Fitch Ratings: AFB Bankın depozit artımı orta bazar göstəricilərini üstələyib
Fitch Ratings AFB Bankın “B” reytinqini “Stabil” proqnozla təsdiqləyibBeynəlxalq reytinq agentliyi Fitch Ratings AFB Bankın uzunmüddətli emitent defolt reytinqini (Long-Term IDR) “B” səviyyəsində “Stabil” proqnozla təsdiqləyib.
Bankın yaydığı pressrelizdə bildirilir ki, agentliyin 7 avqust 2026-cı il tarixində açıqladığı qiymətləndirmədə Bankın aktivlərinin keyfiyyətində müşahidə olunan yaxşılaşma, güclü kapital göstəriciləri, sürətlə genişlənən depozit bazası və mövcud likvidlik ehtiyatı qeyd olunur.
Fitch Ratings-in hesabatına əsasən, AFB Bankda problemli kreditlərin səviyyəsində əhəmiyyətli azalma qeydə alınıb. Belə ki, 2025-ci ilin sonunda problemli kreditlərin ümumi kredit portfelində payında əvvəlki illə müqayisədə iki dəfəyə yaxın yaxşılaşma qeydə alınıb.
Agentlik bu müsbət dinamikanın davam edəcəyini proqnozlaşdırır. Fitch-in gözləntilərinə görə, Mərhələ 3 və dəyərsizləşmiş kreditlər də daxil olmaqla, problemli kreditlərin payı 2026-cı ildə təxminən 4%-ə qədər azalaraq, 2027-ci ildə də bu səviyyəyə yaxın qala bilər. Bu dinamika əvvəlki dövrlərdən qalan kreditlər üzrə daxilolmalar, portfelin təmizlənməsi və kredit portfelinin artımı ilə əlaqələndirilir.
AFB Bankın kapital mövqeyi də Fitch tərəfindən diqqətə alınan əsas göstəricilər sırasındadır. 2026-cı ilin birinci yarısının sonunda Bankın I dərəcəli kapital əmsalı 16% təşkil edib və agentlik tərəfindən güclü səviyyə kimi qiymətləndirilib.
Hesabatda Bankın depozit bazasının artımı da xüsusi qeyd olunur. Müştəri depozitləri 2025-ci ildə 72%, 2026-cı ilin ilk altı ayında isə əlavə olaraq 56% artıb. Fitch bildirir ki, bu artım bank sektorunun orta göstəricilərini üstələyib və AFB Bankın inkişaf strategiyasını əks etdirir.
2026-cı ilin birinci yarısının sonunda müştəri depozitləri Bankın öhdəliklərinin 76%-ni təşkil edib. Eyni zamanda, Fitch AFB Bankın sürətlə genişlənən depozit bazası fonunda likvidlik mövqeyini məqbul qiymətləndirərək, mövcud likvidlik ehtiyatlarını Bankın maliyyə dayanıqlığını dəstəkləyən mühüm amillərdən biri kimi qeyd edib.
Bankın kredit portfelinin inkişafında da yüksək dinamika müşahidə olunub. 2026-cı ilin ilk yarısında kredit portfeli 35% artıb. Artım əsasən pərakəndə və kiçik və orta biznes seqmentlərinin maliyyələşdirilməsi hesabına formalaşıb.
Fitch Ratings eyni zamanda Azərbaycanın bank sektoru üzrə əməliyyat mühitinin qiymətləndirilməsini “bb-” səviyyəsindən “bb” səviyyəsinə yüksəldib və proqnozu “Stabil” saxlayıb. Agentlik bunu tənzimləyici nəzarətin gücləndirilməsi və risk əsaslı nəzarət mexanizmlərinin inkişafı ilə əlaqələndirir. Fitch-in qiymətləndirməsinə əsasən, Azərbaycanın bank sektorunun maliyyə profilinin 2026–2027-ci illərdə sağlam qalacağı gözlənilir.
AFB Bank üzrə reytinqin “B” səviyyəsində və “Stabil” proqnozla təsdiqlənməsi Bankın mövcud kredit profilinin beynəlxalq reytinq agentliyi tərəfindən növbəti dəfə qiymətləndirilməsinin nəticəsidir. Aktivlərin keyfiyyətinin yaxşılaşması, depozit bazasının genişlənməsi, kapital mövqeyinin güclü qalması və likvidliyin məqbul səviyyədə saxlanılması Bankın növbəti inkişaf mərhələsi üçün mühüm maliyyə göstəriciləridir.
Müştərilərin xəbərləri
AmCham-da AI gündəliyi – Cisco süni intellektə hazırlıq və rəqəmsal transformasiya təcrübəsini bölüşüb
Sürətli internetlə daha çox əyləncə: “Azeronline” abunəçilərinə “Kinon TV” xidmətindən istifadə imkanı təqdim edir ®
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
2 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
15 d. əvvəl
Dubaydan Tel-Əvivə uçan sərnişin təyyarəsinin qaçırıldığı bildirilir
-
- 30 d. əvvəl
- 46 d. əvvəl
- 50 d. əvvəl
-
1 saat əvvəl
Ağdamda avtobus parkı üçün 14,7 milyon manatlıq müqavilə bağlandı
-
1 saat əvvəl
Qarabağ üçün 19 “Yutong” avtobusu alınır – 3,4 milyon manatlıq müqavilə
-
1 saat əvvəl
“Azəriqaz” abonentləri müqavilələri SİMA ilə rəqəmsal imzalayacaq
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Azərbaycan neftinin son qiyməti
Ağdamda avtobus parkı üçün 14,7 milyon manatlıq müqavilə bağlandı
“Azəriqaz” abonentləri müqavilələri SİMA ilə rəqəmsal imzalayacaq
Laçında təxminən 50 milyon manatlıq yaşayış layihəsi
Bu BOKT 2026-cı ildə kapitalını 18%-dən çox böyüdüb
Rəsmi məzənnələr açıqlandı
Qərar verildi: Asiya İnfrastruktur İnvestisiya Bankının növbəti böyük toplantısı Bakıda olacaq
PepsiCo-da problem dərinləşir – PepsiCo-ya həftə ərzində ikinci zərbə: JPMorgan da reytinqini aşağı saldı
Tramp: "İran sonda təslim olacaq" – Hörmüzdən neft axınının rekord səviyyəyə çatdığını iddia etdi
OpenAI, 1,4 trilyon dollar qiymətləndirmə ilə 30 milyard dollar cəlb etməyi planlaşdırır
























