Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
ABŞ Ali Məhkəməsi “Roundup” adlı preparatın xərçəngə səbəb olduğu iddiası ilə açılan məhkəmə işində Bayer-in satın aldığı Monsanto şirkətinin xeyrinə qərar verib.ABŞ Ali Məhkəməsi tərkibində qlifosat olan “Roundup” adlı kənd təsərrüfatı preparatının xərçəngə səbəb olduğu iddiası ilə açılan məhkəmə işində Almaniyanın dərman və kənd təsərrüfatı kimyəviləri şirkəti Bayer-in satın aldığı Monsanto-nun xeyrinə qərar çıxarıb.
Marja xəbər verir ki, məhkəmə Bayer-in 2018-ci ildə tərkibinə qatdığı Monsanto tərəfindən istehsal olunan “Roundup”la bağlı açılmış “Durnell” işi üzrə hökmünü açıqlayıb.
Ali Məhkəmə 2-yə qarşı 7 səs çoxluğu ilə qəbul etdiyi qərarda Federal İnsektisid, Funqisid və Rodentisidlər haqqında Qanununun (FIFRA) ştat qanunlarına əsaslanan “xəbərdarlıq öhdəliyinin pozulması” iddialarını qüvvədən saldığına hökm edib.
Məhkəmə ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyinin (EPA) məhsul təhlükəsizliyi çərçivəsində xərçəng xəbərdarlığını məcburi hesab etmədiyini bildirib. Bu səbəbdən ştat məhkəmələrinin federal tənzimləmələrlə ziddiyyət təşkil edəcək şəkildə əlavə etiketləmə öhdəlikləri tətbiq edə bilməyəcəyinə qərar verən Məhkəmə şirkətin xeyrinə hökm çıxararaq aşağı instansiya məhkəməsinin qərarını ləğv edib.
İddiaçı Con Durnell Monsanto-nun istehsal etdiyi “Roundup”dan təxminən 20 il istifadə etdiyini və məhsulun onda xərçəng xəstəliyinə səbəb olduğunu iddia etmişdi.
Durnell şirkətin məhsul etiketində xərçəng riski ilə bağlı xəbərdarlığa yer verməməklə səhlənkarlığa yol verdiyini irəli sürmüşdü. Missuri ştatındakı məhkəmə jürisi Durnell-in xeyrinə qərar verərək 1,25 milyon dollar təzminat ödənilməsinə hökm etmiş, ştatın apellyasiya məhkəməsi də bu qərarı qüvvədə saxlamışdı.
Bayer-in açıqlamasında Ali Məhkəmənin qərarı elm, fermerlər və innovasiya üçün tənzimləyici aydınlığa ehtiyac olan sektorlar baxımından müsbət inkişaf kimi qiymətləndirilib.
Açıqlamada qərarın təxminən 10 ildir davam edən “Roundup” məhkəmə işlərini əhəmiyyətli dərəcədə məhdudlaşdırmağa kömək edəcəyi bildirilib. Mövcud “xəbərdarlıq çatışmazlığı” əsaslı iddialar üzrə işlərin ləğv olunmasının və gələcəkdə oxşar iddialarla yeni məhkəmə işlərinin açılmasının qarşısının alınmasının gözlənildiyi qeyd edilib.
Monsanto “Roundup” adlı kənd təsərrüfatı preparatını ilk dəfə 1974-cü ildə bazara çıxarıb.
Bayer 2018-ci ildə Monsanto-nu 63 milyard dollarlıq razılaşma ilə satın aldıqdan sonra “Roundup”ın xərçəngə səbəb olduğu iddiaları ilə ABŞ üzrə açılan məhkəmə işləri ilə üzləşmişdi.
Şirkət fevral ayında mövcud və gələcək “Roundup” təzminat tələblərini yekunlaşdırmaq məqsədilə 7,25 milyard dollarlıq razılaşma planını açıqlamışdı.
Müştərilərin xəbərləri
“Azərpoçt” və “PostEurop” poçt sektorunun transformasiyasını və inkişaf perspektivlərini müzakirə edib
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
3 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
3 gün sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
-
3 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanda 1 milyon dollar kapitalla yeni vençur şirkəti yaradılıb
- 5 saat əvvəl
-
6 saat əvvəl
Pakistanın Baş naziri İlham Əliyevə zəng etdi – Yeni əməkdaşlıq imkanları müzakirə olundu
-
9 saat əvvəl
Valyuta mübadiləsi bazarında yeni iştirakçı: 600 min manat kapital, hələlik lisenziya yoxdur
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Azərbaycanda 1 milyon dollar kapitalla yeni vençur şirkəti yaradılıb
Pakistanın Baş naziri İlham Əliyevə zəng etdi – Yeni əməkdaşlıq imkanları müzakirə olundu
Valyuta mübadiləsi bazarında yeni iştirakçı: 600 min manat kapital, hələlik lisenziya yoxdur
Ən çox oxunanlar
Bu gündən Azərbaycanda ov mövsümü açılıb
Azərbaycan neftinin son qiyməti
Azərbaycanda milyonlarla manatlıq borc portfeli satışa çıxarıldı
Kanadanın neft-qaz nəhəngi Azərbaycanda filial açdı
Li Auto avtomobilləri Qazaxıstanda da istehsal ediləcək
Fransa şirkət 12 saat işləyə bilən elektrikli traktor istehsal edəcək – 2028-ci ildə satışa çıxarılacaq
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı genişmiqyaslı sanksiyalar tətbiq edib – Rubio sərt xəbərdarlıq etdi




















