İnternetdən narazı olanların NƏZƏRİNƏ – Bu sorğuda iştirak edin
Sürət, qiymət, kəsinti və texniki dəstək – İKTA hər şeyi soruşur. İKTA internet bazarındakı problemləri üzə çıxarmaq üçün sorğu keçirilir.İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) sabit internet xidmətlərindən istifadə edən istehlakçıların xidmətlə bağlı təcrübəsini və məmnunluq səviyyəsini öyrənmək məqsədilə onlayn sorğu keçirir.
23 iyul 2026-cı il tarixində başlayan sorğu 20 sentyabr 2026-cı il tarixinədək davam edəcək. Sabit internet xidmətinin istifadəçiləri və sorğuda iştirak etmək arzusunda olan şəxslər xidmət aldıqları provayder, internetin keyfiyyəti, bağlantının dayanıqlılığı, müraciətlərin cavablandırılması, texniki dəstək və digər məsələlər üzrə təcrübələrini İKTA ilə bölüşə bilərlər.
Sorğunun məqsədi istehlakçıların internet xidmətlərindən istifadə zamanı qarşılaşdıqları əsas çətinlikləri, xidmətlə bağlı gözləntilərini və məmnunluğa təsir edən amilləri daha ətraflı öyrənməkdir.
İKTA istehlakçı təcrübəsini müxtəlif məlumat mənbələri əsasında davamlı şəkildə izləyir. Agentliyə daxil olan müraciətlər, “E-Şikayət” sistemi vasitəsilə qeydə alınan şikayətlər, xidmət keyfiyyətinə dair texniki ölçmələr və monitorinq nəticələri bazardakı mövcud vəziyyətin qiymətləndirilməsində istifadə olunur. Məmnuniyyət sorğusu isə bu məlumatları istehlakçıların birbaşa rəyləri ilə tamamlayan əlavə qiymətləndirmə vasitəsidir.
Sorğunun nəticələri ayrıca göstərici kimi deyil, İKTA-nın malik olduğu digər məlumatlar və monitorinq nəticələri ilə birlikdə təhlil ediləcək. Əldə olunan məlumatlardan xidmət keyfiyyətinə təsir göstərən çətinliklərin müəyyənləşdirilməsi, istehlakçıların gözləntilərinin daha yaxşı öyrənilməsi və tənzimləmə tədbirlərinin planlaşdırılması zamanı istifadə olunacaq.
Sorğuda internet bağlantısının sürəti və dayanıqlılığı, xidmətin qiymət və keyfiyyət uyğunluğu, texniki nasazlıqların aradan qaldırılması, provayderlə kommunikasiya, müraciətlərin cavablandırılması və ümumi istifadəçi təcrübəsi ilə bağlı suallar yer alıb.
Anonim qaydada keçirilən sorğu 6 bölmə üzrə 20-dən çox sualdan ibarətdir və cavablandırılması bir neçə dəqiqə vaxt aparır. Respondentlərdən onları birbaşa müəyyənləşdirməyə imkan verən məlumatların təqdim edilməsi tələb olunmur.
Sorğuda onlayn iştirakla yanaşı, “Azərpoçt” MMC-nin aşağıdakı şöbə və filiallarında da iştirak üçün şərait yaradılıb:
•AZ1000 Mərkəz şəbəkə filialı;
•AZ1002 poçt şöbəsi;
•AZ1138 Yasamal şəbəkə filialı;
•AZ5000 Sumqayıt Mərkəzi Poçt şöbəsi.
İKTA sabit internet xidmətinin istifadəçilərini sorğuda iştiraka və xidmətlə bağlı real təcrübələrini bölüşməyə dəvət edir.
Sorğuda iştirak etmək üçün keçid: https://forms.gle/hrquwN8vVYbjaU739
İstehlakçıların təqdim etdiyi rəylər internet xidmətlərinin keyfiyyətinin daha dolğun qiymətləndirilməsinə və bazarda diqqət tələb edən məsələlərin müəyyənləşdirilməsinə töhfə verəcək.
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
4 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
-
1 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
- 1 gün sonra
-
1 gün əvvəl
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
-
1 gün əvvəl
Rusiya Mərkəzi Bankı faizləri endirmədi – İnflyasiya yenidən sürətlənir
-
1 gün əvvəl
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
-
1 gün əvvəl
Tramp Zelenskiyə çağırış etdi: Artıq Rusiya ilə razılaşmağın vaxtıdır
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
-
1 gün əvvəl
Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
Ən çox oxunanlar
Qızılın unsiyasının qiyməti 4000 dollardan da aşağı düşdü
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
Böyük şirkət istismara yararsız texnikalarını satır – 1 tonunun qiyməti 1 200 manatdan başlayır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kristal Bakı”da növbədənkənar yığıncaq keçirilib
Türkiyədə Orta Dəhlizi gücləndirəcək dəmir yolu xəttinin tikintisinə 250 mln. dollar ayrılıb
Azərbaycana soğan idxalı artıb – 15 057 ton






















