Trampın İranda müharibənin “yaxın zamanda başa çatacağını” deməsindən və İsrail–Livan atəşkəsindən sonra neft ucuzlaşır
Neft qiymətləri ABŞ Prezidenti Donald Trampun İrandakı müharibənin “yaxın zamanda başa çata biləcəyini” deməsindən sonra, həmçinin İsrail ilə Livan arasında atəşkəsin təchizatla bağlı narahatlıqların azalacağına ümid yaratması fonunda ucuzlaşıb.
Marja xəbər verir ki, ABŞ-ın xam neftinin may ayı üzrə fyuçersləri 1,45% azalaraq bir barel üçün 93,32 dollara düşüb. Beynəlxalq etalon sayılan Brent markalı neftin iyun ayı üzrə fyuçersləri isə 1,23% geriləyərək bir bareli 98,17 dollar təşkil edib (Bakı vaxtı ilə saat 09:10-a olan məlumat).
Tramp cümə axşamı bildirib ki, “İrandakı müharibə çox yaxşı gedir” və fevralın 28-də başlayan müharibənin tezliklə başa çata biləcəyi ilə bağlı optimist proqnozlarını bir daha təkrarlayıb.
Bir neçə saat əvvəl isə Tramp "Truth Social" platformasında etdiyi paylaşımda İsrail və Livan arasında 10 günlük atəşkəsin ABŞ-ın şərq vaxtı ilə saat 17:00-da qüvvəyə minəcəyini bildirib.
O əlavə edib ki, İsrailin Baş naziri Benjamin Netanyahu və Livanın Baş naziri Joseph Aoun iki ölkə arasında 1983-cü ildən bəri ilk əhəmiyyətli danışıqlar kimi qiymətləndirdiyi görüş üçün Ağ Evə dəvət olunacaqlar.
Müştərilərin xəbərləri
“Azərpoçt” və “PostEurop” poçt sektorunun transformasiyasını və inkişaf perspektivlərini müzakirə edib
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
3 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
3 gün sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
-
3 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycanda 1 milyon dollar kapitalla yeni vençur şirkəti yaradılıb
- 7 saat əvvəl
-
8 saat əvvəl
Pakistanın Baş naziri İlham Əliyevə zəng etdi – Yeni əməkdaşlıq imkanları müzakirə olundu
-
11 saat əvvəl
Valyuta mübadiləsi bazarında yeni iştirakçı: 600 min manat kapital, hələlik lisenziya yoxdur
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Azərbaycanda 1 milyon dollar kapitalla yeni vençur şirkəti yaradılıb
Pakistanın Baş naziri İlham Əliyevə zəng etdi – Yeni əməkdaşlıq imkanları müzakirə olundu
Valyuta mübadiləsi bazarında yeni iştirakçı: 600 min manat kapital, hələlik lisenziya yoxdur
Ən çox oxunanlar
Bu gündən Azərbaycanda ov mövsümü açılıb
Azərbaycan neftinin son qiyməti
Azərbaycanda milyonlarla manatlıq borc portfeli satışa çıxarıldı
Kanadanın neft-qaz nəhəngi Azərbaycanda filial açdı
Li Auto avtomobilləri Qazaxıstanda da istehsal ediləcək
Fransa şirkət 12 saat işləyə bilən elektrikli traktor istehsal edəcək – 2028-ci ildə satışa çıxarılacaq
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı genişmiqyaslı sanksiyalar tətbiq edib – Rubio sərt xəbərdarlıq etdi
























