Azərbaycanın Türkiyə və Özbəkistandakı səfirləri dəyişdi
Azərbaycan Prezidenti İlham Əliyev ölkənin Türkiyə və Özbəkistandakı diplomatik nümayəndəliklərinə yeni səfirlərin təyin edilməsi ilə bağlı sərəncamlar imzalayıb.
Marja.az xəbər verir ki, Prezidentin 24 iyul 2026-cı il tarixli sərəncamı ilə Rəşad Eynəddin oğlu Məmmədov Azərbaycanın Türkiyədə fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Dövlət başçısının digər sərəncamı ilə Rəşad Məmmədov Azərbaycanın Özbəkistanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Azərbaycanın Türkiyədəki yeni səfiri Rəşad Aslanov olub
Prezidentin imzaladığı başqa bir sərəncamla Rəşad Fəxrəddin oğlu Aslanov Azərbaycanın İtaliyada, eyni zamanda Malta və San Marinoda fövqəladə və səlahiyyətli səfiri vəzifələrindən geri çağırılıb.
Rəşad Aslanov, həmçinin Azərbaycanın BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Ümumdünya Ərzaq Proqramı və Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondu yanında daimi nümayəndəsi vəzifəsindən azad edilib.
Prezident İlham Əliyevin digər sərəncamı ilə Rəşad Aslanov Azərbaycanın Türkiyədə fövqəladə və səlahiyyətli səfiri təyin olunub.
Beləliklə, Rəşad Məmmədov Türkiyədəki diplomatik vəzifəsindən Özbəkistana göndərilib, Rəşad Aslanov isə İtaliya və bir sıra beynəlxalq təşkilatlardakı vəzifələrindən geri çağırılaraq Azərbaycanın Türkiyədəki yeni səfiri təyin edilib.
Sərəncamlar Azərbaycan Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndinə əsasən imzalanıb.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
Rəşad Eynəddin oğlu Məmmədov

Rəşad Fəxrəddin oğlu Aslanov
Müştərilərin xəbərləri
AmCham-da AI gündəliyi – Cisco süni intellektə hazırlıq və rəqəmsal transformasiya təcrübəsini bölüşüb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
- 18 d. əvvəl
-
-
36 d. əvvəl
“McDonald’s Azərbaycan” Badamdar qəsəbəsində yeni restoran açıb - FOTO
-
42 d. əvvəl
Oktyabrın ilk günlərində hava yağıntılı olacaq, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
"Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı
-
2 saat əvvəl
SOCAR neft-qaz layihələrində “Halliburton” ilə tərəfdaşlığı böyütmək istəyir
-
2 saat əvvəl
PAŞA Bank qlobal maliyyənin əsas toplantısında – 17-ci dəfə iştirak edir
- 2 saat əvvəl
-
2 saat əvvəl
2 milyon manatlıq istiqraz – 18 aylıq müddət, 16% gəlirlilik – abunə başlayır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
ASELSAN Naxçıvanda zavod açacaq
Yeni maliyyə monitorinqi qaydası 3 ay təxirə salındı
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yasamalda ev almaq istəyənlər üçün yeni imkan: güzəştli kredit illik 8%-dən başlayır




























