonra
-
1 saat əvvəl
Süni intellektlə kiberhücumlar artır: İki texnologiya nəhəngi birləşir - Nəhəng sövdələşmə
- 4 saat əvvəl
-
4 saat əvvəl
Tramp “Nvidia”-nın Huanqı şirkətin baş direktoru vəzifəsinə qaytarmaq qərarını dəstəkləyib
- 4 saat əvvəl
-
4 saat əvvəl
Dünyanın ən böyük düyü ixracatçısı ixraca 30% vergi tətbiq etməyə hazırlaşır – Düyü bahalaş;r
-
4 saat əvvəl
Azərbaycan Avropaya yaşıl elektrik enerjisinin ixracına 2032-ci ildə başlamağı planlaşdırır
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Rusiya gübrə qiymətlərini daha 6 ay sabit saxlayacaq
Qazaxıstan gübrə istehsalını 5 dəfə artırmağı hədəfləyir
Dünyanın ən böyük düyü ixracatçısı ixraca 30% vergi tətbiq etməyə hazırlaşır – Düyü bahalaş;r
Ən çox oxunanlar
Azərbaycan Avropaya yaşıl elektrik enerjisinin ixracına 2032-ci ildə başlamağı planlaşdırır
Jensen Huang Nvidia-nın baş direktoru vəzifəsinə geri qaytarıldı – Şirkətin səhmləri 30%-dən çox bahalaşdı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İsveçrənin ABB qrupu Almaniyanın “Ziehl-Abegg” şirkətini almaq üçün saziş imzalayıb
XalqKart “Qara Cümə” alış-verişlərində 5 % keşbek/bonus qazandırır ®






















