2029-cu ildə Azərbaycanda əhalinin siyahıyaalınması keçiriləcək
Prezident İlham Əliyev 2029-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında Fərman imzalayıb.
Marja.az xəbər verir ki, Fərmana əsasən, ölkədə əhalinin növbəti siyahıyaalınması 2029-cu il oktyabrın 1-nə olan vəziyyət üzrə həmin ilin oktyabrın 1-dən 31-dək keçiriləcək.
Sənəddə qeyd olunur ki, siyahıyaalınmanın keçirilməsində məqsəd Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə ölkənin bütün ərazisi üzrə əhaliyə dair müfəssəl məlumatların əldə olunması və sosial-demoqrafik vəziyyətin qiymətləndirilməsidir.
Əhalinin siyahıyaalınması ilə bağlı hazırlıq işlərinin görülməsi, prosesin keçirilməsi, yekunların işlənilməsi, nəticələrin dərc edilməsi və yayılması Dövlət Statistika Komitəsinə həvalə edilib.
Fərmana əsasən, Nazirlər Kabineti 2029-cu ildə əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planını iki ay müddətində təsdiq etməlidir.
Bundan başqa, siyahıyaalınma üçün zəruri məlumatların inzibati mənbələrdən əldə edilməsi məqsədilə aidiyyəti dövlət orqanlarının informasiya ehtiyatlarında və sistemlərində olan müvafiq məlumatların Dövlət Statistika Komitəsinin məlumat bazasına inteqrasiyası təmin olunacaq.
Müştərilərin xəbərləri
AmCham-da AI gündəliyi – Cisco süni intellektə hazırlıq və rəqəmsal transformasiya təcrübəsini bölüşüb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
11 d. əvvəl
Oktyabrın ilk günlərində hava yağıntılı olacaq, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
-
- 34 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı
-
1 saat əvvəl
SOCAR neft-qaz layihələrində “Halliburton” ilə tərəfdaşlığı böyütmək istəyir
-
1 saat əvvəl
PAŞA Bank qlobal maliyyənin əsas toplantısında – 17-ci dəfə iştirak edir
- 1 saat əvvəl
-
1 saat əvvəl
2 milyon manatlıq istiqraz – 18 aylıq müddət, 16% gəlirlilik – abunə başlayır
-
2 saat əvvəl
bp Azərbaycanda neftverməni artıracaq layihəni tamamladı - Gücü 20% yüksəldib
-
2 saat əvvəl
Yasamalda ev almaq istəyənlər üçün yeni imkan: güzəştli kredit illik 8%-dən başlayır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Yasamalda ev almaq istəyənlər üçün yeni imkan: güzəştli kredit illik 8%-dən başlayır
17 sahə, 7 il güzəşt, 50% vergi endirimi






























