Azərbaycan Beynəlxalq İnvestisiya Forumu hər il keçiriləcək – Təşkilat Komitəsi yaradıldı - TƏYİNATLAR
Təşkilat Komitəsinin sədri Baş nazirin müavini Samir Şərifov təyin edilibAzərbaycanda ölkənin investisiya imkanlarının beynəlxalq səviyyədə təşviqi və xarici sərmayələrin cəlb edilməsi məqsədilə Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun mütəmadi təşkili qərara alınıb.
Marja.az xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, Təşkilat Komitəsinin sədri Baş nazirin müavini Samir Şərifov təyin edilib. İqtisadiyyat naziri isə Komitə sədrinin müavini olacaq.
Təşkilat Komitəsinin tərkibinə xarici işlər, maliyyə, mədəniyyət, daxili işlər, fövqəladə hallar, səhiyyə, ekologiya və təbii sərvətlər, rəqəmsal inkişaf və nəqliyyat, energetika nazirləri, eləcə də bir sıra dövlət qurumlarının rəhbərləri daxil edilib.
Komitədə Dövlət Gömrük Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Dövlət Sərhəd Xidməti, Dövlət Miqrasiya Xidməti, Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Dövlət Neft Fondu, SOCAR, AZAL, “Azərenerji” və “Azərişıq”ın rəhbərləri də təmsil olunacaqlar.
İkinci forum sentyabrda keçiriləcək
Təşkilat Komitəsinə 2026-cı il sentyabrın 25–26-da keçiriləcək ikinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun təşkilini təmin etmək tapşırılıb.
Komitə, həmçinin Forumun keçirilməsi ilə bağlı hər il Tədbirlər Planı hazırlayacaq, onun icrasını əlaqələndirəcək və təşkilati məsələləri həll edəcək.
İqtisadiyyat Nazirliyi Təşkilat Komitəsinin Katibliyi funksiyasını həyata keçirəcək. Nazirlər Kabinetinə isə Sərəncamdan irəli gələn məsələlərin həlli tapşırılıb.
Qeyd edək ki, ilk Azərbaycan Beynəlxalq İnvestisiya Forumu 2025-ci ildə keçirilib. Forum Azərbaycanın investisiya imkanlarının beynəlxalq biznes ictimaiyyətinə təqdim edilməsi, dövlət–özəl tərəfdaşlığının inkişafı, xarici investorlar və beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın genişləndirilməsi üçün mühüm platforma kimi qiymətləndirilib.
Forumun mütəmadi keçirilməsi xarici investisiyaların cəlb edilməsinə, yeni layihələrin təşviqinə, qeyri-neft sektorunun inkişafına və Azərbaycanın qlobal iqtisadi sistemə inteqrasiyasının gücləndirilməsinə xidmət edəcək.
Müştərilərin xəbərləri
AmCham-da AI gündəliyi – Cisco süni intellektə hazırlıq və rəqəmsal transformasiya təcrübəsini bölüşüb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
- 20 d. əvvəl
-
-
38 d. əvvəl
“McDonald’s Azərbaycan” Badamdar qəsəbəsində yeni restoran açıb - FOTO
-
44 d. əvvəl
Oktyabrın ilk günlərində hava yağıntılı olacaq, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
"Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı
-
2 saat əvvəl
SOCAR neft-qaz layihələrində “Halliburton” ilə tərəfdaşlığı böyütmək istəyir
-
2 saat əvvəl
PAŞA Bank qlobal maliyyənin əsas toplantısında – 17-ci dəfə iştirak edir
- 2 saat əvvəl
-
2 saat əvvəl
2 milyon manatlıq istiqraz – 18 aylıq müddət, 16% gəlirlilik – abunə başlayır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
ASELSAN Naxçıvanda zavod açacaq
Yeni maliyyə monitorinqi qaydası 3 ay təxirə salındı
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yasamalda ev almaq istəyənlər üçün yeni imkan: güzəştli kredit illik 8%-dən başlayır





























