ƏDV ödəyicilərinə mühüm yenilik – Bəyannamələri vergi orqanı özü dolduracaq
Dövlət Vergi Xidməti yeni sistemi hazırlayır - ƏDV bəyannamələri avtomatik doldurulacaq, sahibkarların işi xeyli asanlaşacaq. Orxan Nəzərli: Biznes bəyannamə yox, pul qazanmaqla məşğul olmalıdır. Dövlət Vergi Xidməti: Şikayətlərin 60 faizi sahibkarların xeyrinə həll olunurDövlət Vergi Xidməti ƏDV ödəyiciləri üçün də bəyannamələrin əvvəlcədən doldurulması (pre-filling) mexanizminin tətbiqini nəzərdən keçirir. Məqsəd sahibkarların vergi öhdəliklərinin icrasını sadələşdirməkdir.
Marja.az xəbər verir ki, bunu "Real TV" və "Azərtac"a müsahibəsində Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli müsahibəsində bildirib.
İldə 3 milyona yaxın bəyannamə təqdim olunur
Orxan Nəzərlinin sözlərinə görə, Azərbaycanda il ərzində təxminən 3 milyona yaxın vergi bəyannaməsi təqdim edilir.
O bildirib ki, Dövlət Vergi Xidmətinin əsas məqsədlərindən biri sahibkarların vergi öhdəliklərinin yerinə yetirilməsinə sərf etdiyi vaxtı minimuma endirməkdir.
"Biz istəyirik ki, biznes bəyannamə doldurmaqla deyil, gəlir əldə etmək və biznesini inkişaf etdirməklə məşğul olsun", – deyə o qeyd edib.
Sadələşdirilmiş bəyannamələr artıq avtomatik doldurulur
Dövlət Vergi Xidmətinin rəisi bildirib ki, 2025-ci ilin IV rübündən etibarən sadələşdirilmiş vergi ödəyiciləri üçün pre-filling mexanizmi tətbiq edilir. Bu sistem çərçivəsində vergi orqanında mövcud məlumatlar əsasında bəyannamə əvvəlcədən doldurulur və vergi ödəyicisi yalnız məlumatları yoxlayaraq təsdiqləyir.
Onun sözlərinə görə, növbəti mərhələdə bu mexanizmin daha da təkmilləşdirilməsi və ƏDV ödəyicilərinə də şamil olunması planlaşdırılır.
Kameral yoxlamalar cərimə mexanizmi deyil
Dövlət Vergi Xidmətinin rəisi bildirib ki, sahibkarların tez-tez narahatlıq ifadə etdiyi kameral vergi yoxlamalarının məqsədi cərimə tətbiq etmək deyil.
Onun sözlərinə görə, kameral nəzarət zamanı vergi ödəyicisinə yalnız aşkar edilmiş uyğunsuzluqlar barədə bildiriş göndərilir və həmin məsələlərin izah edilməsi və ya bəyannamənin dəqiqləşdirilməsi xahiş olunur.
"Biz kameral nəzarətə daha çox erkən xəbərdarlıq və preventiv nəzarət mexanizmi kimi yanaşırıq", – deyə Orxan Nəzərli bildirib.
Martdan yeni qayda tətbiq olunur
Orxan Nəzərli bildirib ki, sahibkarların təqdim etdiyi izahatların nəzərə alınmaması ilə bağlı narahatlıqları aradan qaldırmaq üçün texniki dəyişiklik edilib.
Onun sözlərinə görə, bu ilin mart ayından etibarən kameral bildirişlərə verilən izahatlara vergi əməkdaşı münasibət bildirmədən vergi hesablanması texniki olaraq mümkün deyil.
Şikayətlərin 60 faizi müsbət həll olunur
Dövlət Vergi Xidmətinin rəisi qeyd edib ki, sahibkarların inzibati şikayət, Ombudsman Aparatı və İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına müraciət imkanları mövcuddur.
Onun sözlərinə görə, ən çox istifadə olunan mexanizm inzibati şikayətlərdir və həmin müraciətlərin təxminən 60 faizi müsbət həllini tapır.
Orxan Nəzərli bildirib ki, bu şikayətlərin təhlili nəticəsində vergi inzibatçılığında və qanunvericilikdə yeni dəyişikliklər hazırlanır və bu da Vergi Məcəlləsinə mütəmadi dəyişikliklərin edilməsinin əsas səbəblərindən biridir.
Orxan Nəzərli qeyd edib ki, Dövlət Vergi Xidməti dövlət–özəl sektor dialoqunu vergi inzibatçılığının təkmilləşdirilməsinin əsas istiqamətlərindən biri hesab edir. Bu məqsədlə biznes assosiasiyaları, sahibkar birlikləri, yerli və xarici ticarət palataları, eləcə də sahə üzrə ekspertlərlə mütəmadi görüşlər keçirilir.
Orxan Nəzərli qeyd edib ki, ABŞ Ticarət Palatası, Almaniya–Azərbaycan Xarici Ticarət Palatası, Sahibkarlar Konfederasiyası və digər biznes icmaları ilə aparılan müzakirələr nəticəsində sahibkarların gözləntiləri öyrənilir və qanunvericilikdə, eləcə də vergi inzibatçılığında dəyişikliklər hazırlanır.
"Artıq biznes qəbul edilən qərarların obyekti deyil, onların formalaşdırılmasında iştirak edən tərəfdaşdır", – deyə o vurğulayıb.
Müştərilərin xəbərləri
7–10 günə əsas mərhələ tamamlanır, "ABB Davr" oktyabrda fəaliyyətə başlaya bilər - ABB-nin sədrilə MÜSAHİBƏ
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
16 saat sonra
Kredit sahəsində rəhbər və mütəxəssis vakansiyaları açılıb – Müraciətlər qəbul olunur
-
3 saat əvvəl
Netanyahu: İsrailin əsas məqsədi İranda hakimiyyət dəyişikliyidir
-
- 8 saat əvvəl
-
8 saat əvvəl
ABŞ ordusunun hücumları nəticəsində İran Dəniz Qüvvələrinin 6 hərbçisi öldürülüb
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
“Bank of Baku”da yeni təyinat – Zöhrab Niftəliyev müşavir oldu
- 9 saat əvvəl
-
9 saat əvvəl
FAB Şirkətlər Qrupu “KazBuild-2026” beynəlxalq sərgisində iştirak edir
- 9 saat əvvəl
-
9 saat əvvəl
CNN: ABŞ, Hormuz boğazından 40 gəmi ilə neft daşınmasını təmin edib
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Kredit sahəsində rəhbər və mütəxəssis vakansiyaları açılıb – Müraciətlər qəbul olunur
Netanyahu: İsrailin əsas məqsədi İranda hakimiyyət dəyişikliyidir
Azər Türk Bankdan yeni istehlak krediti kampaniyası ®
Azərbaycanda turistlərin xərcləri 349 milyon manat azaldı
“Sərnişin sayına görə gəlir” yanaşmasından “göstərilən nəqliyyat xidmətinə görə ödəniş” yanaşmasına keçid
Ən çox oxunanlar
CNN: ABŞ, Hormuz boğazından 40 gəmi ilə neft daşınmasını təmin edib
ARDNF-nin xarici səhm portfeli 18 milyard dollara çatıb – 6 ayda 1,5 milyard dollar artım
Dövlət 7%-lə 200 milyon manat borclanmağa hazırlaşır - Tələb yüksək olsa, 400 milyon manatadək borc alına bilər
Chevron Venesuelaya 7 milyard dollar sərmayə yatıracaq
Formula 1 yarışlarının keçiriləcəyi vaxt bəzi məktəblərdə tədris onlayn təşkil olunacaq
























