AccessBank-dan güclü yarımillik nəticə: Xalis mənfəəti 34%-dən çox artaraq 28,1 milyon manata yüksəlib
Mikro, kiçik və orta sahibkarlığın kreditləşməsi bazarının lideri olan AccessBank, 2026-cı ilin 1-ci yarısı üzrə maliyyə nəticələrini açıqlayıb.
Bankın yaydığı press-relizdə bildirilir ki, 2026-cı ilin 1-ci yarısının nəticələrinə görə AccessBank-ın xalis mənfəəti 34,4% və ya 7,2 mln manat artaraq 28.1 milyon manat təşkil edib. 2026-cı ilin 1-ci yarısı ərzində Bankın məcmu kapitalı 2025-ci ilin sonu ilə müqayisədə 12% və ya 28.2 milyon artaraq 262.6 milyon manata yüksəlmişdir.
Artımın drayverləri kimi kredit portfelinin, xüsusən biznes kreditlərinin artımı, depozit portfelinin böyüməsi, habelə yeni beynəlxalq kreditlərin cəlb edilməsi qeyd oluna bilər. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə:
- Kredit portfeli 12.8% və ya 156.8 milyon manat artıb və hesabat dövrünün sonuna cəmi kredit portfeli 1 381.4 milyon manat təşkil edib.
- Kredit portfelinin 75.4%-i biznesə ayrılmış kreditlər təşkil edir və biznes portfelinin həcmi 1042.1 milyon manatdır. Bu göstərici bankın real sektorun maliyyələşdirilməsinə, biznes subyektlərinin inkişafına və sahibkarlığın maliyyə resurslarına çıxışının genişləndirilməsinə yönəlmiş strateji yanaşmasını əks etdirir
- Depozit portfeli 1.7% və ya 17.7 milyon manat artıb və hesabat dövrün sonuna 1 084.6 milyon manat təşkil edib. Bu da bankın dayanıqlığının və müştəri etimadının sabit şəkildə güclənməsinin göstəricisidir.
- Eyni zamanda, AccessBank cari ilin 1-ci yarısında beynəlxalq nüfuzlu xarici kreditorlardan 47.3 milyon manat həcmində kredit cəlb etmişdir. Bu da əhali və bizneslər üçün maliyyə əlçatanlığını təmin etməyə etibarlı zəmin yaradır.
Bankın aktivləri 1.8 milyard manata çatır, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11.4% çoxdur.
Faiz gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 16.4% artaraq 141.3 milyon manata yüksəlib. Xalis faiz gəlirləri isə 10.9 milyon artaraq 84.9 milyon manat təşkil edib.
Əlavə olaraq, hesabat dövrü ərzində qeyri-faiz gəlirləri 8.6 milyon manat olub.
Xalis əməliyyat mənfəəti 2026-cı ilin 1-ci yarısında 41.3 milyon manata çatıb.
Bankın likvidlik mövqeyi dayanıqlıdır və likvidlik əmsalı 82.2% təşkil edir ki, bu da AMB-ın tələb etdiyi minimum normadan 2.7 dəfə yüksəkdir.
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 25-ü bölgələrdə olmaqla, 39 filialı fəaliyyət göstərir və müştərilər üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat üçün bura daxil ola bilərsiniz.
*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.
Müştərilərin xəbərləri
AmCham-da AI gündəliyi – Cisco süni intellektə hazırlıq və rəqəmsal transformasiya təcrübəsini bölüşüb
Sürətli internetlə daha çox əyləncə: “Azeronline” abunəçilərinə “Kinon TV” xidmətindən istifadə imkanı təqdim edir ®
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
2 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
7 d. əvvəl
Rəqəmsal biznesə güzəştlərin qaydası dəyişir – ixrac edən daha çox dəstək alacaq
-
- 12 d. əvvəl
- 17 d. əvvəl
-
28 d. əvvəl
13,3 milyon manatlıq kapitalı 200 manata endirilən şirkət “Grand Hayat” MTK oldu
-
41 d. əvvəl
Şirkətin kapitalı 113,8 milyon manata çatıb – 3 ayda 15 milyon manat artım
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda daha bir şirkət ləğv olunur – böyük şirkətə birləşir
- 1 saat əvvəl
-
1 saat əvvəl
İsrailə uçan təyyarənin qaçırıldığı təsdiqlənməyib — Səudiyyə Ərəbistanına təhlükəsiz enib
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Oktyabrın 1-də gözlənilən hava şəraiti
PalmPay artıq “Bazarstore”da!
Azərbaycanda daha bir şirkət ləğv olunur – böyük şirkətə birləşir
SOCAR Green-in layihələri sığortalana bilər
İsrailə uçan təyyarənin qaçırıldığı təsdiqlənməyib — Səudiyyə Ərəbistanına təhlükəsiz enib
Azərbaycan neftinin son qiyməti
AmCham-da AI gündəliyi – Cisco süni intellektə hazırlıq və rəqəmsal transformasiya təcrübəsini bölüşüb
“AI” yox, “SI” – Tramp ABŞ hökumətində “süni intellekt” ifadəsini dəyişdi: Bundan sonra “super intellekt” deyiləcək
Ağdamda avtobus parkı üçün 14,7 milyon manatlıq müqavilə bağlandı
“Azəriqaz” abonentləri müqavilələri SİMA ilə rəqəmsal imzalayacaq






















