"Yaxın Şərqdən turist axınının artırılması üçün avia və turizm şirkətləri ilə danışıqlar aparırıq"
Hindistan və Pakistan arasında baş verən gərginlik, son dövrlərdə isə Yaxın Şərqdə yaşanan münaqişələr Azərbaycana turizm axınına təsir göstərib.
Bunu Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun (ATB) İdarə Heyətinin sədr müavini Rəşad Əliyev Azərbaycan Turizm Sənaye Liderlərinin görüşündə deyib.
Onun sözlərinə görə, son dövrlərdə baş verən bir sıra hadisələr Azərbaycanın turizm sektoruna da təsirsiz ötüşməyib: "Hindistan və Pakistan arasında baş verən gərginlik, son dövrlərdə isə Yaxın Şərqdə yaşanan münaqişələr Azərbaycana turizm axınına təsir göstərib. Bu, bir daha sübut edir ki, turizm siyasi proseslərdən ən tez təsirlənən sahələrdən biridir. Bu cür hallarda təsirləri minimuma endirmək üçün çevik qərarların qəbul edilməsi və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi xüsusi əhəmiyyət daşıyır".
R. Əliyev əlavə edib ki, Agentlik yaranmış vəziyyətə operativ reaksiya verərək marketinq fəaliyyətini alternativ bazarlara yönəldib və bunun nəticəsində turizm sektorunda gözlənilən daha böyük itkilərin qarşısını qismən almaq mümkün olub.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin yanvar-may aylarında Azərbaycana 186 ölkədən 871,7 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 11 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlərin 27,2 %-i Rusiya, 22 %-i Türkiyə, 8,4 %-i İran, 5 %-i Gürcüstan, 4,5 %-i Qazaxıstan, 3,2 %-i Özbəkistan, 2,9 %-i Hindistan, 2,7 %-i Pakistan, 2,3 %-i Çin, 2 %-i İsrail, 1,8 %-i Səudiyyə Ərəbistanı, 1,6 %-i Ukrayna, 1,4 %-i Türkmənistan, hər birindən 1,1 % olmaqla Almaniya və Böyük Britaniya, 12,8 %-i digər ölkələrin vətəndaşları və vətəndaşlığı olmayan şəxslər olub.
"Yaxın Şərqdən turist axınının artırılması üçün avia və turizm şirkətləri ilə danışıqlar aparırıq"
Yaxın Şərq ölkələrindən Azərbaycana turist axınının artırılması məqsədilə həmin regionun aviaşirkətləri və turizm şirkətləri ilə danışıqlar aparılır.
Bunu Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun (ATB) İdarə Heyətinin sədr müavini Rəşad Əliyev Azərbaycan Turizm Sənaye Liderlərinin görüşündə deyib.
Onun sözlərinə görə, geosiyasi hadisələrin turizmə təsirini azaltmaq üçün Agentlik qısamüddətli tədbirlər həyata keçirir: "Artıq Yaxın Şərq ölkələrinin aviadaşıyıcıları və turizm şirkətləri ilə davamlı görüşlər keçiririk. Onları yerli turizm sənayesi nümayəndələri ilə əlaqələndiririk ki, həm dövlət, həm də özəl sektor tərəfindən müəyyən güzəştlər tətbiq olunsun və bu bazarda yaranan itkilərin təsiri minimuma endirilsin. Paralel olaraq Yaxın Şərq ölkələrindən turist axınının artırılmasını nəzərdə tutan dövlət proqramı üzərində də iş aparılır. Proqram daha uzunmüddətli həlləri əhatə edir və 2026-cı il üzrə nəzərdə tutulan tədbirlərin icrasına hazırlıq artıq başlanılıb".
Hər gün yeni vakansiyalar - AzVak.az-da
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 gün sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
1 gün sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
12 saat əvvəl
"2017-ci ilin aprelindən 1 dollar 1,7 manatdır və belə də olmağa davam edəcək"
- 13 saat əvvəl
-
15 saat əvvəl
RİNN, AZCON Holding və “Franklin Templeton” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
-
16 saat əvvəl
Hörmüz planı təhlükədə — Trampın təklifi rədd etdiyi bildirilir
- 18 saat əvvəl
-
19 saat əvvəl
AIIF 2026 başa çatdı – 10,8 milyard dollarlıq layihələr üçün razılaşmalar əldə olundu
-
19 saat əvvəl
Azərbaycan nəhəng infrastruktur investoru ilə yeni layihələri müzakirə etdi
-
19 saat əvvəl
Orta Kür hövzəsində böyük enerji layihəsi – SOCAR və ExxonMobil payları 50/50 bölüşdürəcək
-
19 saat əvvəl
Emin Ağalarov: “Sea Breeze”də nəzərdə tutulanların 85–90%-i hələ qabaqdadır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
RİNN, AZCON Holding və “Franklin Templeton” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
SOCAR İtaliya millisinin Baş Qlobal Enerji Sponsoru olacaq
AIIF 2026 başa çatdı – 10,8 milyard dollarlıq layihələr üçün razılaşmalar əldə olundu
Ən çox oxunanlar
Orta Kür hövzəsində böyük enerji layihəsi – SOCAR və ExxonMobil payları 50/50 bölüşdürəcək





























