"Qlobal neft ehtiyatları 8 ilin ən aşağı səviyyəsindədir. Dünyanın tələbatını 101 gün qarşılaya biləcək ehtiyat qalıb"
"Goldman Sachs" Hürmüz Boğazındakı tədarük məhdudiyyətləri səbəbilə qlobal neft ehtiyatlarının sürətlə azaldığını və bu vəziyyətin bazarlar üçün risk yaratdığını açıqlayıb. Goldman Sachs-ın məlumatlarına görə, qlobal neft ehtiyatları hazırda dünya tələbatının 101 gününü qarşılaya biləcək səviyyədədir.Qlobal neft ehtiyatları son səkkiz ilin ən aşağı səviyyələrinə yaxınlaşarkən, qlobal investisiya bankı "Goldman Sachs"diqqətçəkən bir xəbərdarlıq edib.
Marja xəbər verir ki, bank xüsusilə Hörmüz boğazı vasitəsilə neft axınının məhdud qalmasının ehtiyatlardakı sürətli azalmanı daha da kritik vəziyyətə gətirdiyini bildirib.
Neft qiymətləri isə həftənin ilk ticarət günündə təxminən 6% artıb. İranın Hömüz Boğazında bəzi gəmiləri hədəfə alması və Birləşmiş Ərəb Əmirliklərində bir neft limanını yandırması bölgədə gərginliyi artırıb.
Donald Trampın dəniz daşımalarını təhlükəsizləşdirmək məqsədilə ABŞ Donanmasını işə salmaq təşəbbüsü, dörd həftə əvvəl elan edilən atəşkəsdən bəri ən böyük gərginliyə səbəb olub.
"Goldman Sachs"ın məlumatlarına görə, qlobal neft ehtiyatları hazırda dünya tələbatının 101 gününü qarşılaya biləcək səviyyədədir. Lakin bu rəqəmin may ayının sonuna qədər 98 günə qədər enə biləcəyi proqnozlaşdırılır.
Bank ümumi ehtiyatların qısa müddətdə minimum əməliyyat səviyyələrinə düşməsinin gözlənilmədiyini bildirsə də, ehtiyatlardakı sürətli azalma və bəzi bölgələrdə baş verən tədarük itkilərinin narahatlıq doğurduğunu vurğulayıb.
Digər tərəfdən, qlobal kommersiya emal olunmuş məhsul ehtiyatlarının da nəzərəçarpacaq dərəcədə azaldığı görünür. ABŞ və İsrailin İrana qarşı hücumlarından əvvəl 50 günlük tələbat səviyyəsində olan ehtiyatlar hazırda 45 günə qədər geriləyib.
Hazırda Brent nefti fyuçersləri 113 dollar səviyyələrindədir.
ABŞ ilə İran arasında kövrək atəşkəs, İran tərəfindən Birləşmiş Ərəb Əmirliklərinin dronlar və raketlər ilə vurulmasından sonra pozula bilər. Eyni zamanda Vaşinqton strateji əhəmiyyətə malik Hörmüz Boğazında İran gəmilərini batırdığını bildirib.
Bazar ertəsi "Fox News" kanalına danışan ABŞ Prezidenti Donald Trump xəbərdarlıq edib ki, əgər İran boğazdan keçən kommersiya daşımalarını qoruyan ABŞ gəmilərini hədəf alarsa, İran “yer üzündən silinəcək”.
İranın xarici işlər naziri Abbas Əraqçı isə sosial mediada paylaşımında bildirib ki, Hörmüz boğazında baş verən son hadisələr “siyasi böhranın hərbi həllinin olmadığını açıq şəkildə göstərir”.
O əlavə edib: “Pakistanın xoşməramlı səyləri ilə danışıqlar irəlilədiyi bir vaxtda, ABŞ, bədxah qüvvələrin onu yenidən bataqlığa sürükləməsinə qarşı diqqətli olmalıdır. Birləşmiş Ərəb Əmirlikləri də belə etməlidir.”
Niderland bankı ING-in strateqləri bildiriblər ki, Fars körfəzində baş verən son hücum dalğası ABŞ–İran atəşkəsinin pozulmasının ilk əlamətlərini göstərir.
ING-in analitikləri Warren Patterson və Ewa Manthey araşdırma qeydlərində yazıblar: “Prezident Trampın gecə saatlarında səsləndirdiyi və münaqişənin daha iki-üç həftə davam edə biləcəyi barədə açıqlamaları bazarlara bu gün müəyyən rahatlıq gətirə bilər.”
Onlar əlavə ediblər: “Lakin münaqişə başlayandan bəri gərginliyin artması və hərbi əməliyyatların bitməsi üçün proqnozlaşdırılan vaxt qrafikinin dəfələrlə uzadılması nəzərə alındıqda, bazarlar bu fikirlərə böyük şübhə ilə yanaşa bilər.”
"Goldman Sachs" bazar ertəsi yayımladığı qeyddə bildirib ki, qlobal neft ehtiyatları hələ kritik dərəcədə aşağı səviyyədə deyil, lakin ehtiyatların azalmasının sürəti və regionlar üzrə qeyri-bərabər paylanması lokal çatışmazlıqlarla bağlı narahatlıqları artırır.
Chevron şirkətinin baş icraçı direktoru Mike Wirth bazar ertəsi xəbərdarlıq edib ki, boğaz bağlı qaldığı müddətdə dünyanın bəzi regionlarında yanacaq çatışmazlığı artan narahatlıq doğurur.
Goldman Sachs-ın hesablamalarına görə, quruda və dənizdə saxlanılan xam və emal olunmuş məhsullar daxil olmaqla ümumi qlobal neft ehtiyatları hazırda təxminən 101 günlük tələbatı qarşılaya bilir və may ayının sonuna qədər 98 günə qədər azala bilər. Bu göstərici fövqəladə həddən yuxarı qalsa da, bəzi regionlarda və məhsullarda daha kəskin çatışmazlıqlar mövcuddur.
Müştərilərin xəbərləri
AccessBank Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə Xəzər sahilində təmizlik aksiyası keçirdi
SON XƏBƏRLƏR
-
5 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 1 gün sonra
-
- 2 d. əvvəl
- 8 d. əvvəl
- 16 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda ödənişli hərbi xidmət olacaqmı? Generaldan konkret cavab
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Rəsmi məzənnələr açıqlandı
Dollarda son bir ilin ən böyük aylıq bahalaşması
Azərbaycanda investisiya vərdişləri necə inkişaf edə bilər?
Ən çox oxunanlar
İyunun 28-də gözlənilən hava şəraiti
“Neqodnı” olan vətəndaşlara çağırış edirəm: "Vaxtında komissiyadan keçin ki, biz sizin haqqınızda hər hansı tədbirləri həyata keçirməyək"
"Attestatla qəbul haqqında reklamlara tez-tez rast gəlirik. Burada məqsəd nədir: Savad və bilik əldə etmək, yoxsa müddətli həqiqi xidmətdən yayınmaq?"
Qızıl gətir, sərfəli kredit götür!
ABŞ, Trampın Tehranı Hörmüz boğazında atəşkəsi pozmaqda ittiham etməsindən sonra İrana zərbələr endirib
Ağ Evdən OpenAI-a GPT-5.6 göstərişi






















