Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edir
Şuşada “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda IV Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında tədbirin keçirilməsinin məqsədindən danışıb.
Dövlətimizin başçısı bununla bağlı deyib: “Tədbirin keçirilməsində ideya elə bir mühitin yaradılmasından - dünyanın müxtəlif guşələrindən gəlmiş media nümayəndələrinin qarşılıqlı maraq və narahatlıq doğuran məsələlər haqqında danışmaq, Qarabağla, Şuşa ilə tanış olmaq və bu kimi digər məqsədlərə xidmət etməkdən ibarət idi. Əminəm ki, buraya gəlmiş qonaqlar Qarabağın inkişafını, yenidən qurulmasını görürlər”.
"Biz bağlantılar məsələləri üzrə kifayət qədər uzun müddət işləmişik, daha fəal surətdə 10 ildən artıq çalışmışıq" - bu sözləri Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında söyləyib.
Dövlətimizin başçısı qeyd edib: “Öz coğrafi üstünlüklərimizdən istifadə edərək, səylər göstərdik ki, çoxtərəfli əməkdaşlıq üçün platforma quraq”.
Prezident: Həm Qərb, həm də Şərq istiqamətində qonşularımızla əlaqələrimiz əladır
"Hazırda bağlantılarla bağlı infrastrukturun genişləndirilməsi üzərində çalışırıq. Çünki biz gözləmirdik ki, coğrafi mövqeyimizin əhəmiyyəti son dövrlərdə bu qədər artacaq. Həm Qərb, həm də Şərq istiqamətində qonşularımızla əlaqələrimiz əladır".
Marja xəbər verir ki, bu barədə Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında deyib.
Dövlətimizin başçısı qeyd edib ki, istər Mərkəzi Asiya və Gürcüstan, istərsə də Türkiyə və Avropa ilə əlaqələrimiz yaxşıdır. Bütün bunları bir araya gətirmək üçün, əlbəttə, bir çox addımları atmalı idik ki, dəhlizlər faydalı olsun.
"Azərbaycanın yürütdüyü siyasət hər zaman əməkdaşlığa yönəlmişdir"
"Azərbaycanın yürütdüyü siyasət hər zaman əməkdaşlığa yönəlmişdir, narahatlıq doğuran, qonşularımızın narahatlıq doğuran məsələlərinin həllinə yönəlmişdir, o cümlədən bizi narahat edən məsələlər qaldırılmışdır" - bu fikri Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında səsləndirib.
“Təbii ki, bu baxımdan Şuşada keçirilən media forumundakı olan həmin bu mühiti biz çalışırıq, həmçinin bir çox beynəlxalq məhz iştirakçılar arasında da yaratmağa çalışırıq. Çox sağ olun və bununla bağlı bizim dialoqumuz davam edir”, - deyə dövlətimizin başçısı əlavə edib.
Müştərilərin xəbərləri
AmCham-da AI gündəliyi – Cisco süni intellektə hazırlıq və rəqəmsal transformasiya təcrübəsini bölüşüb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
6 d. əvvəl
“McDonald’s Azərbaycan” Badamdar qəsəbəsində yeni restoran açıb - FOTO
-
-
12 d. əvvəl
Oktyabrın ilk günlərində hava yağıntılı olacaq, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 35 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı
-
1 saat əvvəl
SOCAR neft-qaz layihələrində “Halliburton” ilə tərəfdaşlığı böyütmək istəyir
-
1 saat əvvəl
PAŞA Bank qlobal maliyyənin əsas toplantısında – 17-ci dəfə iştirak edir
- 1 saat əvvəl
-
1 saat əvvəl
2 milyon manatlıq istiqraz – 18 aylıq müddət, 16% gəlirlilik – abunə başlayır
-
2 saat əvvəl
bp Azərbaycanda neftverməni artıracaq layihəni tamamladı - Gücü 20% yüksəldib
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yasamalda ev almaq istəyənlər üçün yeni imkan: güzəştli kredit illik 8%-dən başlayır






























