Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
2026-cı ilin yanvar-may aylarında Azərbaycanın ümumi ixracı 13 milyard 969 milyon 888,5 min dollar təşkil edib. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2 milyard 968 milyon 719,8 min dollar və ya 27 faiz çoxdur.
Marja.az Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Xarici Ticarətin Gömrük Statistikasına istinadən xəbər verir ki, 2025-ci ilin yanvar-may aylarında ixracın ümumi həcmi 11 milyard 1 milyon 168,8 min dollar olmuşdu.
Hesabat dövründə diqqətçəkən əsas dəyişiklik ixrac strukturunda baş verib. 2025-ci ilin ilk 5 ayında ixracın 87,21 faizi neft-qaz sektoruna daxil olan malların, 12,79 faizi isə neft-qaz sektoruna daxil olmayan malların payına düşürdüsə, 2026-cı ilin eyni dövründə neft-qaz sektorunun payı 63,26 faizə enib, qeyri-neft sektorunun payı isə 36,74 faizə yüksəlib.
Neft-qaz ixracı azalıb
2026-cı ilin yanvar-may aylarında neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac 8 milyard 837 milyon 922 min dollar təşkil edib. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 755 milyon 761,4 min dollar və ya 7,9 faiz azdır. 2025-ci ilin ilk 5 ayında neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac 9 milyard 593 milyon 683,4 min dollar olmuşdu.
Neft-qaz sektorunda azalmanın əsas səbəblərindən biri xam neft ixracının dəyərinin enməsidir. 2026-cı ilin yanvar-may aylarında bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsullarının ixracı 5 milyard 121 milyon 378,2 min dollar təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 5 milyard 642 milyon 731,3 min dollar idi. Beləliklə, xam neft ixracının dəyəri 521 milyon 353,1 min dollar və ya 9,2 faiz azalıb.
Miqdar ifadəsində də xam neft ixracında azalma qeydə alınıb. 2025-ci ilin yanvar-may aylarında 10 milyon 363 min 108,8 ton xam neft ixrac edildiyi halda, 2026-cı ilin eyni dövründə bu göstərici 8 milyon 828 min 552,4 tona düşüb. Bu, 1 milyon 534 min 556,4 ton və ya 14,8 faiz azalma deməkdir.
Təbii qaz ixracının dəyəri də azalıb. 2026-cı ilin ilk 5 ayında təbii qaz ixracından 3 milyard 343 milyon 175,5 min dollar gəlir əldə olunub. 2025-ci ilin eyni dövründə bu rəqəm 3 milyard 833 milyon 13 min dollar təşkil etmişdi. Beləliklə, təbii qaz ixracının dəyəri 489 milyon 837,5 min dollar və ya 12,8 faiz azalıb.
Bununla yanaşı, neft məhsullarının bəzi kateqoriyalarında artım müşahidə olunub. Xam neft məhsullarından başqa, bitumlu süxurlardan alınmış neft və neft məhsullarının ixrac dəyəri 95 milyon 658,9 min dollardan 332 milyon 264,8 min dollara yüksəlib. Bu kateqoriyada ixrac 236 milyon 605,9 min dollar və ya 247,4 faiz artıb.
Neft koksu ixracı 21 milyon 346,6 min dollardan 38 milyon 738,9 min dollara, neft bitumu ixracı isə 713,8 min dollardan 1 milyon 775,2 min dollara yüksəlib.
Qeyri-neft ixracı artıb
2026-cı ilin yanvar-may aylarında neft-qaz sektoruna daxil olmayan mallar üzrə ixrac 5 milyard 131 milyon 966,5 min dollar təşkil edib. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 3 milyard 724 milyon 481,2 min dollar və ya 264,6 faiz çoxdur.
2025-ci ilin ilk 5 ayında qeyri-neft sektoru üzrə ixrac 1 milyard 407 milyon 485,4 min dollar olmuşdu. Beləliklə, qeyri-neft ixracı 2026-cı ilin yanvar-may aylarında 3,6 dəfədən çox artıb. Artım bu il həyata keçirilmiş 3 milyard 636 milyon 158 min dollarlıq işlənməmiş və ya yarımişlənmiş, və ya toz şəklində qızıl (platindən qalvanik örtüklü qızıl daxil olmaqla) ixracı ilə əlaqədardır.
Bu artım nəticəsində qeyri-neft məhsullarının ümumi ixracda payı 12,79 faizdən 36,74 faizə yüksəlib. Başqa sözlə, 2026-cı ilin ilk 5 ayında Azərbaycanın ixrac strukturunda qeyri-neft məhsullarının çəkisi əhəmiyyətli dərəcədə artıb.
Müştərilərin xəbərləri
Dövlət şirkətinin mənfəətində böyük sıçrayış – 6 ayda 38 dəfəyə yaxın artaraq 23 milyon manatı keçib
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
2 gün sonra
Nağd kredit: Faiz 9,9%-dən başlayır, komissiya 0%, müddət 59 aydır ®
-
1 gün sonra
Qiymətlər 70%-dək endirilib - 1200 manat ucuzlaşan məhsul var ®
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
55 min gözlənilirdi, 162 min oldu – ABŞ-dan bazarları silkələyən məşğulluq rəqəmi
-
5 saat əvvəl
“KollektA” 2,9 milyon manat mənfəət əldə edib – Aktivləri 37 dəfə artıb
-
5 saat əvvəl
Tramp FED-ə ultimatum verdi: "Faizləri endirin, yoxsa ticarəti dayandıraram”
- 5 saat əvvəl
-
6 saat əvvəl
Kredit sahəsində rəhbər və mütəxəssis vakansiyaları açılıb – Müraciətlər qəbul olunur
-
6 saat əvvəl
Problemli kreditləri yığan şirkət bazardan 5 milyon manat cəlb edir - İnvestorlara 16% gəlir təklifi
- 6 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Nağd kredit: Faiz 9,9%-dən başlayır, komissiya 0%, müddət 59 aydır ®
Qiymətlər 70%-dək endirilib - 1200 manat ucuzlaşan məhsul var ®
Dünya bazarında taxıl, şəkər və süd bahalaşır
Bakıda yeni metro stansiyanın adı "20 Sentyabr" olacaq
Ən çox oxunanlar
Kredit sahəsində rəhbər və mütəxəssis vakansiyaları açılıb – Müraciətlər qəbul olunur
Problemli kreditləri yığan şirkət bazardan 5 milyon manat cəlb edir - İnvestorlara 16% gəlir təklifi
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“CFI” növbəti inkişaf mərhələsinə keçərkən Direktorlar Şurasına yeni sədr təyin edib
Neftçilərə özəl kredit – Faiz 12,5%-dən başlayır, komissiya yoxdur®
Prezidentdən yeni diplomatik təyinatlar





















