Avropa İttifaqından Alibaba-ya 550 milyon avro cərimə
Alibaba-nın elektron ticarət platforması “AliExpress” qanunsuz məhsulların satışına imkan verdiyinə görə, Avropa İttifaqı tərəfindən 550 milyon avro (629 milyon dollar) məbləğində cərimələnib.
Marja xəbər verir ki, Alibaba-ya tətbiq olunan bu cərimə Aİ-nin məzmunun moderasiyası qaydaları çərçivəsində indiyədək müəyyənləşdirilmiş ən yüksək məbləğdir.
Avropa Komissiyası açıqlamasında bildirib ki, “AliExpress” platformasında satılan təhlükəli və ya saxta məhsullarla bağlı riskləri lazımi qaydada qiymətləndirməyib. Platforma qaydaları mütəmadi pozan satıcılara qarşı sanksiya siyasətini tətbiq etmək üçün də zəruri addımları atmayıb.
Komissiya 2024-cü ildən etibarən Rəqəmsal Xidmətlər Aktı (DSA) çərçivəsində daxil olmuş onlarla şikayət əsasında Çin şirkəti barədə araşdırma aparırdı. Ötən il istintaqın əhatə dairəsi daha da genişləndirilmişdi.
Avropa Komissiyasının texnoloji məsələlər üzrə icraçı vitse-prezidenti Henna Virkkunenin sözlərinə görə, “AliExpress”də Aİ-nin ekoloji və təhlükəsizlik standartlarına cavab verməyən məhsullar satılıb.
“Bu vəziyyət istehlakçılarımız üçün olduqca təhlükəli olmaqla yanaşı, bütün qaydalarımıza əməl edən şirkətlərə qarşı da ədalətsizlikdir”, – Virkkunen jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.
“AliExpress”in sözçüsü qərarı “qeyri-mütənasib” adlandırıb. O, şirkətin qərarı nəzərdən keçirdiyini və mümkün addımları qiymətləndirəcəyini bildirib.
“AliExpress” aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması üçün oktyabrın 20-dək fəaliyyət planı təqdim etməlidir. Bundan sonra tənzimləyici qurumların yekun qərar qəbul etmək və planın icra müddətini müəyyənləşdirmək üçün iki ay vaxtı olacaq.
Rəqəmsal Xidmətlər Aktı çərçivəsində bundan əvvəl tətbiq edilmiş ilk iki cərimə ötən ilin dekabrında İlon Maskın “X” şirkətinə qarşı müəyyənləşdirilmiş 120 milyon avro və may ayında Çinin elektron ticarət nəhəngi “Temu”ya tətbiq olunmuş 200 milyon avro məbləğində cərimələr olub.
Müştərilərin xəbərləri
“Azərpoçt” və “PostEurop” poçt sektorunun transformasiyasını və inkişaf perspektivlərini müzakirə edib
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
3 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
3 gün sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
-
3 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda 1 milyon dollar kapitalla yeni vençur şirkəti yaradılıb
- 3 saat əvvəl
-
4 saat əvvəl
Pakistanın Baş naziri İlham Əliyevə zəng etdi – Yeni əməkdaşlıq imkanları müzakirə olundu
-
7 saat əvvəl
Valyuta mübadiləsi bazarında yeni iştirakçı: 600 min manat kapital, hələlik lisenziya yoxdur
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Azərbaycanda 1 milyon dollar kapitalla yeni vençur şirkəti yaradılıb
Pakistanın Baş naziri İlham Əliyevə zəng etdi – Yeni əməkdaşlıq imkanları müzakirə olundu
Valyuta mübadiləsi bazarında yeni iştirakçı: 600 min manat kapital, hələlik lisenziya yoxdur
Ən çox oxunanlar
Bu gündən Azərbaycanda ov mövsümü açılıb
Azərbaycan neftinin son qiyməti
Azərbaycanda milyonlarla manatlıq borc portfeli satışa çıxarıldı
Kanadanın neft-qaz nəhəngi Azərbaycanda filial açdı
Li Auto avtomobilləri Qazaxıstanda da istehsal ediləcək
Fransa şirkət 12 saat işləyə bilən elektrikli traktor istehsal edəcək – 2028-ci ildə satışa çıxarılacaq
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı genişmiqyaslı sanksiyalar tətbiq edib – Rubio sərt xəbərdarlıq etdi























