Orxan Nəzərli: Vergi boşluğu son 5 ildə 20 %-dən 7-8 %-ə enib
Mikro və kiçik biznes üçün yeni vergi dəyişiklikləri hazırlanır. Daşınmaz əmlak bazarında vergi yükü yenidən nəzərdən keçirilirAzərbaycanda vergi boşluğu son beş ildə əhəmiyyətli dərəcədə azalıb. Hazırda vergi potensialı ilə faktiki yığımlar arasındakı fərq 7-8 % təşkil edir. Dövlət Vergi Xidməti yaxın illərdə isə vergi inzibatçılığının daha da sadələşdirilməsi, mikro və kiçik biznesin dəstəklənməsi, daşınmaz əmlak bazarında vergi yükünün optimallaşdırılması və yeni güzəştlərin tətbiqini nəzərdə tutur.
Marja.az xəbər verir ki, bunu "Real TV" və "Azərtac"a müsahibəsində Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli müsahibəsində bildirib.
Onun sözlərinə görə, kölgə iqtisadiyyatının dəqiq həcmini müəyyənləşdirmək olduqca çətindir və müxtəlif metodologiyalar fərqli nəticələr verir. Buna görə də Dövlət Vergi Xidməti kölgə iqtisadiyyatının mütləq həcmini deyil, onun dinamikasını izləyir.
Orxan Nəzərli qeyd edib ki, vergi inzibatçılığı baxımından əsas göstəricilərdən biri vergi boşluğudur.
Vergi boşluğu 20 %-dən 7-8 %-ə düşüb
DVX rəhbərinin sözlərinə görə, vergi boşluğu Vergi Məcəlləsinə əsasən müəyyən oluna biləcək potensial vergi öhdəlikləri ilə dövlət büdcəsinə faktiki daxil olan vergi məbləği arasındakı fərqi(faizi) ifadə edir.
"Son beş il ərzində bu göstərici təxminən 20 faizdən 7-8 faizə qədər azalıb", – deyə Orxan Nəzərli bildirib.
Onun sözlərinə görə, heç bir ölkədə qanunvericilikdə nəzərdə tutulan bütün vergi öhdəliklərinin 100 % həcmdə toplanması mümkün olmur. Buna səbəb verginin gec ödənilməsi, ödənilməməsi və ya bəzi bizneslərin maliyyə çətinlikləri ilə üzləşməsidir.
DVX rəhbəri hesab edir ki, ƏDV geri al mexanizmi də vergi intizamının güclənməsinə və vergi boşluğunun azalmasına müsbət təsir göstərib.
2027-ci ildən yeni imkan
Orxan Nəzərli bildirib ki, vergi qanunvericiliyində növbəti mühüm dəyişikliklərdən biri artıq qəbul olunub.
Onun sözlərinə görə, Prezident tərəfindən imzalanmış qanuna əsasən, 2027-ci ildən etibarən qeyri-neft özəl sektorunda fəaliyyət göstərən biznes subyektlərinə ƏDV depozit hesabındakı vəsaitlərin sosial ödənişlərə yönəldilməsi imkanı veriləcək.
Bu mexanizm 4 il müddətində tətbiq olunacaq.
DVX rəhbəri qeyd edib ki, bu yenilik şəffaf fəaliyyət göstərən şirkətlərin dövriyyə vəsaitlərinə olan ehtiyacını azaldacaq və maliyyə resurslarından daha səmərəli istifadə etmələrinə şərait yaradacaq.
Mikro və kiçik biznes üçün yeni dəyişikliklər hazırlanır
Orxan Nəzərli bildirib ki, hazırda mikro və kiçik sahibkarlar üçün bəyannamələrin və vergi yükünün optimallaşdırılması istiqamətində iş aparılır.
Məqsəd bu kateqoriyadan olan vergi ödəyicilərinin böyüməsinə və inkişaf potensialının artırılmasına daha əlverişli şərait yaratmaqdır.
Daşınmaz əmlak bazarında da dəyişikliklər gözlənilir
DVX rəhbərinin sözlərinə görə, daşınmaz əmlak bazarında investisiyaların artırılması, bazarın daha şəffaf fəaliyyət göstərməsi və iqtisadi aktivliyin genişlənməsi məqsədilə vergi yükünün optimallaşdırılması imkanları da nəzərdən keçirilir.
Vergi xidmətlərinin əsas prioritetləri
Orxan Nəzərli bildirib ki, Dövlət Vergi Xidmətinin orta və uzunmüddətli strategiyası aşağıdakı istiqamətlərə əsaslanacaq:
- vergi xidmətlərinin sadələşdirilməsi;
- rəqəmsal həllərin genişləndirilməsi;
- hüquqi müəyyənliyin artırılması;
- preventiv məlumatlandırmanın gücləndirilməsi;
- risklərin əvvəlcədən idarə olunması.
Onun sözlərinə görə, əsas məqsəd vergi ödəyiciləri üçün daha proqnozlaşdırılan, rahat və əlçatan biznes mühitinin formalaşdırılmasıdır.
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Neft məhsulları ilə bağlı yaşanan böhran daha da dərinləşəcək"
-
1 gün əvvəl
"Bu günə qədər Qarabağın və Şərqi Zəngəzurun inkişafına 28 milyard manat vəsait ayırmışıq"
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
KPMG şirkəti Azərbaycan da daxil olmaqla 6 ölkə üzrə rəhbər təyin edib
- 1 gün əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Oktyabrın 4-də gözlənilən hava şəraiti
"Bu günə qədər Qarabağın və Şərqi Zəngəzurun inkişafına 28 milyard manat vəsait ayırmışıq"
Azərbaycan neftinin son qiyməti
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
Ən çox oxunanlar
"Bizə heç kimin köməyi, himayədarlığı lazım deyil. Silah alanda bizə bir dollar güzəşt etməyiblər, hətta bir neçə dəfə baha satıblar"
ABŞ-da işə qəbul kəskin zəifləyib, işsizlik artıb
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
Bakı–Quba və Bakı–Qusar marşrutlarını bu şirkət işlədəcək
Aqrar şirkətin nizamnamə kapitalı yarıdan çox azaldılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib






















