ABŞ-ın İrana hücumundan sonra neft kəskin bahalaşıb
Neft qiymətləri ABŞ-nin İrana qarşı hava zərbələri endirməsi və İran xam neftinin satışına yönəlmiş sanksiyaları yenidən qüvvəyə mindirməsindən sonra çərşənbə günü təxminən 3 faizdən çox bahalaşıb.
Marja xəbər verir ki, bu hadisələr kövrək atəşkəsin pozula biləcəyi və Yaxın Şərqdən neft tədarükünün yenidən axsamaya uğraya biləcəyi ilə bağlı narahatlıqları artırıb.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) çərşənbə axşamı yaydığı açıqlamada hava zərbələrinin İranın Hörmüz Boğazından keçən üç ticarət gəmisinə hücumlarına cavab olaraq həyata keçirildiyini bildirib.
Brent markalı neftin fyuçersləri 3,2 faiz artaraq bir barel üçün 76,50 dollara yüksəlib. ABŞ xam nefti — WTI isə 3,4 faiz bahalaşaraq 72,85 dollara çatıb (Bakı vaxtı ilə 9:40- olan məlumat)
Hər iki neft markası ABŞ-nin İrana hücumlarından sonra İran xam neftinin satışına icazə verən ümumi lisenziyanın ləğv edilməsinin ardınca bahalaşmağa başlayıb.
MST Marquee-nin Araşdırmalar üzrə rəhbəri Saul Kavonic bildirib: “Mövcud münaqişə bazara Hörmüz Boğazından təhlükəsiz keçidin hələ də nə qədər həssas olduğunu yenidən xatırladır”.
Kavonic qeyd edib: “Bu vəziyyət bazarın neft bolluğu ilə üzləşə biləcəyinə dair hakim fikrin əksinə siqnal yaradır və rekord səviyyədə olan qısa mövqelərin bir hissəsinin bağlanmasına səbəb ola bilər”. Onun sözlərinə görə, gərginliyin davam etməsi və boğazdan keçən tanker trafikinin müharibədən əvvəlki səviyyənin 50 faizindən aşağı qalması halında tədarük məhdudiyyətləri neft qiymətlərini daha da dəstəkləyə bilər.
ABŞ ilə İranın ötən ay atəşkəs razılaşması imzalamasından sonra neft qiymətləri müharibədən əvvəlki səviyyələrə geriləmiş, investorlar isə neft fyuçerslərində qiymətlərin daha da düşəcəyi gözləntisi ilə böyük həcmdə qısa mövqelər açmışdılar.
Yaxın Şərqdən bazara əhəmiyyətli həcmdə təxirə salınmış neft tədarükünün daxil olacağına dair gözləntilər qiymətlərin azalmasına təsir göstərmişdi.
İran gəmilərə hücumlara görə məsuliyyəti üzərinə götürməsə də, Qətər hücumlarda İranı ittiham edib. Hücuma məruz qalan gəmilər arasında Qətərə məxsus mayeləşdirilmiş təbii qaz (LNG) tankeri də var. Bildirilir ki, tankerin mühərrik bölməsinə pilotsuz uçuş aparatının düşməsi yanğına səbəb olub.
Dəniz təhlükəsizliyi mənbələri Oman sahilləri yaxınlığında Səudiyyə Ərəbistanı bayrağı altında üzən və “Wedyan” supertankeri olduğu ehtimal edilən xam neft tankerinin də zədələndiyini bildiriblər. Zədənin səbəbi isə hələlik dəqiqləşməyib.
İran Hörmüz Boğazı üzərində nəzarətini gücləndirərkən gəmilərə Oman sahilləri əvəzinə öz sahillərinə daha yaxın marşrutlardan istifadə etməyi tapşırıb. ABŞ isə münaqişədən əvvəl olduğu kimi, boğazın bütün ölkələr üçün sərbəst istifadəyə açıq qalmalı olduğunu müdafiə edir.
Müharibə başlayandan bəri ölkələr yaranmış tədarük çatışmazlığını kompensasiya etmək üçün neft ehtiyatlarından istifadə edirlər.
Müştərilərin xəbərləri
“Azərpoçt” və “PostEurop” poçt sektorunun transformasiyasını və inkişaf perspektivlərini müzakirə edib
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
3 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
3 gün sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
-
3 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda 1 milyon dollar kapitalla yeni vençur şirkəti yaradılıb
- 3 saat əvvəl
-
4 saat əvvəl
Pakistanın Baş naziri İlham Əliyevə zəng etdi – Yeni əməkdaşlıq imkanları müzakirə olundu
-
7 saat əvvəl
Valyuta mübadiləsi bazarında yeni iştirakçı: 600 min manat kapital, hələlik lisenziya yoxdur
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Azərbaycanda 1 milyon dollar kapitalla yeni vençur şirkəti yaradılıb
Pakistanın Baş naziri İlham Əliyevə zəng etdi – Yeni əməkdaşlıq imkanları müzakirə olundu
Valyuta mübadiləsi bazarında yeni iştirakçı: 600 min manat kapital, hələlik lisenziya yoxdur
Ən çox oxunanlar
Bu gündən Azərbaycanda ov mövsümü açılıb
Azərbaycan neftinin son qiyməti
Azərbaycanda milyonlarla manatlıq borc portfeli satışa çıxarıldı
Kanadanın neft-qaz nəhəngi Azərbaycanda filial açdı
Li Auto avtomobilləri Qazaxıstanda da istehsal ediləcək
Fransa şirkət 12 saat işləyə bilən elektrikli traktor istehsal edəcək – 2028-ci ildə satışa çıxarılacaq
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı genişmiqyaslı sanksiyalar tətbiq edib – Rubio sərt xəbərdarlıq etdi























