Toyuq əti istehsalında kəskin artım – Necə olacaq?
Ölkə yumurtada özünü tam təmin etdi – Növbə quş ətindədir. Azərbaycan toyuq əti ilə Çin bazarına çıxmağa hazırlaşırAzərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı:
Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davamlı inkişaf nümayiş etdirən sahələr arasında quşçuluq xüsusilə seçilir. Bu sahəyə yatırılan investisiyalar, həyata keçirilən məqsədyönlü dövlət dəstəyi sayəsində ölkə özünü həm damazlıq, həm süfrə yumurtası ilə tam təmin edir, toyuq əti istehsalı isə davamlı olaraq artır.
Mayın 25-də kənd təsərrüfatına həsr olunmuş müzavirədəki çıxışında Prezident İlham Əliyev əsas ərzaq məhsulları ilə özünütəminat səviyyəsinə dair göstəriciləri açıqlayıb. Onun verdiyi məlumata görə, Azərbaycan özünü quş əti ilə 82 faiz faiz təmin edir. İstehsal 147 min ton, idxal isə 32 min tondur. Yumurta ilə özünütəminat həddi keçilib, illik istehsal 2025-ci ildə 2 milyard 340 min ədəd , ixrac isə 90 milyon ədəd təşkil edib.
Prezident müşavirədə vurğulayıb ki, Azərbaycan 2030-cu ilədək quş əti ilə özünü tam təmin etməlidir. Onun təsdiqlədiyi “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı”nda 2030-cu ilədək quş əti istehsalının ən azı 30 faiz artırılması hədəflənib.
Qeyd edək ki, rəsmi statistikaya əsasən 2020-ci ildə Azərbaycanda kəsilmiş çəkidə quş əti istehsalı 115,4 min ton, 2025-cü ildə isə 147 min ton təşkil edib. Yumurta istehsalı isə 2020-ci ildəki 1 milyard 906 milyon 198 min ədəddən 2025-ci ildə 2 milyard 340 milyon ədədə yüksəlib, ixrac 90 milyon ədəd təşkil edib. Göründüyü kimi, 5 ildə quş əti istehsalı 27,4 faiz, yumurta istehsalı isə 22,7 faiz artıb. Bu isə o deməkdir ki, növbəti 4 ildə quş əti istehsalının ən azı 44 min ton artırılması planlaşdırılır.
Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri Mürvət Həsənlinin sözlərinə görə, dövlətin quşçuluq sahəsinə dəstəyi, həmçinin epizootik vəziyyətə yüksək və keyfiyyətli nəzarət sayəsində təsərrüfatlarda kütləvi qırılma, istehsalda fasilə qeydə alınmır: “Qida Təhlükəsizliyi Agentliyinin effektiv nəzarət mexanizmi ölkəmizə quşçuluq sahəsində kütləvi qırılmaya səbəb olan xəstəliklərin idxalının və burada yayılmasının qarşısını alır. Nəticədə biz ildən-ilə istehsalda artım görürük. 2025-ci ildə ölkədə həm fərdi təsərrüfatlarda, həm də broyler müəssisələrində ümumilikdə 2 milyard 342,9 milyon ədəd yumurta istehsal olunub ki, bu da 2024-cü illə müqayisədə 1,8 faiz çoxdur".
Assosiasiya rəhbəri bildirir ki, müəssisələrimizin istehsal gücü quşçuluq məhsullarının xarici bazarlara çıxış imkanları yaradır və təsərrüfatlar bu imkandan yararlanırlar:
“İstehsalın artması, daxili tələbatdan yüksək olması, eyni zamanda xəstəliklərdən azad ölkə statusumuz imkan verir ki, məhsullarımızı bütün ölkələrə ixrac edə bilək: “Ötən il 12 milyon 686,8 min ədəd damazlıq, 90 milyon 437,8 min ədəd süfrə yumurtası ixrac olunub. Əvvəlki ilə nisbətən ixracın həcmi 23 faiz artıb. İl ərzində yumurta ixracından Azərbaycana 10,6 milyon ABŞ dolları valyuta daxil olub. Bu il diqqəti ilk növbədə daxili tələbatın təmin olunmasına yönəltmişik, eyni zamanda ixracı da davam etdiririk. 2026-cı ilin yanvar-may aylarında Birləşmiş Ərəb Əmirliklərinə 1 milyon 157,31 min dollar dəyərində 15 milyon 823,44 min ədəd süfrə yumurtası ixrac olunub. Ötən il yumurta ixracımızın coğrafiyası genişlənib: BƏƏ, Qətər, ABŞ, İraqla yanaşı Qambiya, Əfqanıstan, Syerra-Leone və Almaniyaya da ixrac qeydə alınıbAzərbaycandan quşçuluq məhsulları bu gün dünyanın 10-dək ölkəsinə ixrac edilir.
M.Həsənli onu da qeyd edir ki, AQTA ilə Çinin Baş Gömrük Administrasiyası arasında imzalanmış 3 saziş imkan verir ki, ölkəmizdən Çin kimi dünyanın nə böyük bazarlarından birinə quş əti, akvakulturada yetişdirilən balıq, kürü, dəniz məhsulları ixrac olunsun: “Bu o deməkdir ki, artıq Çin də Azərbaycanın quşçuluq məhsullarının keyfiyyət və qida təhlükəsizliyi tələblərinə tam cavab verdiyini təsdiq edir. Bütün bunlar quşçuluq təsərrüfatları qarşısında geniş imkanlar açır. Biz bu imkanlardan istifadə edərək, qısa müddətdə toyuq əti ilə də ölkəmizi tam təmin etmək və ixraca başlamağı hədəfləyirik. Bunun üçün mühüm investisiya planlarımız var, onların bəzilərinin həyata keçirilməsinə artıq başlanılıb. Əminəm ki, cənab Prezidenti imzaladığı proqramda qarşımıza qoyulan hədəfə vaxtından əvvəl nail ola biləcəyik”.
Müştərilərin xəbərləri
Noutbuk 400 manat, qəhvə maşını 550 manat, paltaryuyan 480 manat, planşet 160 manat ucuzlaşdı – ENDİRİM BAŞLADI ®
Holcim Azərbaycan “BakuBuild” sərgisində qabaqcıl dayanıqlı həllərini və ekoloji məhsul portfelini təqdim edir ®
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
2 gün sonra
Mikro sahibkarlara güzəştli maliyyə və bank xidmətləri təklif olunur – Qeydiyyat davam edir
-
7 saat əvvəl
Süd vəzi xərçənginə dəstək məqsədilə “GüclüSən” sığorta məhsulu təqdim olunub
-
-
7 saat əvvəl
“Chicken Pro”ya məxsus “Səba” mağazaları fəaliyyətini müvəqqəti dayandırıb – SƏBƏBİ AÇIQLANIB
-
7 saat əvvəl
Ziraat Bank Azərbaycanın 15 milyon manatlıq istiqrazlarının II tranşına abunə başladı ®
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Qarabağ və Şərqi Zəngəzərə daha 13,2 MİLYARD MANAT ayrılacaq
-
8 saat əvvəl
Neft Fondu 9 ayda neft-qaz satışından 8 milyard manata yaxın gəlir əldə edib
-
8 saat əvvəl
Mərkəzi Bank sığorta agentinin lisenziyasını LƏĞV ETDİ – SƏBƏB AÇIQLANDI
-
8 saat əvvəl
"SOCAR və BP Üstyurtda altı blokda geoloji-kəşfiyyat işləri aparır"
- 9 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gömrükdən yükün maneəsiz keçirilməsi üçün pul almaqda ittiham olunan şəxs məhkəmə qarşısına çıxarılır
Qarabağ və Şərqi Zəngəzərə daha 13,2 MİLYARD MANAT ayrılacaq
"SOCAR və BP Üstyurtda altı blokda geoloji-kəşfiyyat işləri aparır"
Noutbuk 400 manat, qəhvə maşını 550 manat, paltaryuyan 480 manat, planşet 160 manat ucuzlaşdı – ENDİRİM BAŞLADI ®
Çindən Azərbaycana turist axını sürətlənib – Sentyabrda 28% artım
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlarla bağlı cinayət işi başlanıb – Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib
Azercell-dən “MiFi” və “Wi-Fi” cihazı əldə et, internetdən daha əlverişli şərtlərlə yararlan ®
Holcim Azərbaycan “BakuBuild” sərgisində qabaqcıl dayanıqlı həllərini və ekoloji məhsul portfelini təqdim edir ®
























