Mikayıl Cabbarovun rəhbərlik etdiyi heyət Türkmənistana işgüzar səfər edib
Azərbaycan-Türkmənistan iqtisadi əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub.İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Türkmənistana işgüzar səfər edib. Səfər çərçivəsində Türkmənistan Prezidenti cənab Sərdar Berdiməhəmmədov Azərbaycan nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycan ilə Türkmənistan arasında dostluq, qardaşlıq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan münasibətlərin daha da möhkəmləndirilməsi, biznes tərəfdaşlığının şaxələndirilməsi, birgə təşəbbüslərin təşviqi, eləcə də regional iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.
Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov iqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edib.
Görüşdə dövlət başçılarının siyasi iradəsi nəticəsində Azərbaycan-Türkmənistan münasibətlərinin dinamik inkişaf etdiyi vurğulanıb. Qeyd edilib ki, ötən ay Türkmənistan Prezidentinin geniş nümayəndə heyəti ilə Azərbaycana dövlət səfəri və dövlət başçılarının iştirakı ilə iki ölkə arasında imzalanmış sənədlər əməkdaşlığın yeni mərhələyə yüksəlməsinə mühüm töhfə verib.
Tərəflər iqtisadi əməkdaşlığın prioritet istiqamətləri, qarşılıqlı fəaliyyətin şaxələndirilməsi məqsədilə həyata keçirilən genişmiqyaslı layihələr və yeni tərəfdaşlıq imkanları barədə müzakirələr aparıblar.
Səfər çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Quvanc Ağacanovla görüşüb.
Görüşdə hər iki ölkənin zəngin enerji potensialının və təbii resurslarının iqtisadi tərəfdaşlığın inkişafı üçün möhkəm zəmin yaratdığı qeyd edilib. Beynəlxalq bazarlara enerji nəqli, bu sahədə hüquqi-müqavilə bazasının təkmilləşdirilməsi, eləcə də birgə enerji layihələrinin həyata keçirilməsi perspektivləri müzakirə olunub.
Bildirilib ki, Azərbaycanın və Türkmənistanın əlverişli coğrafi mövqeyi beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı baxımından mühüm üstünlüklər yaradır. Qlobal gündəlikdə nəqliyyat və enerji təhlükəsizliyi məsələlərinin aktuallığı vurğulanaraq, hər iki ölkənin regional və qlobal enerji və nəqliyyat təhlükəsizliyinin təmin edilməsinə verdiyi töhfələr qeyd olunub.
Görüşdə iqtisadi əməkdaşlıqla yanaşı, humanitar əlaqələrin inkişafının da əhəmiyyəti diqqətə çatdırılıb. Bu baxımdan ötən il Azərbaycanda keçirilmiş Türkmənistan Mədəniyyəti Günlərinin xalqlar arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət etdiyi bildirilib.
Türkmənistana işgüzar səfər çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov Türkmənistan Nazirlər Kabineti sədrinin müavini, Azərbaycan ilə Türkmənistan arasında Birgə Hökumətlərarası Komissiyanın Türkmənistan tərəfindən həmsədri Nökərqulı Ataqulıyevlə görüşüb. Görüşdə Birgə Hökumətlərarası Komissiyanın fəaliyyətinin səmərəliliyinin artırılması, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, sənaye, nəqliyyat, infrastruktur və turizm sahələrində əməkdaşlığın inkişafı, qarşılıqlı maraq doğuran layihələrin irəlilədilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
İşgüzar səfər çərçivəsində Azərbaycan Respublikası ilə Türkmənistan arasında Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclası keçirilib.
Komissiyanın Azərbaycan tərəfindən həmsədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov çıxışında vurğulayıb ki, dövlət başçılarının müəyyənləşdirdiyi strateji kurs ikitərəfli münasibətlərin bütün istiqamətlər üzrə inkişafını şərtləndirir. Bildirilib ki, Birgə Hökumətlərarası Komissiya iqtisadi-ticarət, investisiya, sənaye, energetika, nəqliyyat, logistika və digər sahələrdə əməkdaşlığın sistemli şəkildə genişləndirilməsi üçün mühüm platformadır. Azərbaycanın qarşılıqlı investisiyaların təşviqi, biznes dairələri arasında əlaqələrin intensivləşdirilməsi və birgə layihələrin reallaşdırılması istiqamətində əməkdaşlığı inkişaf etdirməyə hazır olduğu diqqətə çatdırılıb. İqtisadiyyat naziri Türkmənistan tərəfindən Füzuli şəhərində qardaşlıq töhfəsi olaraq inşa edilən Məscid kompleksinə görə təşəkkürünü ifadə edib, bu layihənin Azərbaycan ilə Türkmənistan arasında dostluq və qardaşlıq münasibətlərinin bariz nümunəsi olduğunu vurğulayıb.
Komissiyanın Türkmənistan tərəfindən həmsədri, Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Nökərqulı Ataqulıyev isə çıxışında iki ölkə arasında münasibətlərin qarşılıqlı etimada və strateji tərəfdaşlığa əsaslandığını vurğulayıb. Qeyd olunub ki, Birgə Hökumətlərarası Komissiyanın fəaliyyəti əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsi, mövcud layihələrin icrasının sürətləndirilməsi və iqtisadi əlaqələrin daha da dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.Nökərqulı Ataqulıyev Azərbaycan tərəfindən Türkmənistana hədiyyə edilən "Dostluq" neftdaşıyan tankerinə görə təşəkkürünü ifadə edib, bu təşəbbüsün iki ölkə arasında münasibətlərin daha da möhkəmlənməsinə töhfə verdiyini qeyd edib.
İclasda ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi və ixrac marşrutlarının şaxələndirilməsi məqsədilə ikitərəfli Biznes Şurasının yaradılması təşəbbüsü vurğulanıb.
İclasın yekununda iqtisadi-ticarət, enerji, nəqliyyat, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, ətraf mühitin mühafizəsi, su infrastrukturu və digər prioritet istiqamətlər üzrə əməkdaşlığın gücləndirilməsini nəzərdə tutan protokol imzalanıb.
Səfər çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov Türkmənistan Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredovla görüşüb.
Görüşdə Azərbaycan ilə Türkmənistan arasında iqtisadi dialoqun və biznes tərəfdaşlığının genişləndirilməsi perspektivləri müzakirə olunub. Enerji sahəsində əməkdaşlığın inkişafı, birgə layihələrin həyata keçirilməsi və qarşılıqlı maraq doğuran digər istiqamətlər üzrə fikir mübadiləsi aparılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 1 gün sonra
-
-
49 d. əvvəl
“Mərmər İnşaat” şirkətinin biznes həcmi əhəmiyyətli şəkildə kiçilib
-
1 saat əvvəl
"ABŞ və İran 60 günlük atəşkəsi uzatmaq barədə razılığa gəlib"
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bankda növbədənkənar yığıncaq keçiriləcək, investisiya şirkətinə əlavə maya qoyulacaq
-
3 saat əvvəl
“Böyük Dördlük” Azərbaycanda bazarın təxminən 60%-nə nəzarət edib
- 4 saat əvvəl
-
4 saat əvvəl
Universitet üçün 1000 yerlik yeni yataqxana kompleksi tikiləcək
- 4 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
“Mərmər İnşaat” şirkətinin biznes həcmi əhəmiyyətli şəkildə kiçilib
Azərbaycanda şirkətlərin sayı 6 faizə yaxın artıb
Bankda növbədənkənar yığıncaq keçiriləcək, investisiya şirkətinə əlavə maya qoyulacaq
“Böyük Dördlük” Azərbaycanda bazarın təxminən 60%-nə nəzarət edib
Ən çox oxunanlar
25 auditor subyektinin icazəsi dayandırılıb
Universitet üçün 1000 yerlik yeni yataqxana kompleksi tikiləcək
Prezident 4 sərəncam imzaladı: səfirlər dəyişdirildi
Biznes hesab cəmi 3 dəqiqəyə: PAŞA Bank Biznes mobil tətbiqində!
Azərbaycanda qida məhsulları son 12 ayda 7%-dən çox bahalaşıb
Prezident Naxçıvan üçün 1000 MVt-a qədər Günəş enerjisi potensialını açıqladı – Elektrik Avropaya qədər gedə bilər
Prezidentdən Naxçıvan üçün 258 milyon manatlıq SƏRƏNCAM























