“Xalq Bank” 2026-cı ilin ilk yarısını xalis mənfəətlə başa vurub - HESABAT
“Xalq Bank” ASC 2026-cı ilin ilk yarısını 13 milyon 489 min manat xalis mənfəətlə başa vurub. “Xalq Bank” 2025-ci ilin eyni dövründə 26 milyon 623 min manat xalis mənfəət əldə etmişdi. Beləliklə, Bankın xalis mənfəəti 13 milyon 134 min manat və ya 49,3 faiz azalıb.
Faiz xərcləri gəlirlərdən daha sürətli artıb
Marja.az Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2026-cı ilin yanvar–iyun aylarında “Xalq Bank”ın faiz gəlirləri 1 milyon 318 min manat və ya 1,3 faiz artaraq 102 milyon 919 min manata çatıb.
Kreditlər üzrə faiz gəlirləri 6 faiz artaraq 78 milyon 13 min manat olub. Digər tərəfdən, qiymətli kağızlardan faiz gəlirləri 39,3 faiz, banklar və digər maliyyə institutlarındakı depozitlərdən gəlirlər isə 40,1 faiz azalıb.
Bankın faiz xərcləri 4 milyon 827 min manat və ya 13,8 faiz artaraq 39 milyon 779 min manata yüksəlib. Depozitlər üzrə faiz xərcləri 45,9 faiz artaraq 26 milyon 462 min manat təşkil edib.
Nəticədə “Xalq Bank”ın xalis faiz gəliri 3 milyon 509 min manat və ya 5,3 faiz azalaraq 63 milyon 141 min manata düşüb.
Qeyri-faiz gəlirləri 31 faiz azalıb
Bankın qeyri-faiz gəlirləri 8 milyon 273 min manat və ya 31,3 faiz azalaraq 18 milyon 141 min manat olub.
Komissiya gəlirləri 14 faiz artaraq 16 milyon 252 min manata çatsa da, valyuta əməliyyatlarından xalis gəlir 81,6 faiz azalaraq 1 milyon 139 min manata düşüb. Xarici valyutada aktiv və öhdəliklərin yenidən qiymətləndirilməsi üzrə 1 milyon 329 min manat zərər yaranıb.
Ötən ilin ilk yarısında təsərrüfat cəmiyyətlərində iştirakdan və qiymətli kağızların satışından 4 milyon 750 min manat gəlir əldə edilmişdisə, cari dövrdə bu maddə üzrə gəlir qeydə alınmayıb.
Xərclər 10 milyon manat artıb
“Xalq Bank”ın qeyri-faiz xərcləri 9 milyon 990 min manat və ya 20 faiz artaraq 59 milyon 949 min manata çatıb.
Əməkhaqqı və kompensasiya xərcləri 17,6 faiz artaraq 30 milyon 660 min manata, digər xərclər isə 31,2 faiz artaraq 19 milyon 60 min manata yüksəlib.
Mümkün zərərlər üzrə ehtiyat ayırmaları 7 milyon 258 min manatdan 800 min manata düşsə də, gəlirlərin azalması və əməliyyat xərclərinin artması mənfəətdəki geriləmənin qarşısını ala bilməyib.
Mənfəət vergisindən əvvəlki mənfəət 42,7 faiz azalaraq 20 milyon 533 min manat olub.
Aktivlər 2,8 milyard manata düşüb
30 iyun 2026-cı il tarixində “Xalq Bank”ın aktivləri illik müqayisədə 608 milyon 248 min manat və ya 17,7 faiz azalaraq 2 milyard 832 milyon 274 min manata düşüb. Bank 30 iyun 2025-ci il tarixində 3 milyard 440 milyon 522 min manat cəmi aktivlərə malik idi.
Müştərilərə verilmiş kreditlərin ümumi məbləği 67 milyon 954 min manat və ya 3,7 faiz azalaraq 1 milyard 776 milyon 756 min manat təşkil edib. Ehtiyatlar çıxıldıqdan sonra xalis kredit portfeli 1 milyard 730 milyon 275 min manat olub.
Aktivlərin kredit portfelindən daha sürətli azalması nəticəsində müştəri kreditlərinin aktivlərdəki payı 53,6 faizdən 62,7 faizə yüksəlib.
Bankın “Nostro” hesablarındakı vəsaitləri 71,2 faiz, banklararası bazarın qısamüddətli maliyyə alətləri 53 faiz, qiymətli kağızlar portfeli isə 56,2 faiz azalıb. Maliyyə institutlarındakı depozitlər isə təxminən 4 dəfə artaraq 185 milyon 534 min manata çatıb.
Öhdəliklər təxminən 598 milyon manat azalıb
“Xalq Bank”ın cəmi öhdəlikləri 597 milyon 780 min manat və ya 20,6 faiz azalaraq 2 milyard 308 milyon 694 min manata düşüb.
Müştəri depozitləri 134 milyon 604 min manat və ya 7,3 faiz azalaraq 1 milyard 700 milyon 781 min manat olub. Bunun 738 milyon 24 min manatı fiziki şəxslərin, 962 milyon 757 min manatı isə hüquqi şəxslərin depozitlərinin payına düşüb.
Mərkəzi icra hakimiyyəti orqanlarının depozit və kreditləri 551 milyon 172 min manatdan 100 min manata enib. Bu dəyişiklik Bankın öhdəlikləri və aktivlərindəki azalmanın əsas səbəblərindən biridir.
Bankın cəmi kapitalı 10 milyon 469 min manat və ya 2 faiz azalaraq 523 milyon 580 min manat təşkil edib.
Yekun qiymətləndirmə
“Xalq Bank”ın yarımillik nəticələri əsas gəlirlilik göstəricilərində təzyiqin artdığını göstərir. Faiz gəlirləri cüzi artsa da, maliyyələşmə xərclərinin daha yüksək templə böyüməsi xalis faiz gəlirini aşağı salıb. Valyuta gəlirlərinin və birdəfəlik investisiya gəlirlərinin azalması, qeyri-faiz xərclərinin 20 faiz artması xalis mənfəətin təxminən yarıbayarı geriləməsinə səbəb olub.
Balansın kiçilməsi əsasən dövlət qurumlarının vəsaitlərinin kəskin azalması, həmçinin likvid aktivlərin aşağı düşməsi ilə bağlıdır. Kredit portfeli isə aktivlərlə müqayisədə daha dayanıqlı qalıb və onun balansdakı çəkisi yüksəlib.
Müştərilərin xəbərləri
7–10 günə əsas mərhələ tamamlanır, "ABB Davr" oktyabrda fəaliyyətə başlaya bilər - ABB-nin sədrilə MÜSAHİBƏ
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
7 saat sonra
Kredit sahəsində rəhbər və mütəxəssis vakansiyaları açılıb – Müraciətlər qəbul olunur
- 27 d. əvvəl
-
- 53 d. əvvəl
-
1 saat əvvəl
SOCAR Serbiyada ortaq şirkət yaradır - 500 MVt-lıq elektrik stansiyası tikiləcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Volkswagen daha 50 min işçini ixtisar edəcək – Modellərin yarısı ləğv oluna bilər
-
12 saat əvvəl
Netanyahu: İsrailin əsas məqsədi İranda hakimiyyət dəyişikliyidir
- 16 saat əvvəl
-
17 saat əvvəl
ABŞ ordusunun hücumları nəticəsində İran Dəniz Qüvvələrinin 6 hərbçisi öldürülüb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Kredit sahəsində rəhbər və mütəxəssis vakansiyaları açılıb – Müraciətlər qəbul olunur
Azərbaycan neftinin qiyməti 105 dollara yaxınlaşır
“Azinşaat Servis” ASC-də rəhbərlik yenidən seçiləcək
Netanyahu: İsrailin əsas məqsədi İranda hakimiyyət dəyişikliyidir
Ən çox oxunanlar
Azər Türk Bankdan yeni istehlak krediti kampaniyası ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycanda turistlərin xərcləri 349 milyon manat azaldı
“Bank of Baku”da yeni təyinat – Zöhrab Niftəliyev müşavir oldu
“Sərnişin sayına görə gəlir” yanaşmasından “göstərilən nəqliyyat xidmətinə görə ödəniş” yanaşmasına keçid























